Fon yüklənir...

Sevdiyin insanı necə geri qaytarmaq olar?

 Sevdiyin insanı necə geri qaytarmaq olar?

Onsuz sanki daha yaşamırsan. Ətrafda hər şey dəyişir, tanışların normal həyatlarına davam edirlər. Amma sən onunla ayrılan andan yapışıb qalmısan. Ürəyin ancaq bir şeyi istəyir - onu geri qaytarmaq. Əzizlərin, işin, sevdiyin məşğuliyyətlər, hər nə var idisə, sanki, mənasızlaşır, içində yaranan sonsuz boşluqda batırlar.

Özünü dəyiş, dünya dəyişsin

Psixoloq Ceyran Həsənlinin dediyi sözlərə görə, insanlar müxtəlif problemlər üzündən ayrılırlar: "İnsan özündə bəzi problemləri həll etsə, bəzi komplekslərini aşsa, sevdiyi insanı geri qaytara bilər. Ümumiyyətlə, insan özünü dəyişsə, çox şey əldə edə bilər. Özünü dəyiş, dünya dəyişsin. Hər bir insanın səhvi ola bilər. Bu normaldır. Amma səhvlərinizi başa düşməyə çalışın”.
 
Sevdiyin insanı necə geri qaytarmaq olar?

Nə üçün belə oldu?


"Niyə belə oldu?” deyib özünüzü depressiyaya salmayın. Problemin nədən ibarət olduğunu təhlil edin. Depressiyaya düşməkdənsə, "Mən nə edə bilərəm ki, bu vəziyyəti düzəldim” kimi düşünmək sizi ayrılıqdan xilas edə bilər.

Elə də ola bilər ki, problem qarşı tərəfdədir. Əgər o, birləşməyinizi istəyirsə, ona dəyişməyə kömək edin. Amma bəzi insanlar dəyişmək istəmir, qarşı tərəf isə onu olduğu kimi qəbul edə bilmir. Bu cür münasibətlər yenə də gərginəşəcəksə, hər şey daha da pis ol bilər. Bəlkə, heç qismət deyil, unutmalısız.

Əgər, doğrudan da, sevgiyə inanır, onu geri qaytarmaq istəyirsənsə, özündə bəzi şeyləri dəyişə bilərsən. Bu zaman problemin nədən qaynaqlandığını, kimin rolunun nə olduğunu öyrənmək lazımdır. Bir-birinizə düşmən çıxmaqdansa, bir-birinizə kömək edin. Məsələn, qarşı tərəfə deyə bilərsiz ki, "Çalışaq, münasibəti düzəltmək istiqamətində addımlar ataq”.

Deyirlər ki, münasibət pozulanda, hətta konflikt olanda da elə hərəkət etmək lazımdır ki, geriyə dönüş olsun. Psixoloq deyir ki, nə qədər də düşünsən ki, bu "son nöqtədir, ayrılacağam”, yenə də arada pərdəni götürməməlisən. Bu, birinci şərtdir. İkincisi isə yaşadığın xatirələr və hisslərdir. Birgə daha çox xatirələriniz, sizi bağlayan şeylər varsa, ayrılmaq şansı azalır.
 


Münasibəti qorumaq üçün əsas 3 amil


C.Həsənli bildirib ki, evliliyi qorumaq üçün 3 amil əsasdır: "Dinə bağlılıq, bir-birini təqdir etmək və birgə keyfiyyətli vaxt keçirtmək. Bu üç amil qorunursa, nikah daha möhkəm olur. Cütlüklər arasında bir-birini təqdir etmək, bir-birinin yaxşı cəhətlərini qeyd etmək varsa, bu, tərəflər arasında bağlılıq yaradır. Birgə çox vaxt keçirtmək, xoş anlar yaşamaq hisslərin qorunması üçün vacibdir.

Bəzən elə olur ki, bir-birinə qarşı hissləri olur, evlənirlər. Amma sonra bir-birini o qədər az görməyə başlayırlar ki, arada soyuqluq yaranır. Məsələn, səhər gedib gecə gəlirlər. Belə münasibətlərin qırılması daha asan olar. Baxmayaraq ki, orada hisslər var.

Ümumiyyətlə, münasibətə əmək qoymaq lazımdır. Əmək qoyulubsa, o, insana yadda qalası xatirələr vermisənsə, əlbəttə ki, geri qaytarmaq şansı artır.
 


Ayrılanda birinci addımı kim atmalıdır?


Bu sual bir çox qadınları düşündürür? Əsasən deyirlər ki, birinci addımı kişilər atmalıdır. Ancaq mütəxəssis bildirir ki, kim müdrikdirsə, birinci addımı o atmalıdır.

İnsan özünü tanıyır, özü ilə barışıb, özünü qiymətləndirməyi bacarır, səhvini başa düşürsə, üzr istəyə bilər. Vacib deyil ki, günahkar şəklində üzr istəsin. Fərqi yoxdur kim barışmaq istəyir. Əgər səhv onda deyilsə, qarşı tərəfdədirsə, yenə də gedib söhbət etmək lazımdır. Hər bir problemi söhbətlə, ünsiyyətlə həll etmək olar.
 


Barışmağa nə mane olur?


Bəzən elə problem olur ki, insan onun həll olunmayacağını görür. Problem daha da böyüyəcəksə, münasibətin mənası yoxdursa, o, geri dönməyə də bilər. Elə bir hədd var ki, onu keçmək qeyri-mümkündür.

Yersiz qürur da barışmağa mane ola bilər. C.Həsənli deyir ki, qürur adama güc verir, amma hüzur vermir: "Həmin an sən güclü görünə bilərsən, amma hüzurlu olmursan. Lazım olmayanda qürur insana çox mane ola bilər. Xüsusilə də ürəyin istəyir və istəyinə qarşı gedirsənsə, yalnız məntiqinlə qüruruna söykənərək hərəkət edirsənsə, bədbəxt olacaqsan”.

Əgər heç bir barışmaq cəhdlərinə baxmayaraq, barışmırsa, münasibəti davam etməyə dəyməz. Əslində müəyyən yerə qədər addım atmaq olar. Qarşıdakı insan, doğurdan da, istəmirsə, məcbur etmək olmaz.

Elə tip insanlar da var ki, onlara ayrılıq daha rahatdır. Təkliyi xoşlayırlar. Amma uzaqdan-uzağa nə qədər sevmək olar? Bu, bir yerə qədər ola bilər. Belə platonik sevgi daha çox gənclərə xasdır.
 


Sevgidə tranzakt oyun


Bir də var ki, tez-tez küsüb barışmağı xoşlayırlar. Buna tranzakt oyun da deyirlər. Küsürlər ki, barışanda daha mehriban olsunlar. Bu şüurlu surətdə daha çox qadınlarda olur. Amma belə davranış təhlükəli ola bilər. Kişilər belə şeylərdən tez yorulurlar.

Psixoloq onu da deyib ki, tranzakt oyunu adətən uşaq xarakterli qadınlar oynayırlar. Bunun əvəzinə kişinin diqqətini özünü inkişaf etdirməklə cəlb edə bilərlər. Tranzakt oyun zamanı qadın küsür ki, onu əldə etməyə çalışsınlar, ona can atsınlar, diqqət göstərsinlər.
 
 
 
 

ŞƏRHLƏR

gulumse

27 İyul 2014 19:16

geden qaytsa ona evvelki kimi inanarsiz ?

a_y_a_n

27 İyul 2014 14:43

sevdiyim insan olub 1 defe amma o bawqasini sevir indi hec kimi sevmirem ve ona nifret edirem

MiSS BlaCKStaR

24 İyul 2014 22:12

Hal hazırda elə çarəsiz hiss edirəmki özümü..nifrət etdiyim biri belə yazsa cavab yazaram danışaram... :/
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Night Wolf

24 İyul 2014 17:49

Əvvəldən gərək elə addım atasan ki, sonra peşman olmayasan.
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

melisa can

24 İyul 2014 13:52

tewekkurler.ama men hec zaman meslehetderden yararlanmiram.oz bildiymi edirem.

MiSS BlaCKStaR

23 İyul 2014 23:37

Sitat: IBRAHIMOVA LEMAN
Sitat: MiSS BlaCKStaR
Gedəni saxlamazlar deyiblər...mənim deyilsə heç kimin olmayacaq da deyiblər...
Sevirsənsə sevdiyinin xoşbəxt olmasını istəyərsən,səndən ayrıda olsa.onubxoşbəxt görmək sənə bəs edər..
Sevmirım..ama sevəcəm nə vaxtsa....
Ama sevgidəndı ötə hisslər var,ən önəmlisi hörmət...
Birdı mınim üçün biro gözümdən düşməsin..düşdüsə heç vaxt öz yerinə qayıda bilməyəcək,heç yaxınıma 1addım belə...

axirinci cumlen cox gozeldi menim xasiyyetimdi o biri gozumnen dusduse hec yalannan da olsa uzune hec gule de bilmerem !!!!!!!

Canım olsun ama gözümnən düşdüsə heç ı hərfinədə layiq olmur..necəki olmayıb...


Sözüm oduki sevdiyinizin çox istədiyinizin qədrini bilin...birinci özünüzə sonra qarşınızdakına hörmət qoyun...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

IBRAHIMOVA LEMAN

23 İyul 2014 23:23

Sitat: MiSS BlaCKStaR
Gedəni saxlamazlar deyiblər...mənim deyilsə heç kimin olmayacaq da deyiblər...
Sevirsənsə sevdiyinin xoşbəxt olmasını istəyərsən,səndən ayrıda olsa.onubxoşbəxt görmək sənə bəs edər..
Sevmirım..ama sevəcəm nə vaxtsa....
Ama sevgidəndı ötə hisslər var,ən önəmlisi hörmət...
Birdı mınim üçün biro gözümdən düşməsin..düşdüsə heç vaxt öz yerinə qayıda bilməyəcək,heç yaxınıma 1addım belə...

axirinci cumlen cox gozeldi menim xasiyyetimdi o biri gozumnen dusduse hec yalannan da olsa uzune hec gule de bilmerem !!!!!!!

MiSS BlaCKStaR

23 İyul 2014 23:11

Gedəni saxlamazlar deyiblər...mənim deyilsə heç kimin olmayacaq da deyiblər...
Sevirsənsə sevdiyinin xoşbəxt olmasını istəyərsən,səndən ayrıda olsa.onubxoşbəxt görmək sənə bəs edər..
Sevmirım..ama sevəcəm nə vaxtsa....
Ama sevgidəndı ötə hisslər var,ən önəmlisi hörmət...
Birdı mınim üçün biro gözümdən düşməsin..düşdüsə heç vaxt öz yerinə qayıda bilməyəcək,heç yaxınıma 1addım belə...
--------------------
Я оДНа таКаЯ

Я не ЗаменимаЯ


Ve bu da son :)

Ahu 05

23 İyul 2014 22:15

tesekkurler. sevgi

Nahid-19

23 İyul 2014 20:10

Kaşki ola bilsəydi ((....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam