Fon yüklənir...

"Braqa" - "Fənərbaxça" matçının hakiminə yüksək qiymət


Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində keçirilən "Braqa" - "Fənərbaxça" matçını idarə edən İvan Bebekin aldığı qiymət bəlli olub. Sport7.az xəbər verir ki, qalmaqallı qərarları ilə yadda qalan xorvatiyalı referinin idarəçiliyi 8,2 balla qiymətləndirilib. 

Matçın hakim inspektorunun Bebekə belə yüksək qiymət verməsi Türkiyə mətbuatı tərəfindən heç də birmənalı qarşılanmayıb. 3 qırmızı vərəqə ilə yadda qalan xorvatiyalıya yüksək balın verilməsi təəccüb doğurub.

Qeyd edək ki, "Braqa"nın 4:1 hesablı qələbəsi ilə yekunlaşan matçdan sonra "Fənərbaxça" tərəfi referinin idarəçiliyindən narazı qalıb, onun cəzalanması üçün müvafiq addımlar atıb.

Sport7.az

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam