Fon yüklənir...
Загрузка...

Valter Matsarri "Trabzonspor"da?

Загрузка...
Valter Matsarri

"Trabzonspor"u yeni mövsümdə italyan mütəxəssis çalışdıracaq. Sport7.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, "Trabzonspor" Valter Matsarri ilə anlaşıb. Həmçinin qeyd edilib ki, klub rəhbərliyi 54 yaşlı mütəxəssisi qışda komandanın başına gətirmək istəyib. Amma Matsarri komandanın uğursuz çıxışından çəkinərək yaya qədər gözləməyi qərara alıb. Hətta onun bir müddətdi komandanı izlədiyi və transfer siyahısını rəhbərliyə təqdim etdiyi də iddia olunub.

Qeyd edək ki, Valter Matsarri son olaraq "İnter"i çalışdırıb (2013/14). O, əvvəllər İtaliyanın "Akireale", "Pistoyese", "Livorno", "Reccina", "Sampdoriya" və "Napoli" klublarına başçılıq edib
Загрузка...
loading...
Загрузка...