Fon yüklənir...
Загрузка...

"Toya 15 gün qalmış qızların həkimə gedib bunu etməsi ciddi fəsadlar yarada bilər"

Загрузка...

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda daha bir doğuş əməliyyatı faciə ilə nəticələnib. Belə ki 
Lənkəranda doğuş zamanı ana və körpə ölüb. Ölkədə baş verən növbəti ana və körpə ölümü səhiyyəmizdə yaranan problemlərin müzakirə edilməsinə səbəb olub.

Təkcə 2018-ci ilin 3 ayı ərzində Azərbaycanda 7 ana ölümü baş verib. Doğuş zamanı ana və uşaq ölümünün səbəbləri nələrdir? 

Bununla bağlı açıqlama verən Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova bildirib ki, ana ölümlərinin səbəbi valideynlərimizin övladlarına qarşı laqeydliyidir:

"Yəni analar qızlarını ərə verəndə qanını, ürəyini, qanlarının laxtalanmasını, böyrəyini yoxlatsa o qadında hamiləlik normal keçər. Xəstəliyi aşkar olunanda müalicə edib, həmin həkimlə birlikdə ginekoloq müştərək olaraq hamiləliyi idarə edər. Vaxtında müdaxilə edilsə körpə də, ana da sağ qalar. Valideynlər övladlarının uşaqlıqdan olan xəstəliyi barəsində məlumat vermirlər. Bəziləri isə ümumiyyətlə övladının xəstəliyindən xəbərsizdir. Qızlarını həkimə aparmırlar. Gənc analar həkimə müraciət etməkdən imtina edirlər. Doğum zamanı da özəl klinikalara müraciət edirlər. Ancaq ginekoloqun müayinəsindən keçirlər. Ancaq dövlət xəstəxanalarında terapevtlər, kardioloqlar və digər həkimlər var. Dövlət xəstəxanasında bütün hamilələr mərhələli şəkildə həkim müayinəsindən keçir. Özəl xəstəxanasında bütün müayinələr pullu olduğuna görə yalnız ginekoloqun qəbulunda olurlar. Nəticədə böyrək, qan xəstəlikləri ginekoloqun nəzarətindən kənarda qalır. Xəstə ağırlaşanda və ailə pul tapmayanda dövlət xəstəxanalarına üz tuturlar. Dövlət xəstəxanalarında qeydiyyatda olan hamilələrə biz zamanında müdaxilə edə bilirik. Çünki hamilə a zamanında bütün müayinələrdən keçirilir”. 
 

 

Sevinc Məmmədova qanaxmaların müxtəlif səbəblərdən olduğunu bildirib: "Qanaxmanın əsas səbəbi uşaqlığın tonusunun dəyişilməsidir: "Digər səbəblər isə laxtalanma sisteminin pozulması, doğuş zamanı alınan tramvadır. Uşaq böyük olanda, gəlişi düzgün olmayanda, doğuş zamanı cırmalar olur. Hər bir qadın uşaqlığında bir hamiləliyi idarə etməlidir. Əkiz övlad dünyaya gətirənlər, tez-tez doğan və abort etdirənlərin uşaqlıq divarı yumşalaraq nazilir. O, uşaqlıq doğuşdan sonra yığıla bilmir. Ona görə də qanaxma dayanmır. Bu zaman da ciddi problem olmasa dərmanlar vasitəsilə yığırıq. Əgər qanaxma dərman vasitəsi ilə kəsməsə uşaqlığı məcbur olub kəsib götürürük. Hər bir doğuşa yardım müəssisəsində bu metodika istifadə olunur. Cırılmalar əsasən doğuş yolları doğuma hazır olmayanda, bəzi analar mamaçaların sözlərini eşitməyəndə doğum düzgün getmir. Beləliklə cırılmalar əmələ gəlir”. 
Sevinc Məmmədova qeyd edib ki, qeysəriyyə kəsiyinin özü bir anormallıqdır. Qadınlar normal doğuşla uşaq dünyaya gətirməlidir. Əgər qadın qeysəriyyə əməliyyatı olunursa ya qadında, ya da uşaqda hansısa bir problem var. Qeysəriyyə zamanı qanaxma ola bilər. Amma qeysəriyyədə qarın boşluğu açıq olduğu üçün matka yığılmayanda ya tikişlə, ya da iynə ilə yığırıq. Əgər qadının qanın laxtalanma sitemində problem varsa onda qanaxmanın qarşısını almaq çox çətin olur. Qeysəriyyə zamanı ana ölümlərinin əsas səbəbi qanın laxtalanma sistemində problemin olmasıdır. 

Sevinc Məmmədova onu da vurğulayıb ki, qadınlarımız hamiləlikdən öncə can həkimlərinə getməlidir: "Dövlət xəstəxanalarına etibar etsinlər. Çünki özəl xəstəxanalara pulu olanlar müraciət edir. Dövlət xəstəxanalarında müayinələr pulsuzdur. Terapevtə, böyrək həkimlərinə müraciət etsinlər. Qanın laxtalanma sistemini yoxlatdırsınlar. Əgər soquqdəymələri varsa mütləq şəkildə səbəbini tapıb, müalicə etdirsinlər. Bundan əlavə bəzi gənclər bir iki aydan sonra hamiləlik baş tutmayanda ginekoloqların üzərinə qaçırlar ki, həkim uşağım olmur. İnternetdən, ağızdan-ağıza yayılan dərmanları qəbul edib hamiləliklərini tezləşdirirlər. Amma o dərmanların özü qanın laxtalanması sisteminə çox mənfi təsir göstərir. Qadınlarımız hamilə qalmaq üçün o dərmanları içir. Yumurta yetişir. Yumurta yetişib mayalananda artıq qanı pozulmuş bədəndə inkişaf edir. Belə qadınlarımız doğuşda qan itirirlər. Doğuş zamanı da problemlər yaşanır. Ona görə də həkim təyinatı olmadan hər hansı bir dərmanı aptekdən alıb istifadə etməyə qadağan qoyulmalıdır. Son zamanlar gənc anaların qanında bəzi dərmanlara allergetik xüsusiyyətlər yaranır. Bu gün analar qızları nişanlanan kimi qanlarını yuduzdururlar. Valideynlər hesab edirlər ki, qızları ərə getməsinə 10-15 gün qalmış damarına sistem qoydurub qanını yuduzduranda yaxşı olacaq. Düşünmürlər ki, bu sistemlər vasitəsi ilə qanı duruldurlar. Ona görə də valideynlərə və qızlarımıza məsləhət görürəm ki, lazım olmadıqda sistem qoşdurmasınlar”. 

Aysel Yusifqızı
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...