Fon yüklənir...

Partnyorunuzun hər gün eşitmək istədiyi 6 şey

Partnyorunuzun hər gün eşitmək istədiyi 6 şey

 

Sevgilinizin könlünü xoş tutmaq və əlaqənizin təzəliyini qorumaq üçün bu təkliflərə diqqət edin...

Səninlə zaman keçirməyi üstün tuturam 

Axşam bir dəvətə qatılmaq, köhnə bir yoldaşınızla görüşmək, iş yerindəki yığıncaqda olmaq məcburiyyətindəsiniz deyək. Ancaq sevgilinizə, əslində yanında olmaq istədiyinizi, lakin bəzi məcburiyyətlərinizin olduğunu söyləyin. 

Oyun oynayarkən ən çox uşaqların qazanmasına icazə verməyini sevirəm

Deyək, yoldaşınızın atası son dərəcə qatı qaydaları olan və heç bir şeydən məmnun olmayan bir adamdır. Bu səbəbdən yoldaşınız da atası kimi olmaqdan çox qorxur. Bu qorxusunda ona kömək etməlisiniz. Davamlı "Atan kimi deyilsən" demək çox mənalı gəlməyə və bir müddət sonra inandırıcılığını itirər. 
 

Partnyorunuzun hər gün eşitmək istədiyi 6 şey

 

Mən də səni düşünürdüm 

Onu düşündüyünüzü hiss etdirin. Xüsusilə də axtardığında bunu ona söyləmək qürurunu oxşyacaqdır. Onu düşündüyünüzü bilmək, özünü yaxşı hiss etdirəcək. 

Telefonunu tapmağına kömək edim 

Bir şey itirmək hər kəsin əsəblərini pozur. Xüsusilə də o an olması lazım olan bir şey isə ya da çox qiymətli bir xatirəsi varsa... Əsəb pozuqluğunun yanında, tək başına evi axtarmaq da pis bir hissdir. Deyək yoldaşınız, cib telefonunu itirdi. Ona qarşı anlayışlı olun və axtarışına kömək edərək, tək olmadığını hiss etdirin. Tapmağa ehtiyac yoxdur, onunla birlikdə axtarın.
 

Partnyorunuzun hər gün eşitmək istədiyi 6 şey

 

Paylaşmağı sevən və əyləncəli olun 

Gün içindən gözəl kadrlar gördüyünüzdə onunla bölüşməkdən çəkinməyin. Parkdan günəşli bir səhnə, oynayan uşaq, sevimli itlərin olduğu kadrlar gün içində onu hatırladığınıza və xoşbəxt bir anı paylaşmanıza kömək edəcək.

Səninlə daha yaxşı yatıram 

Kimin yuxuyla əlaqədar problemi yox ki? Yata bilmirsiniz ya da tez-tez oyanırsınız. Yastığı qucaqlayıb, yuxu həbi alır, ya da yuxu maskası taxırıq. Əgər yoldaşınıza onunla daha yaxşı yatdığınızı desəniz, bu onun üçün çox böyük bir kompliment olacaq. "Səninlə çox rahat yatıram, kimsə məni sənin qədər rahatlatmır" kimi cümlələr eşitmək çox xoşuna gələcək.
 

Partnyorunuzun hər gün eşitmək istədiyi 6 şey

 

 

 

ŞƏRHLƏR

mikecolins

21 Sentyabr 2014 20:38

ehtiyacım olacaq bir xəbər deyil =)

NICKY

9 Sentyabr 2014 13:01

Səninlə çox rahat yatıram, kimsə məni sənin qədər rahatlatmır" -

Kiwi bu cumlenin ikinci hissesini ewiden kimi qadina cumleni iwletdiyine pewman eliyer e))))
--------------------
♡♡♡

Ahu 05

9 Sentyabr 2014 12:10

tesekkurler... sevgi

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam