Fon yüklənir...

Anlayışsız kişilərlə rəftarın yolları

Anlayışsız kişilərlə rəftarın yolları 
 
Anlayışsız kişilərlə necə davranmaq lazımdır?
 
Evli cütlüklər arasındakı ən fundamental problemlər kişilərin qadınları anlamaması, onlara kömək etməmələri və xanımlarına maraq göstərməmələridir. Edilən araşdırmalardan bəlli olub ki, qadınlar ən çox yaxın yoldaşlarından və qonşularından məmnun olarkən, özlərinə qarşı ən anlayışsız davranan insanların həyat yoldaşları imiş.
 
Sevgili olduqları dövrdə və evliliyin ilk illərində olan anlayış, həyəcan və yaxın əlaqə getdikcə tədricən azalır, yerinə monoton, maraq sahələri başqa yerə "sürüşmüş", paylaşılmağı mümkün olmayan əlaqələr gəlir. Əslində partnyor əlaqələrində həlli mümükün olmayan çox şey yoxdur. Amma məsələnin həlli cütlüyün ər-arvaddan asılı olduğu üçün bir çox cütlüklər özünü dəyişməkdən imtina edir. Həllsizlik çox vaxt bundan qaynaqlanır. Cütlük bir az ünsiyyət quranda, bir az özünü günahlandırmadan ifadə etməyi öyrənəndə, bir az da qarşısındakı "Görəsən nə hiss edir?" deyə düşünəndə əlaqələr zamanla yoluna girə bilər. Və çox təəssüf ki, partnyorlardan biri dəyişməzsə, qarşısındakı da dəyişmir.
 
Anlayışsız kişilərlə rəftarın yolları
 
Dəyişmə üçün birinin ilk addımı atması mütləq şərtdir.

Kişilər maraqlanıb, kəşf edə biləcəkləri qadınları cazibədar hiss edirlər." Kişilər məni sevsəydi nə istədiyimi bilərdi!" Və ya "Mən söylədikdən sonra bir əhəmiyyəti yoxdur!" - kimi cümlələrə nifrət edirlər. Kişilər çox vaxt seçdiyimiz dolanbac cümlələri anlamırlar. Hər nə qədər, kişilər üçün "Eşqsiz seks, nigahsız uşaq istəyərlər!" fikri əsas olsa da kişilər də ətdən, sümüklərdən yaradılmış varlıqlardır, duyğuları və hissləri olan canlılardır. Heyranlıq duyğusunu yaşamayan kişilər çox anlayışsız olarlar və eyni qadınlar kimi bədbəxtliyə düçar olurlar.
 
Anlayışsız kişilərlə rəftarın yolları

Dr. Cem Keçedən qadınlara tövsiyələr:

- Özünüzə və qadınlığınıza zaman ayırın.

- Baxımınıza diqqət edin.

- Qadınlar fərdi inkişaflarına diqqət göstərməlidirlər.

- Həyatı həyəcanla yaşamaq lazımdır.

- Sirrini mütləq qorumalıdır.

- Ehtirasa fikir verməməlidir.

- Qarşındakıyla günahlandırıcı şəkildə danışmamalıdır.

- Dolanbac cümlələr qurmamalı,"düz" ünsiyyət qurmalıdır.

- Qətiliklə hər hansı bir vəziyyət ya da insan ilə müqayisə etməməlidir.

- Ev işlərini davamlı tək başına etməyib bunu əyləncəli hala gətirməli və birlikdə etməyə fürsət yaratmalıdılar.

- Kişilərin də romantik ola biləcəyini unutmamalıdırlar.

- Dəyərləndirməli və təsdiqləməlidirlər.

- Ehtiyac duyduqları zaman dəqiq bir şəkildə bunu dilə gətirməlidir.

- Ona olan heyranlığınızı hər fürsətdə dilə gətirməlisiniz.
 

ŞƏRHLƏR

Night Wolf

22 İyul 2014 14:18

Çox doğru məsləhətlərdi
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

20 İyul 2014 20:26

tesekkurler.....

NICKY

20 İyul 2014 20:22

Dr. Cem Keçe verdiyi meslehetler duzdu menim fikrimce en esas qadin ozune fikir vermelidi hemwe formada olmalidi
--------------------
♡♡♡

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam