Fon yüklənir...
Загрузка...

ABŞ Dövlət katibi Rusiyaya səfərə gəlib

Загрузка...
ABŞ Dövlət katibi Rusiyaya səfərə gəlib

Bakı. 23 mart. / ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və Xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparmaq məqsədilə Moskvaya gəlib.

"Report" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, danışıqların zamanı Suriya və Ukraynada vəziyyətin olacağı gözlənilir.

ABŞ Dövlət Departamenti, Con Kerrinin səfərinin keçən həftə prezident Vladimir Putinin Rusiya hərbi qüvvələrinin Suriyadan qismən çıxarılmasına dair göstərişdən sonra təşkil olunduğunu bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və Rusiya rəsmiləri arasında danışıqlarda Suriyada atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın çatdrılması və humanitar yardım işçilərinin yerlərə getməsi üçün imkanların yaxşılaşdırılması və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Загрузка...
loading...
Загрузка...