Fon yüklənir...

Azərbaycanlı tələbə qızdan ŞOK ETİRAF: Artıq bakirəliyimi itirmişəm

http://joy.az/uploads/posts/2015-06/1434084201_telebe-bakire.jpg

 


Əfsanənin (ad şərtidir - İ.V.) 21 yaşı var. Atası ukraynalı, anası isə Şəmkir rayonundandır. Dediyinə görə orta məktəbi bitirib ali məktəbə qəbul olanda ağlına da gəlməzdi ki, bu günləri yaşayacaq:

"Universitetdə ilk dərs günü idi. Binaya daxil oldum, amma hansı otağa, hara gedəcəyimi bilmirdim. Bir oğlandan soruşdum, aparıb göstərdi, dərs bitən kimi gəlib mənimlə maraqlandı. Adı Orxan idi, universitetin dördüncü kursunda oxuyurdu. Beləcə münasibətimiz başladı. Bir neçə ay dostluq etdik, məni dərsdən evə ötürdü. Sonra sevgili olduq".

Əfsanə deyir ki, Orxan ona evlilik təklif edir və ailəsi buna qarşı çıxır. Amma sevgililər münasibətlərini davam etdirirlər:

"O, Bakıda kirayədə yaşayırdı. Bir neçə dəfə yaşadığı evə getmişdik, amma aramızda heç nə olmamışdı. Günün birində hər şey başladı. Əslində o mənə toxunmaq istəmirdi, özüm istədim. Anama dedim ki, məni bir nəfər istəyir, etiraz etdi ki, hələ tələbəsən, oxuyursan. Baş verənləri ona danışdım. Dedim ki, artıq bakirəliyimi itirmişəm. Atam da məsələdən xəbər tutan kimi məni universitetdən çıxardılar".

Əfsanənin sözlərinə görə, valideynləri onu universitetdən çıxartsa da, Orxanla əlaqəni kəsmir. Qəhrəmanımız növbəti il valideynlərinin razılığını alaraq ali məktəbə sənəd verir. Bu dəfə Türkiyədəki ali məktəblərdən birində təhsil almaq hüququq qazanır:

"Orxanla əlaqələrimiz var idi, telefonla danışırdıq. Günlərin birində eşitdim ki, o, avtomobil qəzasında dünyasını dəyişib. Təxminən 7-8 ay ağır depressiyada oldum, heç kimi danışdırmadım. Bircə onu bilirdim ki, ölmək istəyirəm. Çünki Orxansız çox çətin idi".

Nəhayət Əfsanə depressiyadan çıxır. Amma bu çıxış da növbəti depressiya üçün ilk addım imiş:

"Türkiyədə oxuyurdum. Artıq vəziyyət o həddə çatmışdı ki, çantamı yığıb Bakıya qayıtmaq istəyirdim. Mənə elə gəlirdi ki, Orxan sağdır, amma onun dünyasını dəyişdiyi hər dəfə yadıma düşəndə, qayıtmaqdan vaz keçirdim. Ortaq tanışlarımızın olduğu bir nəfərin mənimlə maraqlandığını, münasibət qurmaq istədiyini bilirdim. Çox yaraşıqlıydı, ancaq Orxandan sonra bu qərarı vermək mənə çox çətin idi. Nə qədər çətin olsa da, onunla görüşməyə razılıq verdim. Amma beş aydan sonra o da məni tərk etdi. Onun Almaniyaya getməsi məni yenidən depressiyaya saldı. Qışda Bakıya gələndə valideynlərim gördülər ki, halım yaxşı deyil. Məni həkimə apardılar, müayinədən keçdim. Məlum oldu ki, ağ ciyərimdə xərçəng var. Hazırda xəstəliyimin müalicəsini burada davam etdirirəm, hər ey yaxşılığa doğru gedir. Amma tam sağalsam belə, həyat çox maraqsızdır. Çünki Orxansızam"

ŞƏRHLƏR

Gülşad Əsədova

28 Oktyabr 2016 16:17

cox pis oldum Allah sefa versin no

beasloove

26 May 2016 14:32

Allah komeyin olsun. Bir oglan ucun bu qeder derd etmen .... mercedes

Agayev_RS

25 Aprel 2016 11:12

Allah komeyin olsun InsAllah Tez sagalarsan

Gul Beyaz Atasoy

15 Mart 2016 18:31

heqiqeten ureyim agridi ALLAH oglana REHMET ELESIN sizide sefa versin AMIN

Mata_99

3 Yanvar 2016 23:04

:( uzuldum :(

ıssız adam

22 Avqust 2015 01:22

Cox menasizdi mence artiq sen onun idinse valideynlerin istemeselerde seni ona vermeliydiler bu ne laqeyid validenlerdi

elmirchik

23 İyul 2015 13:15

allah ozu omek olsun

faiq123

12 İyun 2015 17:01

Allah komeyin olsun duzdu cox menasiz heyatdi
--------------------
Facebook profil
Twitter
Tpo.com

Ahu 05

12 İyun 2015 12:05

allah komeyinde dursun.

Su zambağı

12 İyun 2015 11:34

Allah şəfa versin.Bu da senin alnına yazılıb.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam