Fon yüklənir...

Qadın dilinin zəhəri

Kişilər çox danışan qadınları sevmirlər. Ancaq az danışan qadının da istifadə etdiyi bəzi ifadələr kişini özündən çıxarır. Mütəxəssislər bu ifadələri ümumiləşdiriblər. 

 

   "Sənin futbolun mənasız şeydir!": kişilər öz hobbilərinə qarşı çox həssasdırlar. Bununla bağlı təhqiramiz ifadə eşidəndə, öz ünvanlarına yönəlmiş təhqir kimi qəbul edirlər. 

   "Gəl söhbəti bağlayaq": kişilər yarımçıq qalmış söhbətləri sevmirlər. Əgər məsələ böyüdüsə, deməli, axırına gedib çıxmaq lazımdır. Kişi qadının əslində nə demək istədiyini "falçıdan öyrənmək" fikrində deyil... 

   "Danışmalıyıq": qadının işlətdiyi "səninlə ciddi söhbətim var" və ya "təcili danışmalıyıq" kimi ifadələr kişini həyəcanlandırır. Dəqiq formul olmalıdır. 

   "... Mənim anam deyir ki...": cütlük üçün valideyinlər əvəzsiz nüfuz sahibləridir. Ancaq hər zaman valideyinin dediklərinə istinad etmək kişini əsəbiləşdirir. Ona elə gəlir ki, qadın onun barəsində mənfi rəydədir. 

   "Gözəl deyiləm" "gömbulam" və ya "yemək bişirə bilmirəm": qadın çatışmazlıqlarından çox danışmamalıdır. Daim onlar haqda danışanda, kişi də bu barədə düşünməyə başlayır. Ən yaxşısı müsbət keyfiyyətlər haqda söz açmaqdır. 

   "Bərbad geyinmisən": kişi geyim tərzinin tənqidini şəxsiyyətinin tənqidi kimi qəbul edir. Ona bu barədə fikirləri alış-veriş zamanı söyləmək daha məqsədəuyğundur. 

   "Səndə heç nə alınmayacaq": kişinin özünəinam hissini sarsıtmaq qadının görə biləcəyi ən pis işdir. Şübhələrinizi özünüzdə saxlayın, sevdiyiniz adama dəstək verin.

ŞƏRHLƏR

Night Wolf

15 Avqust 2014 00:16

Gəl söhbəti bağlayaq.- bu ifadə çox işlənir
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

sevinc m-zada

3 Avqust 2014 23:32

xebere gore tsk)
--------------------
love Koray İzitaş Vine love

Ahu 05

3 Avqust 2014 20:37

heqiqeten de beledir.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam