DİQQƏT!

Qadınlar aləmiQadın dünyası

Saç boyası haqqında bilməniz lazım olanlar:

Saç boyası haqqında bilməniz lazım olanlar!


Etiraf edin! Nə zaman canınız dəyişiklik istəsə ya da o çox bəyəndiyiniz adamın diqqətini çəkməyə qərar verdiyinizdə, əl atdığınız ilk dəyişiklik nə olar? Təbii ki, saçlar!

Dəyişmənin başlanğıc nöqtəsi bu olduğuna görə, nəticədən peşman olmamaq üçün bu qərarı şüurlu tətbiq etmək lazımdır.

Saçlarımızı rəngləyərkən istədiyimiz rəngi necə əldə edə bilərik?


Saçları rənglənməzdən əvvəl istənilən rəngi əldə etmək üçün rəngin çox yaxşı müəyyən olunması gərəkdir. Rəngin təyin edilməsi daha əvvəl boyanmamış saçlar üçün; saçlarda ağ yoxsa və ya azdırsa, təbii rəngindən bir ton açıq rəng seçilməlidir.

Daha əvvəl boyanmış saçlar eyni rəngə və ya tünd rəngə boyana bilər. Ancaq boyalı saçları olduğundan daha açıq rəngə rəngləmədən əvvəl, saçın rəngini açmaq əməliyyatının həyata keçirilməsi lazımdır. Bu şəkildə arzulanan saç əldə edilmiş olunur.

Saç boyası haqqında bilməniz lazım olanlar!

 

Boyanarkən saçımız necə olmalıdır?


Saçınızın təmiz ya da çirkli olması fərq etməz. Hər iki vəziyyətdə də yaxşı nəticə ala bilərsiniz. Ancaq boya etmədən əvvəl saçınızda jele, biryantin, sprey, köpük kimi saç şıkilləndiriciləri varsa, fırça köməyiylə təmizləməlisiniz. Çünki şəkilləndiricilər saça kifayət qədər boyanın nüfuz etməsinə mane olar. Boyanın qalıcılığı qısa ömürlü olar.

Saç boyası haqqında bilməniz lazım olanlar!

 

Boya saçı tökər mi?


Boya saçı tökməz. Mövsüm dəyişikliyi, fizioloji narahatlıqlar, nizamsız bəslənmə kimi şərtlər saçın tökülməsinə səbəb olar.

Saç boyası haqqında bilməniz lazım olanlar!

 

Dərimizə bulanan boyanı necə təmizləməliyik?


Saç boyası ilə tətbiqə başlamadan əvvəl saç diblərinə nəmləndirici krem tətbiq oluna bilər. Gözləmə müddəti sonunda saçlar yuyulmadan əvvəl və ya yuyulduqdan sonra nəmli bir pambıqla boyanın dəridən təmizlənməsi asanlaşar. Nəmləndirici krem tətbiqi unudulsa, sabunlu bir bez ya da pambıq köməyi ilə boya təmizlənə bilər.

Qaş və kirpiklər boyanırmı? Qaş və kirpiklər heç bir boya ilə rənglənilməz. Əgər qaşlarınızı rəngləmək istəyirsinizsə, xüsusi olaraq hazırlanmış qaş-kirpik boyalarından istifadə edin.

Saç boyası haqqında bilməniz lazım olanlar!

 

Boyanı nə qədər zamandan bir təkrarlamaq lazımdır?


Saç, ayda təxminən 1 sm. uzanar. 4 ilə 5 həftə ara ilə saç diblərini rəngləmək və saç uclarına kölgə vermək lazımdır.

Evdə saçları rəngləyərkən, nə cür boyalar seçilməlidir?


Əvvəlcə saç boyası olaraq evdə ya da professional istifadədə də olsa orijinal tərkibli saç boyaları seçim edilməlidir. Orijinal tərkibli boyalar sağlamlığa ziyan olmadığı kimi, saç üzərində canlılıq və parlaqlıq təmin edir.

Saç boyası haqqında bilməniz lazım olanlar!


Saç boyamaq bəzi hallarda həkimlər tərəfindən xəstələrə qadağan edilir. Məsələn, sizin ya da çox sevdiyinizin başına lənət bir xəstəlik gəlirsə, müalicə müddətində saçların rənglənilməsi sağlamlıq baxımından çox təhlükəlidir. Hətta hamiləlikdə də saç boyatmaq təəssüf ki, körpə və ana sağlamlığı baxımından risk daşıdığından hamilələrə saç boyama əməliyyatı müəyyən aylarda xüsusilə qadağan edilir. Bu tip vəziyyətlərdə təbii saç boyalarını seçim etmənizi təklif edirik.

Evinizdə asanca hazırlaya biləcəyiniz saç boyası;

 

VƏSAİTLƏR:

• 200 qr xına
• 1 şorba qaşığı zəfəran
• 2 yemək qaşığı qatıq
• Qırmızı soğanın qabığı
• 1/2 st. qırmızı şərab
• 2-3 dəmli paket çay suyu (yarım stəkan)
• 3 qozun yaşıl qabığının (varsa) qaynamış suyu
• 1 Badımcanın qabığının suyu (yarım stəkan)


Hamısını bir stəkanda qarışdırın və saçınıza tətbiq edin. Gözləmə müddəti ən az yarım saatdır. Əgər açıq bir saç rənginə sahib olmaq istəyirsinizsə, qatıq və zəfəranın miqdarını artırın. Yox mən daha tünd bir rəngə sahib olmaq istəyirəm deyirsinizsə də, çayın miqdarını artırın.

Saçlarınızı normal boya ilə boyaydıqdan ən az iki ay sonra xınalı təbii qarışımı istifadə edəbilərsiniz.

2013 eynək modası:

 

2013 Eynək Modası


Günəş eynəyi ən çox istifadə etdiyimiz aksesuarlarımızdan biridir.Günəş eynəkləri artıq moda dizaynerlərinin mərkəz nöqtələrindəndir. İstifadə etdiyiniz günəş eynəkləri, artıq moda stilinizi ifadə etdiyi dövrdə olduğumuz üçün sizə ən çox uyğun gələn stili tapın.

Klassik dizayn yerinə rəngli və fərqli dizaynları seçin. Variantların çox olduğu eynək modelləri dəli rənglər, dizaynlar və materiallardan ibarətdir.

 

2013 Eynək Modası

 

Qıyıq (cat eye) dizaynlara sahib eynəklər məşhurların çoxu tərəfindən seçim edilmişdi.

Böyük eynəklər (oversized) isə uzun zamandır həyatımızın parçalarındandır.

Bəzəkli (decorated) eynəklər isə bu il qətiliklə məşhur olacaq eynəklərdəndir.

 

2013 Eynək Modası

 

Eynək alarkən üz şəklinizə diqqət yetirməyiniz çox əhəmiyyətlidir. Əks halda eynək sizə daha da pis bir görünüş bəxş edər.

Kvadrat üzlər

Əgər üz quruluşunuz kvadrat şəklindədirsə, üzünüzə yaraşan eynəyi seçmək üçün qıyıq eynəklərə üstünlük verin.

 

2013 Eynək Modası

 

Oval üzlər

Əgər üz quruluşunuz oval formasındadırsa, siz demək olar ki, hər cür dizaynlı eynəkdən istifadə edə bilərsiniz.

 

2013 Eynək Modası

 

Yumru üzlər

Bu tip üzlü insanlar üzlərini daha uzun və incə göstərməlidirlər. Buna görə eninə doğru dördbucaqlı şəklindəki eynəkləri seçin.

 

2013 Eynək Modası



Ürək formasında olan üzlər

Dar çənəniz və kiçik alnınız üçün oval və nazik xəttli eynəklər seçin.

 

2013 Eynək Modası


0 0

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 0
    Şərhlər:209
    zizishko6 Aprel 2013 20:45
    sac renginnen istifade elemirem..agaranda yeqinkii qoyaram love
  1. Xəbərlər: 0
    Şərhlər:139
    ♥BARBIE♥10 Mart 2013 16:09
    men sacima qara reng qoymaq isteyirem ama hami deyirki oz sacin yaxsidi,deyisme rengini..
  1. Xəbərlər: 34
    Şərhlər:8246
    PeTTy28 Fevral 2013 11:14
    Saçımı heç vaxt boyatmaram öz rengine nolub ki...
    --------------------

    Psixoloq məni xilas etmək istəyir, mən isə dünyanı...
  1. Xəbərlər: 6
    Şərhlər:2633
    Mələk26 Fevral 2013 12:35
    mən heç vaxt saçlarımı rəngləməmişəm.heç fikrimdə yoxdu çünki çox gözəl rəngi olan və uzun saçlarım var.bi dəfə getdim salona rəng qoymağa usta dediki qıymıram bu saçın rəngin dəyişməyə

    ayda eynəkləri heç sevmədim bu ne ya...
    ama boyalar haqda olan məlumatlar çox lazımlı idi təşəkkür
  1. Xəbərlər: 41
    Şərhlər:3077
    Eva_126 Fevral 2013 11:25
    Saçlarimin rəngini dəyişmək istərdim amma hələ yox şampan rəngini sevirəm
    --------------------
  1. Xəbərlər: 17
    Şərhlər:1975
    Devilest_Love25 Fevral 2013 21:43
    Saclarimi renglemirem))
    Eyneklerden 1-I beyendim tewekkur girl
  1. Xəbərlər: 1
    Şərhlər:2486
    Ask yok25 Fevral 2013 21:09
    Mən o kraskadan hazırlaya bilmərəm..Qara rəng qoyacam..Eynəkləri heç bəyənmədim..Bu cür eynəkdən istifadə etmirəm
  1. Xəbərlər: 0
    Şərhlər:1451
    ben ve sen25 Fevral 2013 20:08
    Menim saclarim onsuzda saridir reng qoymaga ehtiyacim yoxdur ve olmayacag eyneyegeldikce bir ikisini beyendim tesekkurler
    tongue2 tongue2 tongue2
  1. Xəbərlər: 836
    Şərhlər:7214
    İlkay25 Fevral 2013 18:30
    Saclarima boya vurmuram vurmaqda fikrim yoxdu cunki tebi rengini tebi gozelliyini hec bir weye deyiwmerem..Bunuda deyim ki boyadan isdifade edilen saclarda, sac demek olarki yanir, ve qeribe bir hala gelir el vurduqda ele bir eline tikan batir..Amma normal saclarda yeni reng isdifade edilmemiw saclarda bu bele deyil..Ve mence insana yarawan sac rengi ele insanin ozunun sac rengdiir..
  1. Xəbərlər: 0
    Şərhlər:503
    gulya9125 Fevral 2013 18:13
    men saclarima boya vurmuram yalniz xina ve terkibine cay yod zeytun yagi tokurem saclarim hem pariltili olur hem hemde gozel rengi olur.eynek taxmagi cox sevirem her zamanda calisiramki yarasani taxim.
  1. Xəbərlər: 23
    Şərhlər:2579
    Diloş25 Fevral 2013 17:16
    Saç boyaları xeyirdən çox zərər verir.
  1. Xəbərlər: 47
    Şərhlər:2439
    VeNTilabis_GaGa25 Fevral 2013 13:58
    Kraska yandırır saçı
    --------------------
    Dance Sex Art+PoP
  1. Xəbərlər: 55
    Şərhlər:1347
    niSsa :)25 Fevral 2013 12:38
    Evinizdə asanca hazırlaya biləcəyiniz saç boyası;

    hii ne yaxsi ele bele bir wey axtarirdim mutleq eliyecem :D
    --------------------
  1. Xəbərlər: 0
    Şərhlər:857
    Kristina25 Fevral 2013 12:36
    men saclarda tebiillilik sevirem boya neye lazimdir gerek vaxti vaxtinda boyayasan yoxsa dib boyasi gelir oda pis gorsenir
  1. Xəbərlər: 0
    Şərhlər:717
    kenzo-199125 Fevral 2013 12:27
    men saclarimin oz tebii rengini hec bir renge deyiwmem hello
  1. Xəbərlər: 113
    Şərhlər:5835
    A_K25 Fevral 2013 12:23
    Evveller tez tez deyisirdim sacimin rengini amma indi elemirem.Dib boyam gelse bile...:))
    --------------------
    Şeytandan gűnahlarımı soruşdum.
    "Yox/yox" elə mənsizdə pis yaşamırsan dedi :(
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.