DİQQƏT!

Ölkə bayraqlarının mənalarıMaraqlı və məsləhətli

Ölkə bayraqlarının mənaları

TÜRKİYƏ

Türk bayrağı, Türkiyə cümhuriyyətinin milli bayrağıdır. 1982 Konstitusiyasının 3. maddəsinə görə, "şəkli qanunda ifadə edilən, ağ ay ulduzlu al bayraqdır." Qırmızı rəngin tonu Pantone 186 və ya RGB (227, 10, 23) olaraq təyin edilmişdir.

Döyüşdə şəhidlərin qanlarından kiçik bir göl meydana gəlir. Bu bayraqdakı qırmızını təmsil edər. Bunun səthinə vuran ay və ulduz əks olunması da, bayraqdaki ay və ulduzu təmsil edər.

Ölkə bayraqlarının mənaları

ALMANİYA

Rənglərindəki qara sarı və qırmızını Napolyon zamanındakı döyüşlərdə Alman əsgərlərinin istifadə etdiyi forma rənglərindən alındığı deyilər.

Dizayn olaraq 1831-ci ildə ilk olaraq düşünülmüş və ardından 1919-cu ildə imperatorluqdan respublikaya keçişdə rəsmi olaraq qəbul edilmişdir. 1949 ilində Şərq və Qərb Almaniya ikiyə ayrılınca bayraqlarda dəyişikliklər olmuş olmasına baxmayaraq 1990-cı ildə təkrar ilk orijinal halına dönmüşdür.

Ölkə bayraqlarının mənaları

FRANSA

Rənglərindəki mavinin azadlığı, ağın bərabərliyi, qırmızının isə birliyi təmsil etdiyi deyilməklə birlikdə orijinal olaraq mavi-qırmızının, Parisin rəngləri olduğu və ağın da Bourbon Sarayını təmsil etdiyi ifadə edilməkdədir.

Ölkə bayraqlarının mənaları

İTALİYA

Bu anda istifadə edilən şaquli yaşıl ağ və qırmızı rəngləri ilk olaraq Napolyon hazırlamışdır. Yaşıl rəng, Napolyonun ən sevdiyi rəngmiş. hətta deyərlər ki, o illərdəki lombarda lejyonunun rəngləriydi bunlar.. 1796da bu rənglər üfüqi şəklindəymiş, 1798də şaquli hala gətirilmişlər, 1814 ilində Napolyonun çöküşü ilə bu bayraq istifadə edilmədilməsə də 1861 ilində yeni krallıq ilə birlikdə təkrar istifadə edilməyə başlandı.

Ölkə bayraqlarının mənaları

YUNANISTAN

Mavi rəngi, dəniz və göy rəngindən götürür. Küləkli bir havada bayraqlarına baxdıqları zaman Egey Dənizinin dalğalanmasını hiss edirlər. 9 xətt, Osmanlı İmperatorluğu zamanında, Osmanlılardan istədikləri 9 istəyə bağlayırlar. Sol üst küncdəki xaç işarəsidirsə Ortodoks kilsəsini və bu Ortodoks kilsəsinin Yunan milləti üzərindəki fəaliyyətini ifadə edir.

Ölkə bayraqlarının mənaları

NEPAL

Zəmindəki qırmızı, milli çiçəkləri olan Rhododendronun rəngidir. Bayrağın sərhədlərini çəkən mavi isə barışı təmsil edirmiş. Üst üçbucaq içindəki yuxarı baxan aypara; tək hökmdar və sarayı təmsil edərkən, alt üçbucaq içindəki 12 bucaqlı günəş isə Rana xanədanını təmsil edir.

Ölkə bayraqlarının mənaları

İSPANİYA

Bayraqda üfüqi olaraq istifadə edilmiş olan sarı və qırmızı rənglər zamanın Castilya və Aragon güclərinin rəngləridir.1927də isə bayraq son halını alıb. Ortadakı gerbdirsə kraliyət gerbi olaraq ifadə edilir.

Ölkə bayraqlarının mənaları

PORTUQALİYA

Bayraqdakı yaşıl rəngi Portuqaliyanın kralı olan Kral Henryin sevdiyi rəngmiş. Qırmızıdırsa inqilab mənasında istifadə edilmiş. İki rəngin tam ortasındakı gerbdirsə, altda o zamanın primitiv navigasia aləti olan "armillery" və onun üzərində də ənənəvi Portuqaliya qalxanı var.

Ölkə bayraqlarının mənaları

ARGENTİNA

Bu bayaqdakı açıq mavi kombinasiyalarını ilk olaraq azadlıq hərəkətinin lideri Manual Belgrano istifadə edib. Rosario Döyüşündə bu rənglər ilk dəfə görünmüşdür, deyilən odur ki, döyüş əsnasında mavi səma üzərində ağ buludlar və tərtəmiz bir May günəşi vardı və bayrağın mənası oradan gəlir.

Ölkə bayraqlarının mənaları

ƏFQANISTAN

Milli bayrağı 2002 - 2004 ili arasında Əfqanıstanı idarə edən keçici hökümət tərəfindən hazırlanmışdır. 1930 - 1973 illəri arasında monarxiya ilə idarə olunan dövrdə istifadə edilən bayrağa olduqca bənzəyən bayrağın köhnə dizayndan fərqi ortada olan emblenim üst qisimində olan şəhadət yazısıdır. Bu gün istifadədə olan bayraq 4 Yanvar 2004 tarixində istifadəyə verilmişdir. Əfqanıstanın köhnə bayrağı: Üç bərabər genişlikdə üfüqi lentdən meydana gəlir. Ən üstdə yaşıl, ortada ağ, altda qara rəngləri olan bayrağın ortasında Əfqanıstanın, ortasında mehrabı Məkkəyə tərəf baxan bir məscid təsviri olan klassik gerbidir.

Ölkə bayraqlarının mənaları

Əl-CƏZAİR

Zəmini ortadan ikiyə bölən iki şaquli lent və bayrağın tam ortasında qalacaq şəkildə yerləşdirilmiş bir aypara və ulduzdan meydana gələr. Əl-Cəzairin bu gün istifadədə olan bayrağı 3 İyun 1962-ci ildəki qanun ilə qəbul edilmişdir. Bayrağın ana şəkillərinin mənşəyi 19. əsrə söykənir.

Aypara və ulduzun əlavə olunması Osmanlı Dövlətinə bağlı avtonom bir əyalət ikən olmuşdur. Cəzair bayrağının ortadan ikiyə bölünmüş bayrağındakı, baxan adamın sağında qalan ağ hissəsi barışı, solda qalan yaşıl qisim isə Əl-cəzair əsgərlərinin Əl-cəzair Müstəqillik Döyüşü üçün etdikləri mübarizələr əsnasında tökdükləri 'şəhid' qanlarını təmsil edər. Əl-cəzairin donanma bayraqları isə milli bayraqdan bir az dəyişikdir. Sol qisimdə, yaşıl zəminin sol üst küncündə iki kiçik çarpaz diametrə olur.

Ölkə bayraqlarının mənaları

BOLQARISTAN

Sırayla ağ, yaşıl və qırmızı rəngli üç bərabər qalınlıqda xəttdən meydana gələr. Bolqarıstan Respublikasının rəsmi bayrağıdır. Ağ barışı, yaşıl Bolqarıstan torpaqlarının məhsuldarlığını, qırmızı da insanlarının cəsarətini təmsil edər. İlk halında, 19. əsrdəki Panislavizm təsiriylə panislavik rənglər istifadə edilmişdi. Ortadakı lent mavi rəngdə idi və bayraq Rusiya bayrağına bənzəməkdə idi.

1878də Osmanlı Dövlətində avtonomluğunu qazandıqdan sonra, ölkənin bir əkinçilik ölkəsi olaraq önə çıxmasını təmsilən orta lent yaşıl olaraq dəyişdirildi. 1989da, əvvəldən bayrağın üst küncündə olan dövlət nişanı qaldırıldı. Nişanda, şahlanmış bir aslan, iki tərəfində başaqlar, beş bucaqlı bir ulduz, və ilk Bolqar Şahzadəliyinin elan edildiyi il olan 681 yazısı ilə Kommunist Partiyanın iqtidara gəldiyi il olan 1944 yazısı tapılırdı.

Ölkə bayraqlarının mənaları

ÇEX RESPUBLİKASI

Köhnə Çekoslovakya bayrağının eynisidir. Çekoslovakyanın dağılışı sonrası Slovakya özünə yeni bir bayraq uyğunlaşdırarkən, Çex Respublikası tarixi bağlardan ötəri bu bayrağı qorumuşdur. Bayrağın ana rənglərini meydana gətirən qırmızı və ağ çox köhnə milli və Bohemya bayrağında iştirak edən rənglərdir. Uzun illər belə istifadə edilən bayrağa həm Polşa bayrağı ilə eyni xüsusiyyətləri daşıması həm də Avstriya bayrağı ilə eyni rənglərdə olması səbəbi ilə mavi bir qisim əlavə olunma yoluna gedilmişdir. Bu fikri kimin gərçəkləştirdği haqqında qəti bir məlumat yoxsa da bir çox araştımacı Jaroslav Kursa (1875 - 1950) adı üzərində fikir birliyinə çatar. Çekoslovakyanın bu yeni bayrağı 30 Mart 1920-ci ildə Çekoslovakya Millət Məclisində (CSR) təsdiqlənərək rəsmi bayraq halına gətirilər. Bu zamandan başlayaraq - II. Dünya Müharibəsinin işğal illərindən sonra- üç rəngli Çekoslovak bayrağı istifadə edilməkdədir.

Ölkə bayraqlarının mənaları

FƏLƏSTİN

İlk olaraq Şərif Hüseyn tərəfindən 1916dakı Osmanlı Dövlətinə qarşı edilən Ərəb qiyamının simvolu olaraq hazırlandı. Ardından 1964-cü ildə bayraq Fələstin Qurtuluş Təşkilatı tərəfindən Fələstin xalqının bayrağı olaraq elan edildi və 15 Noyabr 1988-ci ildə də yenə Fələstin Qurtuluş Təşkilatı tərəfindən Fələstin Ölkəsinin bayrağı olaraq elan edildi. Bayraq üç bərabər ölçüdə lentdən meydana gələr. Bunu soldan ən uc nöqtəsi bayrağı ortalayacaq şəkildə dayanan bir əkizkənar üçbucaq tamamlayar. Bayraq Qərbi Səhra və İordaniyanın bayraqlarına çox bənzər.

Ölkə bayraqlarının mənaları

CƏNUBİ KOREYA

Cənubi Koreya Respublikasının milli bayrağı Tegıki Çosan krallığı dövründə mənimsənmişdir. Adını bərabər olaraq və qüsursuz bir tarazlıqla ikiyə bölünmüş olan ortasındakı tegık çevrəsindən alır. Bu simvol bir-birinə əleyhdar olan amma qüsursuz bir uyğunlaşma və tarazlıq meydana gətirən universal güclərin simvolu iki zidd elementdən meydana gələr: yenil və yang. Üstdəki qırmızı hissə yanğı altdakı mavi hissə yeni işarələr. Bayrağın dörd küncündəki üçlü xəttlər əleyhdarlıq və uyğunlaşmasını izah edər. Sol üst küncdəki üç kəsiksiz xətt cənnət və səmanı, sağ üst tərəfdəki iki kəsikli xətt arasındakı kəsiksiz xətt yer üzünü, sol alt küncdəki iki kəsiksiz xətt arasındakı kəsikli xətt atəşi, sağ alt küncdəki kəsikli xəttlər isə suyu təmsil edər. Bayrağın ağ fondu, Koreya xalqının qonaqpərcərliyini və sülhsevərliyini izah edir. Bayrağın bütünü, Koreya xalqının kainatla uyğunlaşma içində həyata idealını işarəliyir.

Ölkə bayraqlarının mənaları

KANADA

Bayraq ilk dəfə 15 Fevral 1965 günü gözlər önünə çıxdı. Bayraqdakı qırmızı-ağ rəng ənənədən gələn kimi bir simvoldur. İstifadə edilən yarpaq da ağçaağaç yarpağıdır...

Ölkə bayraqlarının mənaları

BAHREYN

Ağ Hissənin qırmızı tərəfin içinə girən hər bir çıxıntısı İslamın beş şərtindən birini işarələyir. Zəmin rəngi qırmızı, tarix boyunca İran liman şəhərlərinin ənənəvi rəngi olmuşdur.

Ölkə bayraqlarının mənaları

CƏNUB KİPR RUM SEQMENTİ

Bayraq Kiprli Türk rəssam İsmət Cənub tərəfindən çəkildi. Barışı işarələyən ağ zəmin üzərinə Kipr adasının xəritəsi, əvvəlki çağlardan bəri işlədilən və adaya adını verən mis mədənlərini işarələyən sarı rənglə təmsil edilmişdir. Xəritənin altında yenə barışı təmsil edən və adada bol olan bir bitki iki dənə zeytun budağı var.

Ölkə bayraqlarının mənaları

LİVAN
Livan bayrağının sahib olduğu rənglərin fərqli mənaları vardır. Qırmızı rəng ölkənin müstəqilliyi üçün axmış insanların qanlarını təmsil edərkən ağ rəng barışı və Livanın dağlarında olan qarı təmsil edər. Bayrağın ortasında olan sidr ağacı təsviri əbədiyyəti və sabitliyi işarələr.

Ölkə bayraqlarının mənaları

GÜRCÜSTAN

Beş xaçlı bayraq dizaynının keçmişi 14. əsrə qədər gedib çıxır. Bu dövrdə Gürcüstan ağ zəmin üzərinə qırmızı St George xaçını istifadə etməkdədir. Giorgi V. dövründə, Monqol hücumlarının sovuşdurulması və ölkədə bir çox monastır və kilsə inşasının ardından Gürcülərin dindarlığını təmsilən dörd kiçik xaç daha bayrağa əlavə olunmuşdur.

Ölkə bayraqlarının mənaları

YAPONİYA

Ağ rəng düzgünlük və safı , qırmızı dairə ölkədən doğan günəşi ifadə edər. Əfsanəyə görə bir budist rahib, günəş tanrısı Amaterasu' nun soyundan gəldiyinə inanılan Yapon hökmdarına bir günəş diski vermin, o gün bu gündür də bu qırmızı günəş simvolunu bayraqlarında istifadə edirlər.

Ölkə bayraqlarının mənaları

BHUTAN

Bayrağın ortasındakı Əjdaha 1200-cü illərdən bəri ölkədə istifadə edilən bir simvoldur və "Druk" adıyla çağırılar. Əjdahanın ağ rəngi isə safı işarələməkdədir. Sarı rəngin mənası ölkənin dünyəvi rəhbərliyidir. Narıncı rəng isə əjdaha məbədləri ilə budist inancı təmsil edər. Əjdahanın dörd ayağında da daşıdığı qiymətli daşlar isə rifahı işarələr. Ayrıca bayrağında əjdaha istifadə edən iki ölkədən biridir. (digeri Qaller ölkəsidir)

Ölkə bayraqlarının mənaları

HİNDİSTAN

Narıncı cəsarəti və fədakarlığı, ağ barış və dürüstlüyü, yaşıl qəhrəmanlıq və sədaqəti təmsil edər. Bayrağın ortasındakı yumru simvol isə Budizm inancındakı Çaxaradır.

Ölkə bayraqlarının mənaları

BİRLƏŞMİŞ ƏRƏB ƏMRLİKLƏRİ

Ərəb birləşməsinin simvolik rəngləri olan qırmızı, yaşıl, ağ və qara bu bayraqda da var. Yaşıl bərəkəti, ağ ölkənin tərəfsizliyini, qara ölkə sərhədləri içindəki yeraltı qaynaqlarını ifadə edir.

Ölkə bayraqlarının mənaları

OMAN

Omanın milli bayrağı, yuxarıdan aşağıya sırası ilə ağ, qırmızı və yaşıl üç üfüqi xəttdən meydana gələr. Bayrağın sol yanında şaquli qırmızı bir sütun daha vardır və bunun ən üst qisimində Omanın milli gerbi var. Ağ rəng barışı, qırmızı rəng ölkəyə gələn xariciləri yurdlarından atmaq üçün mübarizə edərkən həyatlarını itirmiş əsgərlərin qanlarını, yaşıl isə bərəkəti təmsil edər.

Ölkə bayraqlarının mənaları

KAMBOÇYA

Üstündəki şəkil Ankgor Məbədinin bənzəri Kamboçya dövlətinin gerbidir.

Ölkə bayraqlarının mənaları

MİSİR

Bayraqdakı qırmızı, ağ və qara rəngləri Ərəb xalqını ifadə edər. Ortadakı emblem(qızıl qartal) isə Səlahaddin Eyyubinin simvoludur.

Ölkə bayraqlarının mənaları

MALDİVLER

Bayrağın ana rəngi olan qırmızı xalqın keçmişdəki, bu günki və gələcəkdəki qəhrəmanlarını təmsil edir. Qırmızı hissənin içində olan yaşıl düzbucaqlı ölkədə olan saysız hindqozu ağacını və ağ aypara isə İslam inancını işarələyir. Bütün dünyada Maldivləri işarələyən ən məşhur öge və Maldivlərin rəsmi bayrağıdır.

Ölkə bayraqlarının mənaları

MONQOLUSTAN

Solda atəşi təmsil edən Monqolların milli emblemi olan "Soyombo" var.

Ölkə bayraqlarının mənaları

KÜVEYT

Ağ İslam uğruna ölən şəhidləri, qara döyüş meydanlarını, yaşıl ölkənin düzənliklərini, qırmızı isə düşmən qanlarıyla çoxlu sulanmış Küveyt torpaqlarını izah edir.

Ölkə bayraqlarının mənaları

FİLİPİN

Sarı günəş 1897də müstəqil olan ölkədəki yeni dövrü vurğulayar, səkkiz qolu isə müstəqillik döyüşündə əhəmiyyətli rol oynayan səkkiz bölgəni işarələyir. Üç ulduz isə ölkənin üç coğrafi bölgəsini işarələyir: Luzon, Visayas və Mindanao. Qırmızı rəng cəsarəti, mavi rəng isə ölkənin yüksək ideallarını, ağ rəng isə barışı işarələyir.

Ölkə bayraqlarının mənaları

ŞİMALİ KOREYA

Ağ çevrə içindəki qırmızı ulduz kommunizmin simvoludur. Yapon İmperatorluğundan müstəqilliyin alınması ilə Cənubi Koreya bayrağında da olan Taoizmin simvolu Taeguk yumrusunun üzərinə ilhamlanma ilə edilmişsə də zamanla bu fomasını almışdır. Bayrağın zəminindəki qırmızı rəng inqilabçı vətənpərvərliyi, mavi rəngli lentlər isə müstəqillik üçün vuruşma arzusunu işarələyir.

Ölkə bayraqlarının mənaları

İSRAİL

İsrail bayrağı ağ zəmin üzərində altda və üstdə boydan boya iki mavi lent və ortasındakı Davud ulduzundan meydana gələr. Bunun simvolik mənası, müqəddəs Tövratda keçən iki çay axtarsının İsrailoğullarına Tanrı tərəfindən vəd edilmiş torpaqlar anlayışıdır. Tövratda bu iki çay arasındakı Kənan ölkəsi qəti olaraq hara olduğu ifadə edilməmişsə də Nil çayı ilə Firat çayı arası olduğu düşünülməkdə, bu iki lent arasına qoyulan Duvud ulduzu da bu bölgənin İsrailoğullarına aidliyini işarələməkdədir.

Ölkə bayraqlarının mənaları

İRAN

Klassik üç üfüqi və bir-birinə bərabər ölçüdəki lentdən ibarət olan bayrağın, lentləri arasında bayrağın quruluşuyla uyğun ağ farsca yazılar var. Bayrağın ortadakı şeridinin ortasında isə bir qırmızı qılınc şəkli var. Üstdəki lent yaşıl, ortadakı lent ağ, altdakı lent isə qırmızıdır. Bu rənglər 18-ci əsr 'dən bəri İran 'ı təmsil edən bayraqlarda var. Yaşıl İslam 'ı, ağ barışı, qırmızı isə cəsarəti işarələyir. 29 iyul 1980 'də qəbul edilən bayraqdakı Farsca yazıların mənası Təkbirdir. İyirmi iki dəfə yazılmışdır. Bayrağın ortasındakı qılınc şəkilləri isə ölkənin gücünü təmsil edər.

Ölkə bayraqlarının mənaları

SOMALİ

Açıq mavi zəminin ortasındakı böyük ağ və beş qollu bir ulduzdan meydana gələr. Beş qollu ulduz köhnə və daha geniş olan Somali müstəmləkə bölgəsinin indilərdə öz başlarına ölkələr olan iç bölgələrini təmsil edər: Cibuti, Efiopiya, Somali, Erite və Şimal Keniya Somalisi.

Ölkə bayraqlarının mənaları

BELARUSİYA

Sol tərəfi, Belarusiyanın adət-ənənəsinə uyğun motivləriylə bəzəklidir.

Ölkə bayraqlarının mənaları

ANDORRA

Üç ədəd şaquli və bir-birinə bərabər lentdən meydana gəlir, ortadakı lentin ortasında dövlət gerbi var. Soldan sağa lentlərin rəngi; mavi, sarı və qırmızıdır. Bu rənglər Fransa və İspaniyadan qazanılan müstəqilliyi təmsil edərlər. Mavi və qırmızı Fransız bayrağından; qırmızı və yenə sarı isə İspaniya bayrağından alınmışdır. Bayrağın ortasındakı dövlət gerbinin altında yazan yazının mənası isə: "Birlikdən qüvvət doğular"dır.

Ölkə bayraqlarının mənaları

PAKİSTAN

Pakistan milli bayrağı, Syed komandir-ud-Din Kedwaii tərəfindən 1906-cı ildə Hindistan Müsəlmanları üçün Türk bayrağından ilhamlanaraq dizayn edilmişdir. Pakistan bayrağında yaşıl zəmin İslamiyyəti, ağ zəmin digər dinləri, aypara "irəliləməyi" beş bucaqlı ulduz isə gələcəyi və işıqlığı simvollaşdırma etməkdədir.

Ölkə bayraqlarının mənaları

SURİYA

Suriya bayrağı; Yeməyin, Misir, Sudan, İraq, İordaniya, Birləşmiş Ərəb Əmrlikləri bayraqlarında olduğu kimi Ənənəvi Pan-Arabizm rənglərindən meydana gəlməkdədir. Qırmızı rəng xanədanlığı, qara rəng Abbasiləri və Ərəbliyi işarələməkdədir. İki yaşıl ulduz Suriya xalqını təmsil etməkdədir.

Ölkə bayraqlarının mənaları

İORDANİYA

Bayraqda olan üç şaquli şeridin rəngləri sırası ilə Abbasi, Əməvi və Fatımi xəlifələrini işarələyir. Qırmızı üçbucağın simvolu isə Haşimiler və Ərəb Üsyanlarıdır. Bayrağı Ərəb Üsyanlarının simvolu olan bayraqdan ayıran tək fərq qırmızı üçbucağın uc qisimində olan yeddi bucaqlı ulduzdur. Bu ulduzun da təmsil etdiyi iki fərqli fakt vardır. Birincisi Qurani Kərimin ilk surəsinin yeddi sətirdən meydana gəlməsi, ikincisi isə Ərəb xalqının birliyi ümididir. Bəzən bu yeddi bucaqlı ulduzun hər bir küncünün paytaxt Ammanın üzərində qurlduğu yeddi təpəni təmsil etdiyi düşünülər.

Ölkə bayraqlarının mənaları

RUSİYA FEDERASİYASI

Üç rəngdən ibarət olan Rusiya bayrağının rəngləri Panslavizm rəngləri olan mavi , ağ və qırmızıdır. Ağ Tanrını, mavi hökmdarı, qırmızı xalqı işarələyir.

Ölkə bayraqlarının mənaları

ÖZBƏKİSTAN

Özbəkistan bayrağının simvolik mənası üçün xeyli çox nəzəriyyə irəli sürülmüşdür. Bunlardan bir dənəsinə görə, 12 ulduz Özbək vilayətlərini; mavi zəmin Türklüyü, ağ zəmin ədaləti, yaşıl zəmin isə qonaqpərvərliyi təmsil etməkdədir. İki incə qırmızı xətt isə "güclü olmaq"ı izah etməkdədir. Yarım ay isə, "yenilənmə"ni izah etməkdədir. Başqa bir görüşə görə 12 ulduz; 12 təqvim ayını ya da bürcü izah etməkdədir. Yarım ay İslamı işarələməkdədir. Ağ zəmin və rənglər pambığı, yəni ölkənin ana simvolunu izah etməkdədir. Başqa bir görüşə görə, mavi suyu, ağ barışı, yaşıl isə təbiəti simvolu təmsil etməkdədir. Qırmızı lentlər isə bu xüsusiyyətləri birləşdirən həyat gücünü təmsil etməkdədir.

Ölkə bayraqlarının mənaları

QAZAXISTAN

Mavi parça Türklüyü işarələyir. Ayrıca Kazakların haqlı olduğunun simvoludur. Qızıl rəngli lent köhnə Qızıl ordasını, ayrıca Qazaxıstana xas olan mədəniyyəti işarələyir. Günəş Kazakların varlığını və 32 günəş şüası da gələcəyi və Kazak boylarını işarələr. Şahin Kazak azadlığını və müstəqillik işarələyir.

Ölkə bayraqlarının mənaları

SƏUDİYYƏ ƏRƏBİSTANI

Yaşıl zəmin İslamiyyəti işarələr. Bayraqdakı ərəbcə yazı Sözü Şəhadətdir. Altındakı qılınc isə kral Abd-əl-Əziz 'i işarələyir.

Ölkə bayraqlarının mənaları

AZƏRBAYCAN

Qırmızı lent və üzərindəki ay-ulduz Türkçülük və İslamiyyəti, mavi lent digər Türk dövlətləriylə olan əlaqəsini, yaşıl lent isə ölkənin Avropalılığını və talerantlığını təmsil edir.

Ölkə bayraqlarının mənaları

ANGOLA

Bayraqdakı simvollar, ölkənin rəhbərlik formasından da təsirlənərək oraq və çəkic formasında düzülmüşdür və bu işarələr əkinçilik və sənaye işçilərini ifadə edər. Sarı rəng, yeraltı zənginliklərindən qaynaqlanan iqtisadi rifahı; qırmızı və qara isə azadlıq və ölümü ifadə edir.

Ölkə bayraqlarının mənaları

ANTİGUA VƏ BARBUDA

Sarı günəş, doğan yeni günü; qırmızı ada, xalqının enerjisini; qara, ada xalqının Afrika ilə olan tarixi bağlarını ifadə edir. Ayrıca biçimsəl olaraq sarı, mavi və ağ sahələr günəş, qum və dənizi işarələyir.

Ölkə bayraqlarının mənaları

AVSTRALİYA

Britanya bayragi, ölkənin əhalisinin təməlini meydana gətirən Britanyalıları işarələyir. Çünki Avstraliya köhnə bir İngilis koloniya dövlətidir. Federasiya ulduzunun və yeddi qolu isə Avstraliyanın özü ilə birlikdə altı ana coğrafi və ya siyasi bölgələrini işarələyir. Cənub xaçı isə Avstraliyanın hər yerindən görülə bilən bir ulduzdur.

Ölkə bayraqlarının mənaları

AVSTRİYA

1191-ci ildə, Avstriya hökmdarının böyük bir döyüşdə geydiyi ağ paltarının üzərindəki qanlar bayrağa ilham olmuşdur.

Ölkə bayraqlarının mənaları

BRAZİLİYA

Bayraqdakı yaşıl fond rəngi ölkədəki geniş meşə və torpaqlarını, ortadakı sarı kənarları bərabər dördbucaqlı; Braziliyanın böyük qızıl ehtiyatlarını işarələyir. Kürənin ortasından keçən bantda "Ordem e Progresso" yazılır. Bunun mənası hüzur və inkişafdır. Kürənin içində olan 27 ədəd beş qollu ulduzlar isə Braziliyada olan 27 federal əyaləti təmsil edirlər. Ayrıca bu ulduzların düzülüşü təsadüfi deyil, astronomik təməllərə görədir.

Ölkə bayraqlarının mənaları

İNGİLTƏRƏ

Yalnız İngiltərəni təmsil edən ağ zəmin üzərinə qırmızı xaç işarəsi St.George's Cross olaraq adlandırılmaqdadır. Müstəmləkəçilik və dənizçiliyin ilk inkişaf illərində İspanların böyük hücumlarına qarşılıq İngilislər də müxtəlif atılamlar etmişdilər və Qərbə doğru ilk səyahətlərində indiki Amerika qitəsinin şərq sahillərinə çatmışdılar. Bunu Kral adına edən ilk adam da Cabot adında biridir və gəmisində ölkə təqdimatı olaraq da, gəmisində olan Corc (sonradan əziz olaraq xatırlanacaq) adlı Kraliyət vəzifəlisinin hazırladığı ağ üzərinə düz xaç istifadə etmiş və o gündən bəri də İngiltərənin təqdimatı olaraq o bayraq istifadə edilməkdədir. Bu vaxt Kraliyət bu bayrağı istifadə edərkən zaman zaman Xaçın tam ortasında David ulduzu, Kraliyet tac simvolu və Ulsterin sol əli simvollarını da istifadə etmişdir.

Birləşmiş Krallığı ifadə edən göy, qırmızı, ağ bayraq isə Union Jack olaraq bilinməkdədir. Ortasındakı St. George's cross daxil olmaq üzrə, uzərindəki hər rəng bölgəsi o zamanlardakı 13 əyaləti təmsil etməkdə olduğu deyilməkdədir.


8 1

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 163
    Şərhlər:2595
    Cheburawka17 Yanvar 2012 18:08
    mən öz bayrağımızın mənasını bilirəm deyə oxumağa da ehtiyac duymuram. səhv ola bilər əsas odu özümüz bilirik) həmişə Portuqaliya ölkəsi mənə maraqlı gəlib.
    --------------------

    Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...
  1. Xəbərlər: 0
    Şərhlər:18
    flakullum die17 Yanvar 2012 13:59
    evvala Turk dilinden deqiq tercume edin, zehmet olmasa
    2ci maraq ucun deyim muselman olkelerinin bayraqlarindaki yashil reng islami bildirir
    3cu xeberde Azerbaycan bayragi ile bagli metni gordukden sonra oxumaga deymez deye bilerem
  1. Xəbərlər: 807
    Şərhlər:4522
    Lineage17 Yanvar 2012 02:14
    FLOR,
    necə yazılıb elədə tərcümə etmişəm xəbərdə mətni silib vəya dəyişməmişəm mənim özümədə çox maraqlıdır bunlar.

    Yaşıl rəngdən başqa islamiyyətin əsas simvolu Ay və ulduzdur!

    Birləşmiş krallığın bayrağı xoşuma gəlir
  1. Xəbərlər: 27
    Şərhlər:276
    Megaboy17 Yanvar 2012 00:45
    Ne vaxtdan bizim bayraqdaki yasil reng " Avropalılığını və talerantlığını" təmsil edir ??? Yeqin Eurovisiona gore bayraqin menasini deyisdiribler... Nc Nc Nc

    BIR SOZLE BIYABIRCILIQ....
  1. Xəbərlər: 0
    Şərhlər:21
    fatya.N.17 Yanvar 2012 00:38
    AZERBAYCANi lap axira saxlayardizda. bu ne hormetsizlikdi bayragimiza dovletimize?

    bu xeberi silin ve berpa edib yeniden yerlewdirin. bayragimizin menasini bilmirsizse bawqa dovletleri nece bilmisiz.
  1. Xəbərlər: 98
    Şərhlər:7662
    Tatli cadi16 Yanvar 2012 22:35
    En gozel bayraq bizimkidi menasida gornusude superdi.
  1. Xəbərlər: 64
    Şərhlər:4118
    settar16 Yanvar 2012 22:27
    isoanianin bayragi xosuma gelir
  1. Xəbərlər: 1102
    Şərhlər:10530
    FLOR16 Yanvar 2012 22:11
    belarusiya tam yazilmayib , bizimki qatma qarisiqdi , britaniya maraqli geldi mene obsi goturende ise cox zehmet teleb eden xeberdi ve gozelde yigilib
  1. Xəbərlər: 513
    Şərhlər:3240
    ToMa_8416 Yanvar 2012 21:47
    Brazilyanın bayrağının mənaları cox xoşuma gəldi,bizimkinin mənaları isə dogru şəkildə qeyd olunmayıb
  1. Xəbərlər: 6
    Şərhlər:2556
    Wolf Town16 Yanvar 2012 21:42
    tewekkurler maraqli idi
  1. Xəbərlər: 1013
    Şərhlər:8334
    MisSayka16 Yanvar 2012 21:35
    həmişə Almaniya, İspaniya və Portuqaliyanın bayrağlarınan xoşum gəlib )
    --------------------
    Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur
  1. Xəbərlər: 6
    Şərhlər:555
    Leur MonDe16 Yanvar 2012 21:32
    AZƏRBAYCAN

    Qırmızı lent və üzərindəki ay-ulduz Türkçülük və İslamiyyəti, mavi lent digər Türk dövlətləriylə olan əlaqəsini, yaşıl lent isə ölkənin Avropalılığını və talerantlığını təmsil edir.


    Dunyanin en gozel bayragi ♥
  1. Xəbərlər: 0
    Şərhlər:1476
    DEL PYERO16 Yanvar 2012 21:05
    ITALIYANIN bayraql hemise xosuma gelib..
  1. Xəbərlər: 0
    Şərhlər:204
    _Ulya_16 Yanvar 2012 20:56
    Sitat: DonnA CarLeoNe
    Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.


    Mende bele bilirem.burda yazilan sehvdi.twk xebere gore.
  1. Xəbərlər: 4
    Şərhlər:1916
    super_emocka16 Yanvar 2012 20:55
    maraqlidir twk))))))
  1. Xəbərlər: 477
    Şərhlər:9046
    DonnA16 Yanvar 2012 20:46
    Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir.
    --------------------
    Həyat ölümə qaçmaqdır əslində..

  1. Xəbərlər: 237
    Şərhlər:7510
    İrmak16 Yanvar 2012 20:42
    Gələn dəfə Bialogiadan xeberde gözleyirem :)
    --------------------







    Ancax senin qarshinda cokecek dizlerim.
  1. Xəbərlər: 0
    Şərhlər:353
    GizLi_DünYa 16 Yanvar 2012 20:39
    Bəlkə səhvim var. Amma Azərbaycanın bayrağının mənaları doğru deyil. Yaşıl rəng axı həmişə İslamı təmsil eliyib... no
    Qırmızı rəngin İslamla bir əlaqəsi yoxdu axı... fellow
    --------------------
    Sənin yeni sevgilini görəndə başa düşdüm ki, mən həqiqətən gedərkən hər şeyi özümlə aparmışam. Hətta sənin zövqünü də.
  1. Xəbərlər: 0
    Şərhlər:150
    Montin_04416 Yanvar 2012 20:33
    Cox Isterdimki 1-ci Azerbaycan, 2-ci Turkiyenin Bayragi Olsun...ammaki gecdi Uje
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.