Fon yüklənir...
Загрузка...

Hollandlar yığmamızı məsxərəyə qoydu: "Qolları tipik Azərbaycan adları olan oyunçular vurdu"

Загрузка...
Hollandlar yığmamızı məsxərəyə qoydu:   "Qolları tipik Azərbaycan adları olan oyunçular vurdu"

Bu gün Hollandiyanın fok.nl saytında "Braziliyalı Azərbaycandan dünya çempionatının pley-offunda futzalçılarımıza zərbə" başlıqlı yazı dərc olunub.

Joy.az xəbər verir ki, dünən Azərbaycan yığmasının Hollandiyaya vurduğu 5 qoldan 4-nü braziliyalı oyunçuların vurması hollandlar tərəfindən istehza ilə qarşılanıb.

Həmin xəbərdə Azərbaycanın idmanda milliləşdirmə üzrə təcrübəli olduğu vurğulanıb: "Azərilərin qollarını Auqusto, Fineo de Araujo və Amadeu kimi tipik Azərbaycan adları olan oyunçular vurdu. Təəccüblü deyil ki, həmin oyunçuların hamısı Braziliyada doğulub. Azərilər adətən müəyyən sahə üzrə ixtisaslaşmış ölkələrdən idmançıları idxal etməyə üstünlük verirlər. Kubalı voleybolçular daha tez Azərbaycan pasportu alır. İrandan güləşçilər cəlb olunur və futzal komandasının 1/4-i Braziliyadan olan oyunçulardan təşkil edilir".

Qeyd edək ki, futzal üzrə Hollandiya millisinin əsasını əsasən Mərakeş əsilli ərəblər təşkil edir. Lakin yığmamızdan fərqli olaraq, bu ərəblər milliləşdirilməyib. Belə ki, onlar Hollandiyada doğulan və ya yaşayan ərəblərdir.

Joy.az

Загрузка...
loading...
Загрузка...