DİQQƏT!

Çörək haqqında bilmədiklərimizMaraqlı və məsləhətli

Çörək haqqında bilmədiklərimiz

 

1. Çörəyi uzun müddət saxlamaq üçün bir torbaya qoyun və hava girməsinin qarşısını alın. Bu yolla çörəyi 5-6 gün saxlamaq olar.

 

2. Çörəkləri çörəkqabında uzun müddət saxlamaq üçün kiçik bir qabın içərisinə bir qədər duz töküb çörəkqabının bir küncünə qoyun.

 

3. Çörəkqabının içərisinə soyulmuş kartof və ya alma qoymaq da çörəyin uzun müddət təzə qalmasına kömək edər.

 

4. Boyat çörəkləri yumşaltmaq üçün üzərinə su səpin. Sonra folqa kağızına bükərək 5-10 dəqiqə sobada saxlayın.

 

5. Boyat çörəklərdən kotlet bişirərkən istifadə edə, həmçinin şorba ilə birlikdə qızardaraq süfrəyə verə bilərsiniz.

 

6. Boyat çörəkləri mikserdə una çevirin. Sellofan torbaya töküb buz yerində saxlayın. Bu undan istədiyiniz vaxt kotlet və ya başqa yeməklərdə istifadə edə bilərsiniz.

 

7. Boyat çörəkləri kub şəklində doğrayıb qızartdıqdan sonra ağzı bağlı bir qaba yığıb şorbalarda istifadə etmək üçün soyuducuda saxlaya bilərsiniz.

 

8. Bir qabın içərisinə 2 ədəd yumurta, pendir (adi pendir və ya holland pendiri də ola bilər) zeytun yağı və istədiyiniz ədviyyatları tökün. Daha sonra sürtkəcdən keçirilmiş bir pomidor əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra bu qarışıqdan boyat çörək dilimlərinin üzərinə sürtün. Sobada üstü qızarana qədər bişirdikdən sonra götürün.

 

9. Çörəyi düz kəsmək üçün bıçağınızı oda tutaraq və ya 2-3 dəqiqə qaynar suda saxlayaraq işinizi asanlaşdıra bilərsiniz.



0 0

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 4
    Şərhlər:1916
    super_emocka17 Noyabr 2011 11:22
    maraqli melumatdir.twk ederim
  1. Xəbərlər: 0
    Şərhlər:94
    angel for love16 Noyabr 2011 15:50
    Maraqli xeberdi. tongue2
  1. Xəbərlər: 8
    Şərhlər:1526
    qara0716 Noyabr 2011 11:10
    Sitat: Milashka_SL
    Maraqlı məlumatlardı.
  1. Xəbərlər: 1013
    Şərhlər:8378
    MisSayka15 Noyabr 2011 20:39
    4. Boyat çörəkləri yumşaltmaq üçün üzərinə su səpin. Sonra folqa kağızına bükərək 5-10 dəqiqə sobada saxlayın.

    əşş ən rahatı mənim elədiyimdi,qoyuram mikrovalnovkaya vse)) həm isti həmdə yumşaq=)))
    5. Boyat çörəklərdən kotlet bişirərkən istifadə edə, həmçinin şorba ilə birlikdə qızardaraq süfrəyə verə bilərsiniz.

    aha elə mamada kotlet üçün istifadə eliyir..hayıfdı çörəyi atmağ,həmdə gunahdı..
    --------------------
    Başqalarının nə düşündüyünün mənim onlara "başqaları" dediyim müddətcə heç bir önəmi yoxdur
  1. Xəbərlər: 45
    Şərhlər:1748
    DReaM15 Noyabr 2011 20:18
    8cini daha çox bəyəndim nyam
  1. Xəbərlər: 116
    Şərhlər:2828
    Babydoll15 Noyabr 2011 19:43
    Sitat: _DecelkA_
    hec aglima gelmezdi mikserle una cevirmek bilmiw oldum.


    Mən də bilmirdim)

    Sitat: iDone
    Nənəmin təndir çörəyi


    Nolub ki?))
    --------------------
    Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..
  1. Xəbərlər: 0
    Şərhlər:1418
    miskaa15 Noyabr 2011 17:40
    4. Boyat çörəkləri yumşaltmaq üçün üzərinə su səpin. Sonra folqa kağızına bükərək 5-10 dəqiqə sobada saxlayın.



    5. Boyat çörəklərdən kotlet bişirərkən istifadə edə, həmçinin şorba ilə birlikdə qızardaraq süfrəyə verə bilərsiniz.



    6. Boyat çörəkləri mikserdə una çevirin. Sellofan torbaya töküb buz yerində saxlayın. Bu undan istədiyiniz vaxt kotlet və ya başqa yeməklərdə istifadə edə bilərsiniz.



    7. Boyat çörəkləri kub şəklində doğrayıb qızartdıqdan sonra ağzı bağlı bir qaba yığıb şorbalarda istifadə etmək üçün soyuducuda saxlaya bilərsiniz.

    mende bele edirem twkler
  1. Xəbərlər: 46
    Şərhlər:2247
    senmenimsen15 Noyabr 2011 17:08
    tendir coreyinin yerini hec 1 corek vermir turkler demishken burnumda tutuyor eseb
    --------------------
  1. Xəbərlər: 64
    Şərhlər:4118
    settar15 Noyabr 2011 16:13
    Coxsun bilirdim
  1. Xəbərlər: 0
    Şərhlər:75
    azeri kizi15 Noyabr 2011 13:55
    XƏBƏRƏ GÖRƏ TƏŞƏKKÜR)))))))))))))))))))))
  1. Xəbərlər: 1102
    Şərhlər:10530
    FLOR15 Noyabr 2011 13:54
    hec xoslamiram boyat goreyi , teze teze bir dilim yedim yeim yemedimse vso da
  1. Xəbərlər: 5
    Şərhlər:4424
    _DecelkA_15 Noyabr 2011 13:40
    Boyat çörəkləri mikserdə una çevirin. Sellofan torbaya töküb buz yerində saxlayın. Bu undan istədiyiniz vaxt kotlet və ya başqa yeməklərdə istifadə edə bilərsiniz.

    hec aglima gelmezdi mikserle una cevirmek bilmiw oldum.
    Bir qabın içərisinə 2 ədəd yumurta, pendir (adi pendir və ya holland pendiri də ola bilər) zeytun yağı və istədiyiniz ədviyyatları tökün. Daha sonra sürtkəcdən keçirilmiş bir pomidor əlavə edin. Yaxşıca qarışdırdıqdan sonra bu qarışıqdan boyat çörək dilimlərinin üzərinə sürtün. Sobada üstü qızarana qədər bişirdikdən sonra götürün.

    dadli bir yiyeceye oxwadi demekde fayda vardir nyam
  1. Xəbərlər: 246
    Şərhlər:7451
    Aidan15 Noyabr 2011 13:34
    Nənəmin təndir çörəyi cray
    --------------------
    Dream it.
    Wish it.
    Do it.
  1. Xəbərlər: 0
    Şərhlər:1849
    Ms-Sh15 Noyabr 2011 13:06
    yerivar maraqlidi...
  1. Xəbərlər: 98
    Şərhlər:7662
    Tatli cadi15 Noyabr 2011 12:58
    Maraqli xeberdi.
  1. Xəbərlər: 0
    Şərhlər:1221
    Milashka_SL15 Noyabr 2011 12:03
    Maraqlı məlumatlardı.
    --------------------
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.