Fon yüklənir...

Azərbaycanda qadın sünnəti - ŞOK!

Azərbaycanda qadın sünnəti - ŞOK!

“Sünnət” sözü yalnız kişilərin sünnəti haqda informasiya verir. Kişilərin sünnət olması Azərbaycan cəmiyyətində müzakirəsiz və şərtsiz qəbul edilib. Bəzi Avropa ölkələrində sünnət olunduğu üçün valideynlərini məhkəməyə verən övladlar da var.


Bəs qadınların sünnəti necə? Bu haqda eşidən var?


Dünyada otuzdan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qadın sünnəti adi adət kimi qəbul edilir. Qadın sünnəti heç bir həkim müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir. 2008-ci ilin statistikasına görə, dünyada 140 milyon qız bu əməliyyata məruz qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə, qadınların 80 faizi icbari qaydada bu əməliyyat keçirib. Səudiyyə Ərəbistanında və İndoneziyada da bu adət var. Qadınların sünnət olunması inkişaf etmiş Avropa ölkələrində dəhşətlə qarşılanır. Bu haqda Beynəlxalq Sağlamlıq Təşkilatının rəsmi açıqlamaları var. Açıqlamada deyilir ki, azyaşlı qız uşaqlarının cinsiyyət orqanının “dodaq” adlanan hissəsinin neştərli müdaxilə ilə kəsilib atılması onlarda ölümlə nəticələnən kəskin qanaxmaya, ən dəhşətlisi isə xərçəngə səbəb ola bilər.

Böyük Britaniyada qız sünnəti rəsmi surətdə 1985-ci ildə qadağan olunsa da, bəzi Afrika mənşəli tayfalarda bu əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu adət 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər qanuna məhəl qoymadan belə əməliyyatlar həyata keçirir.

Ginekoloqlar bildirir ki, qadın cinsiyyət orqanlarında hər hansı bir hissənin kəsilməsi, qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə yanaşı, onların psixikasına da ciddi zədə vurur.

Qadın sünnəti kimə lazımdır?

Qadına qarşı fiziki zorakılığın son həddi-cinsiyyət orqanının bir hissəsinin kəsilib atılması Türkiyə və İraqda da mövcuddur. Avropa Birliyi Komissiyası hesabatlarında Türkiyədəki qadın sünnətinə toxunub. Hətta bunu cinayət adlandırıb. Qeyd edək ki, qadın sünnəti İraqda və Türkiyədə yaşayan kürdlərə məxsusdur. Onlar qız uşaqlarını 8-14 yaşına qədər sünnət edirlər.

Frigid yetişdirək!

Sünnət olunan qadının ehtiras verici organları kəsilir ki, qız gələcəkdə ehtirasının qurbanı olmasın. Qəbilə düşüncəli insanların fikrincə bu şəkildə qız heç vaxt əxlaqsız yola düşməz, çünki hissiyyat hissəsi kəsilib atıldıqda cinsi tələbat yaranmır. Qız uşaqlarının sünnətinə əsasən Afrika qəbilələrində və Şərqi Asiya ölkələrində rast gəlinsə də, bir müddət əvvəl qadın sünnətinin Azərbaycanın bəzi bölgələrində də “peyda” olması haqda xəbər yayılıb. İnformasiyada deyilir ki, Qusarda və Balakəndə qız uşaqları “adət-ənənəyə” uyğun olaraq sünnət olunur.

Qadın sünnəti olayında niyə məhz Qusar və Balakənin adının hallanması da maraqlıdır. Statistikaya görə, qadınlara qarşı cinsi zorakılığın ən çox rastlanıldığı region Azərbaycanın Şimal bölgələridir. Qadınların cinsi həyatını normal yaşaya bilmədiyi, sıxışdırıldıqları ölkələrdə zorlanan və təcavüz görən qadınlar mənəvi dəstək görmək əvəzinə, qohumlar tərəfindən tənələrə məruz qalırlar. Zorlanan tərəf qohumlar arasında zərərçəkmiş yox, günahkar münasibəti görür. Cinsi zorakılığın çox olduğu Şimal bölgəsində zorakılıq gördüklərinə görə suçlanan qadınların ailələri tərəfindən cinsi orqanlarına neştərlə müdaxilə olunması ehtimalı varmı.

İnformasiyanın doğru olub olmadığını dəqiqləşdirmək üçün Balakən rayon Mərkəzi Xəstəxanasının həkimi Məhəbbət Alqayeva ilə əlaqə saxladıq. Həkim Məhəbbət Alqayevanın sözlərinə görə xəstəxanada heç vaxt belə bir hadisəyə rast gəlməyib. Hansısa köhnə adətlərdə qalmış nəsə olsa belə, bu barədə məlumatı yoxdur.

Mövzu ilə bağlı ginekoloq Hakan Tanrıverdi Publika.Az-a danışıb. Ginekoloq qadınların sünnət olunmasının heç bir tibbi xeyrinin olmadığını, əksinə qadınları şikəst qoyduğunu deyir. Onun sözlərinə görə Türkiyədə də qadınların sünnət olunduğu regionlar var. Qadınların sünnət olunmasına qarşı olan qadın hüquq müdafiəçiləri uzun müddət mübarizə aparıb. Nəhayət ki, qadınların uşaqlıqdan şikəst olmasının qarşısını ala biliblər. Qız uşaqlarının sünnət olunması adətən, Afrika ölkələrində, qadınların cinsi həyatlarını istədikləri kimi yaşaya bilmədikləri ölkələrdə rast gəlinir. Qadın cinsi orqanında yerləşən “dodaq” adlanan bölgədə saysız-hesabsız sinirlər keçir. Bu da cinsi istəyi arıtır. Ən əsası isə uşaq yaşında cinsi orqanına müdaxilə edilmiş qadında sonradan çox ciddi psixoloji sarsıntılar ola bilər. Cinsi orqanına neştərlə müdaxilə edilmiş qız uşağı qorxu və müxtəlif xəstəliklərlə qarşılaşa bilər. Bu xəstəliklərdən ən təhlükəlisi isə cinsi orqanın iltihabı xəstəliyi ola bilər. İltihab isə sonradan cinsi orqanın xərçənginə də çevirir.

İslam nə “hə” deyir, nə “yox”

Qadınların sünnət olması ilə bağlı İslamın nə dediyini öyrənmək üçün dinşünas Elşad Miriyə müraciət etdik. Elşad Miri bildirdi ki, qadınların sünnət olunması haqda İslamda konkret heç nə yoxdur. Sadəcə olaraq din tarixində Məhəmməd peyğəmbərin bu haqda dediyi bir-iki söz qalıb. Qadın sünnəti adətən Afrika və Ərəbistandakı bədəvi ərəblərin yaşadığı yerlərdə baş tutub. Buna da səbəb kimi qadınlarda ehtirası azaldıb fahişəliyin qarşısını almaq olub. Dinşünas Elşad Miri onu da dedi ki, indiki dövrdə qadınların sünnət olunması hallarına rast gəlməyib. Bu haqda danışmaq absurddur.

Qusar Mərkəzi rayon Xəstəxanasından ünvanlanan suala aqressiv yanaşan həkim Adilə xanım isə bildirdi ki, Qusarda qadınların sünnəti heç vaxt olmayıb. Qusarda nə vaxtsa belə bir hadisə yaşansa idi xəstəxanada bu haqda bilərdilər.

Amma adı çəkilən bölgələrin müxtəlif kəndlərində bu hadisənin baş verməsi ilə bağlı məlumatlar daxil olur. Araşdırmamızı davam etdirib sünnətə məruz qalmış insanlardan təfərrüatları sizə təqdim edəcəyik.

ŞƏRHLƏR

sevinc m-zada

26 İyul 2014 15:49

nc nc nc dunya ne gune duwubdu
--------------------
love Koray İzitaş Vine love

aide

18 Oktyabr 2012 12:53

Qadinlarin sunneti haqda esitmisdim ama Azerbaycandada oldugunu bilmirdim

The Moon

11 Oktyabr 2012 23:22

Ayy dəhşət oldum belə də şey olar??????????

GOLD 999

11 Oktyabr 2012 22:53

BIZIM BASHIMIZA GETIRDIYINIZ OYUN BES ELIYIR DEEEE!!! BU YAZIQ QIZLARIN GUNAHI NEDI?

Mito

11 Oktyabr 2012 21:28

Bu haqqda oxumusdum amma bu dehsetli hadiseye Azerbaycanda da rast gelindiyini bilmirdim . Umumiyetle bu hereket artiq cahilliyin en pik noqtesidir , nece bir qiza qarsi bele amansizliq torede bilerler axi Allah bilirde kime ne verib bu insanlarin agli artiq olmayacaqki ...

ferid13

11 Oktyabr 2012 16:41

xestediler bunlar?

Gunay_oxatan

11 Oktyabr 2012 13:09

men ewitmiwdim ki bu haqq hesab zaqatala zonasinda da var.

_BianKa_

11 Oktyabr 2012 12:48

axmaqlığın son hedlerinden biride bu nc nc nc nc

hey_jan

11 Oktyabr 2012 11:56

uydaaaa, her wey gormuwdumde ... bele bi wey aglima bele gelmezdi ...

SENSIZ GECE

11 Oktyabr 2012 11:07

INSANLAR DAHA BILMIRLER BEKARCILIQDAN NEYNESINLER.

Perfectly

11 Oktyabr 2012 10:48

hər gün axmaqca bi xəbər eşitməsək olmur da,millət bekarçılıxdan bilmir neynəsin
--------------------
Sənə getmək,mənə gəlməmək yaraşır.
Bizim sevgimizə ən çox,ayrılıb
bir də qovuşmamaq yaraşır.

★_EliSa_★

11 Oktyabr 2012 02:48

esl axmaqliqdi,,, bu o demekdiki qadin insan deyil oyuncaqdi. eger bu duzgun wey olsaydi qadin dunyaya ele gelerdi... daha emeliyyata ehiyac olmazdi!!!

FERIDE

11 Oktyabr 2012 02:17

♕ mr_ GaGa ♕,

axmaqlığın son hedlerinden biride bu

mencede

DonnA

11 Oktyabr 2012 01:30

beli bele bir weyden xeberdar idim.ilk defe ewiden de menasiz qarwilamiwdim indide.cinsiyet arzusunu azaldmaq meqsedile qadinin sunnet olunmasi cahillikdir.hele bizim Azerbaycan regioanlarinda oldugunu ilk defe burda oxudum.ne deyesen..kim yatib yuxuda ne gorur seherisi gun tetbiq edir adini da qoyur adet enene.bele cox gulmeli
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

nur555

11 Oktyabr 2012 00:39

soz tapmiram day.her sey esidirik.indi goren dunyada nolacaq.taay az qalib indi de esideceyik ki, kisiler hamile qalir.

İlkay

10 Oktyabr 2012 23:31

Nc nc deyirem day bilmirlere neynesinler.Maragli bir xeber oldu amma.

F_N

10 Oktyabr 2012 22:40

Axi bunun ne menasi var?hec bir menasi yoxdur

qilin_yarasi

10 Oktyabr 2012 21:41

MEN BUNU ILK EWIDENDE WOKA DUWMUWDUM , AFRIKADA DAHA COX YAYILIB BU , ALLAH HIDAYET ELESIN

Esyam

10 Oktyabr 2012 20:42

hec oxumadim da esebden

İrmak

10 Oktyabr 2012 20:38

İnsanların daha ciddi problemleri ola ola bele şeylere nece vaxt tapırlar maraxlıdı mene..
--------------------







Ancax senin qarshinda cokecek dizlerim.

Filay

10 Oktyabr 2012 19:40

töbe töbe estağfurullah cray

Gulka

10 Oktyabr 2012 19:36

Sitat: ♕ mr_ GaGa ♕
axmaqlığın son hedlerinden biride bu

ay
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

♕ mr_ GaGa ♕

10 Oktyabr 2012 19:08

Bunu afrikada edildiyini bilirdim amma neye lazımdı axı yeni anlamsızdır yene söhbet bakireliye gelib çıxır ne deyek axmaqlığın son hedlerinden biride bu
--------------------

▲▲
▲▲▲
▲▲▲▲
▲▲▲▲▲



Prince of Illuminati

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam