Fon yüklənir...
Загрузка...

Rəqsanənin plastik əməliyyatlardan əvvəlki görüntüsü üzə çıxdı - FOTO

Загрузка...
Son günlər arxiv şəkillərini paylaşan müğənni Təranə Qumral bu addımı ilə bir çox həmkarlarının keçmişini xatırladıb.

Düşmən münasibətdə olduğu həmkarları Nazənin və Könül Kərimova ilə illər öncə çəkilmiş fotolarını paylaşan Təranə xanım bu dəfə mərhum sənətkar Məmmədbağır Bağırzadə, aktrisa Məletkə Əsədova, muğam ifaçısı Zabit Nəbizadə, müğənnilər Rəqsanə, Röya, Nuri Sərinləndirici, Namiq Qaraçuxurlu və bir neçə ifaçılarının yer aldığı fotoşəkilləri "İnstagram" izləyicilərinin ixtiyarına buraxıb. 

Daha çox müzakirəyə səbəb olan foto Rəqsanə İsmayılova ilə bərabər çəkilmiş foto olub. Dəfələrlə plastik və cərrahi əməliyyatlar keçirən Rəqsanənin inanılmaz dərəcədə dəyişməsi diqqətdən yayınmayıb.

Fotonun altına xoşagəlməz sözlər yazıldığından Təranə Qumral şərh bölümünü bağlamağa məcbur qalıb.
Загрузка...
loading...
Загрузка...