Fon yüklənir...

Dünyanın ən qorxulu və qəribə 6 xəstəliyi

D252;nyan305;n 601;n qorxulu v601; q601;rib601; 6 x601;st601;liyi

Elm və texnikanın inkişaf etdiyi bu dövrdə insan elə problemlərlə üzləşir ki, ümidimizi bağladığımız tibb sahəsinin də onun qarşısında aciz qaldığını görürük.

Söhbət açacağımız xəstəliklər də bu silsilədəndir. Lent.az dünyanın ən dəhşətli və müalicəsi hələ də tapılmayan altı xəstəliyini sizlərə təqdim edir:


1. Progeriya- Getçison- Gitford. Uşaqlar 90 yaşlı qoca kimi görünür.

Progeriya – genetik kodda baş verən zədə nəticəsinə yaranan xəstəliklərdəndir. Bu xəstəlik praktik olaraq qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Bu xəstəliklə doğulan uşaqların əksəriyyəti 13 yaşına çatana kimi vəfat edir. Onların bədənində böyük insanın fiziki inkişafına məxsus xüsusiyyətlər, qocalıq sürətlə baş verir. Başlıca əlaməti – vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, artrit və ürək xəstəlikləridir. Xoşbəxtlikdən progeriya az təsadüf olunan xəstəliklərdəndir. Dünyada cəmi 48 nəfərdə rast gəlinib. Amma bəzi məlumatlara əsasən, bir ailədə 5 uşağın hamısında bu xəstəlik müşahidə olunub.

2. Fil xəstəliyi. Bədənin hər hansı bir hissəsinin həddən artıq böyüməsi.

Bu xəstəlik parazitar xəstəliklərə aiddir. Onu törədən qurdlar maralların orqanizmində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır. Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar.
Tropik zonalarda rast gəlinən fil xəstəliyi(limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və onlardan 40 milyonu ağır vəziyyətdədir. Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bununla da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədələyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya uğramış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır.

3. Hipertrixoz, yaxud qulyabanı: həddən artıq tüklənmə.

Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər. Xəstəlik insan bədəninin müxtəlif nahiyələrinin həddən artıq tüklənməsi ilə müşayiət olunur.

4. Göy dəri sindromu və yaxud akantokeratodermiya: “göy” insanlar

1960-cı illərdə əksər göy insanların ailələri Kentukki ştatının yaşayıblar. Onlar “göy fyuqeytlər” kimi tanınıblar. Onlardan çoxları hər hansı bir ciddi xəstəlik ilə xəstələnməyib. Dərilərinin rənginin göy olmasına baxmayaraq, onların bəziləri 80 yaşına kimi yaşayıblar. İrsi xəstəlik sayılır. Bu diaqnozlu insanlar göy və yaxud bənövşəyi rəngli dəri ilə başqalarından fərqlənirlər.

5. Blaşko xətləri. Bədənin hər yerində müxtəlif xətlər müşahidə olunur.

Blaşko xətləri 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən tapılan nadir xəstəliklərdəndir. Anatomiya bu fenomeni hələ də izah edə bilmir. DNT-də genetik dəyişiklik nəticəsində yaranan bu xəstəlik, insanın bədəninin müxtəlif yerlərində görünən xətlərin olması ilə özünü göstərir.

6. Porfiriya. Vampir xəstəliyi. Günəşə qarşı ağrıların artması.

Elə adamlar var ki, onlar günəş şüalarından gizlənməyə məcburdurlar. Onlar günəş şüaları altında olarkən, tez bir zamanda dərinin müxtəlif nahiyələrində köpüşüklərin əmələ gəlməsi ilə müşahidə olunur. Dəri “yanmağa” başlayır, ağrı hiss olunur.

ŞƏRHLƏR

Esmiralda3456

13 Sentyabr 2012 14:28

Allahim sen bizi qoru

Gulka

8 Avqust 2011 16:33

allah uzaq etsin
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

DENTiS

14 Sentyabr 2009 23:48

ALLAH bizi bele bealardan qoruSun sos

M_A_R_I_K

12 Sentyabr 2009 01:10

Hmmm Allah bele xesdeliye tutulanlarin wefasin versin
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

xm-302

12 Sentyabr 2009 00:57

BIRDE VAR JOYAZIMIYA. BU XESTELIYE TUTULAN INSANLAR JOY.AZ SAYTINDAN ELCEKE BILMIRLER. NETE DAXIL OLAN KIMI REFLEKTIV OLARAQ BU SAYTA DAXIL OLURLAR VE TRANS HAALINA DUSHUB VAXTIN NECE GETDIYINNEN XEBERSIZ OLURLAR...



lovejoy

QARACUXURLU XAKKER

11 Sentyabr 2009 18:43

ALLAH QORUSUN

Naxci1li

11 Sentyabr 2009 13:56

Allah ozu qorusun bu cur ve buna benzer butun xesteliklerden.........Tesekkurler Paranoic...

DREAMY_GIRL

11 Sentyabr 2009 13:40

allah uzaqetsin miloletimizden

Muharibe Jurnalisti

11 Sentyabr 2009 10:02

BU HAQDA ETRAFLI OXUMUSAM... morning

Afrodita

11 Sentyabr 2009 09:13

Coxusu haqqinda melumatim var.Dogurdan da dehsetli bir seydir.Allah hec kime gostermesin.

shokoladka

11 Sentyabr 2009 01:51

gormushem tvde coxsunu,dehset xestelikdir

DeadDoll

11 Sentyabr 2009 00:53

Allah heckime gostermesin! xebere gore twk

Kafujidota

11 Sentyabr 2009 00:02

Ailemde hekimler cox oldugu ucun bu xestelikler haqda melumatim variydi.Dehsetdi,Allah hec kime gostermesin.Tewekkurler.

nepasluwnaya

10 Sentyabr 2009 23:40

bilmirdim bunlari...cox sag ol
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

LARACROFT

10 Sentyabr 2009 23:36

Bəzilərini eşitmişdim ama bəzilərini yox.ALLAH bizi qorusun.

Məlumatlandırdığın üçün çox sağ ol Paranoic.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Qreqor Zamza

10 Sentyabr 2009 23:33

Sitat: SupeRocK
Allah göstərməsin

--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Radiohead

10 Sentyabr 2009 23:22

Allah göstərməsin
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

Lady_Nejnost

10 Sentyabr 2009 23:05

Allah hamımızı bu xəstəliklərdən qorusun
Təşəkkür

Sara

10 Sentyabr 2009 23:03

Allah hec kimi bu xestelere ducar etmesin....Bu insanlar heqiqeten acizdiler...Allah komekleri olsun

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam