Fon yüklənir...

Admin və redaktorları əsəbləşdirin!

Admin və redaktorları əsəbləşdirin!

 

Admin və redaktorları əsəbləşdirən sualları çoxu, cavab verilməsinə baxmayaraq dəfələrlə təkrarlanan tipik suallardır, budur onlardan bir neçəsi:

 

1. Mənim xəbərim nə vaxt aktiv olacaq?

Bu suala ən çox adminlər əsəbləşir, çünki adminlər userlərin xəbərini aktiv etmir, bunun üçün redaktorlar var. Redaktorlar da bu suala əsəbləşir, çünki userlərdən səbrli olmağı gözləyirlər, həm də hər userin xəbərinin nə vaxt aktiv olacağını yadda saxlaya bilməzlər

 

2. Mən nə vaxt status alacam?

Bu sual adətən adminlərə verilir və bu sualı eşidəndə artıq əsəbdən bilmirik nə edək. Hər kəs statusu vaxtı gələndə alır. Kiməsə gec və ya tez verilmir, sadəcə səbrli olmağı bacarmaq lazımdır

 

3. Aktiv user olmaq üçün neçə xəbər və ya şərhim olmalıdır?

Əsəbləşdirən suallardan biri daha. Bilməlisiniz ki status almaq üçün konkret şərh və xəbər sayı yoxdur, biz bunların ikisininin cəmindən alınan ortaq nəticəni və digər keyfiyyətləri də nəzərə alırıq.

 

4. Mənim xəbərim niyə silindi?

İndi buna əsəbləşməyəsən nə edəsən axı? Xəbər silinibsə mütləq silinməsi üçün bir səbəb vardır, ya təkrardır, ya qısadır, ya maraqsızdır, ya aznetdəndir və s. Unutmayın ki, heç bir redaktor şəxsi məsələsinə, şəxsi qərəzliyə görə xəbərinizi silməz.

 

5. Şəkillərə necə loqo vurum?

Bu suala bax bir. Şəkilə loqo vurmağı da gəlib redaktor öyrətsin? Net aləmindəsən, ətrafın genişdir, araşdırsan şəkilə loqo vurmaq qaydasını öyrənə bilərsən, hətta bununla bağlı sayta videodərslik də yerləşdirmişəm tam ətraflı. Yenə də bu sual veriləndə bizim əsəbləşməyimiz təbiidir. Loqo vurmağı bilmirsənsə, bəri başdan heç əziyyət çəkib xəbər göndərmə.

 

6. Mən niyə şəxsi ismarışları oxuya bilmirəm?

Bu suala yalan olmasın bəlkə 1000 dəfə cavab vermişik. Şəxsi ismarışı oxuya bilmək üçün ən az statusun Vip olmalıdır. Bunu anlamaq bu qədərmi çətindir, yoxsa buna görə biz əsəbləşməyə borcluyuqmu?

 

7. Mən imza qoymaq üçün gərək VDP olum?

Özü də bilir ki, biz yazmışıq ki, imza qoymaq üçün VDP olmaq lazımdır, amma yenə də bizi əsəbləşdirmək üçün belə suallar verənlər var.

 

8. Mən avatarımı dəyişdim, amma yenə köhnəni göstərir. Niyə?

Bu sual artıq keçmişdən bəri ən çox verilən suallardandır. Köhnəni ona görə göstərir ki, köhnə avatar sənin brovserinin keşində qalıb, bunun üçün brovserinin keşini təmizləməlisən, Ctrl + F5 düyməsi də bu işi görür.

 

9. Mən neçə hesabımdakı manatları artırım?

Bu da çox sadə sualdır, yenə də verilir. Pul artırmaq üçün layihələr, oyunlar, sual yarışları keçiririk. Bununla hesabınızı artıra bilərsiniz, həmçinin aylıq top user olmaqla. Yenə də bu sualın təkrar veriləcəyinə əminəm.

 

10. Mənim xəbərimə tez baxın da. Olar?

Hələ bu sualı sərt olaraq verənlər də var, nəzərə alın ki, heç bir redaktor sifarişlə işləmir, eləcə də adminlər. Bazada xəbər sayı çox olur, hamıya növbə ilə sıra gəlir. Əgər xəbər vacib xəbərdirsə, onu redaktorlar görüb onsuz da dərhal aktiv edəcəkdir

 

11. Mənim göndərdiyim bir neçə hədiyyə var, onları silə bilərsinizmi?

Vaxtında cavanlıq səhvi edib, kimlərə hədiyyə göndərmisənsə bunu silmək olmaz. Çünki qayda belədir, verilən hədiyyəni heç vaxt geriyə ala bilmərik. Ona görə evlənəndə bir dəfə düşün, hədiyyə göndərəndə 100 dəfə.

 

Belə suallar kifayət qədər çoxdur...


 

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, buyurun bu sualları yenidən verin, admin və redaktorları əsəbləşdirin...

ŞƏRHLƏR

emiwka

2 Aprel 2015 15:32

Bu suallari men verirem belkede bezdirmisem admin-xetai beyi feel
--------------------
Getdim Sagolun

LlLesiARe

12 İyun 2014 12:29

Men de evveller verirdim bu suallari..

sevinc m-zada

12 İyun 2014 12:23

men bele vermemise hec
--------------------
love Koray İzitaş Vine love

Jenny J

19 Fevral 2014 07:40

Sorry birdde vermerik no

sual eseblesirsiz axi belay
--------------------
Wow man, this is weird on acid..



A_K

9 Dekabr 2013 12:50

Sual ve problemler bőlmesini ləğv edinde o zaman) men çox sual vermemişem eslinde ama xeberlerim silindiyi zaman her defe sehflerimi demeseydiler indi xeber gőndere bilmezdib belkede.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Starbucks

16 Noyabr 2013 22:38

JURNALİSTLİYƏ DOĞRU!
--------------------
Follow İnstagram: @anti_standart

Simran

14 Noyabr 2013 23:09

Suallar maraqliydi

She Love Wolf

27 Oktyabr 2013 13:59

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, buyurun bu sualları yenidən verin, admin və redaktorları əsəbləşdirin...

Yalançılarr:)))

FIORE

13 Avqust 2013 13:40

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, buyurun bu sualları yenidən verin, admin və redaktorları əsəbləşdirin...

lol
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Night Wolf

5 Avqust 2013 22:50

meni de siz eseblesdrirsiz ele ne olsun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

4 Avqust 2013 05:49

İr defe logo ve status sualını vermişem:))
--------------------

***
Who can touch your heart with the magical stick that plants seeds of happiness to every bit of your soul is priceless
***

ZENDAYA

12 İyun 2013 16:30

dogurdane bu suallardan mende vermisem eee
ama men VIP olmaq istirem

Smiler

12 İyun 2013 16:21

vip olmaq isteyirem

PeTTy

28 May 2013 01:15

Status sualı vermişem,şükür heleki problem yoxdu.

❃FloRal❃

12 May 2013 22:23

Bu suallardan heç birini vermemişem. Vermek istediklerimi de başqa userler vermişdi
--------------------

***
Who can touch your heart with the magical stick that plants seeds of happiness to every bit of your soul is priceless
***

Yaralı yurek

23 Aprel 2013 10:53

heleki onlara birşey yazmamışamki esebleşdiremde

PeTTy

26 Mart 2013 20:09

Men ne vaxt status alacam diye sual vermişem bu kadar...

♣YoL_Cu♣

27 Fevral 2013 21:35

VeNTilabis_GaGa,
qorxuludu o pisiy no

--------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

VeNTilabis_GaGa

26 Fevral 2013 20:33

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, buyurun bu sualları yenidən verin, admin və redaktorları əsəbləşdirin...

Elə qəşəng edirsizki
--------------------
Dance Sex Art+PoP

_LaDyLoVe_

3 Fevral 2013 20:43

haha Adminlere ve redaktorlara sebr,joy.azlilara bir az Sakitcilik arzu edirem.

ADELE

27 Yanvar 2013 17:50

bu suallar indi də verilir lol
əsas da mənim xəbərim nə vaxt aktiv olacaq? sualı
--------------------
Hatasız Kul Olmaz

♣YoL_Cu♣

25 Yanvar 2013 19:50

SALAM soz sorusum da,sekillere nece loqo vuraq:)
5. Şəkillərə necə loqo vurum?

Bu suala bax bir. Şəkilə loqo vurmağı da gəlib redaktor öyrətsin? Net aləmindəsən, ətrafın genişdir, araşdırsan şəkilə loqo vurmaq qaydasını öyrənə bilərsən, hətta bununla bağlı sayta videodərslik də yerləşdirmişəm tam ətraflı. Yenə də bu sual veriləndə bizim əsəbləşməyimiz təbiidir. Loqo vurmağı bilmirsənsə
cray

---------------------

Mən bir gizli xəzinə idim,istədim ki,Tanınam,bəs insanları yaratdım ki,Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

NICKY

20 Yanvar 2013 01:15

11ci suala ela cavab yazmisiz.guldum biraz mocking
--------------------
♡♡♡

Mr.HəSəN

20 Yanvar 2013 01:00

VeNTilabis_GaGa,

[hide][/hide]bir sohbetde varki orda biz praviq deyirsizki xeber silinende ismaric gonderirik ama ismarici oxmaqcun gerek vip olmalisan bele sey olar sorada nigaran qaliriq niye silinib basliyirlar suallari yazmaga neticede admin redaktorlar esebden partdiyir

xexexe zor dedi

VeNTilabis_GaGa

28 Dekabr 2012 18:23

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, buyurun bu sualları yenidən verin, admin və redaktorları əsəbləşdirin...

Bax özüvüz diyirsizaa =D
--------------------
Dance Sex Art+PoP

★_EliSa_★

27 Dekabr 2012 21:31

11-e cox guldum :) ama men teze gelen vaxtlar saytin her yerine baxmisdim bilirdim cox weyi :) adminlerden nese soruwdugum yadima gelmir :) xeber gondermeyide burdaki qaydalardan ozum oyrendim :)) evveller hamsi silinirdi cunki tam oyrenmemiwdim xeber yoollamagi yarimciq gonderirdim. ya wekillerin loqosu olmur da tekrar xeber olurdu ya lazimsiz olurdu deye silnrdi ama sonradan yaxwi xeberler duzeltmeyi bacardim yavas yavas

PeTTy

19 Dekabr 2012 21:24

Status sualı vermiwem bir defe.

♣_EmRe AyDıN_♣

8 Oktyabr 2012 17:08

Vaxtında cavanlıq səhvi edib, kimlərə hədiyyə göndərmisənsə bunu silmək olmaz

))))))))))))))))))))0

Elmir_Hamidi

4 Sentyabr 2012 15:07

Melumat u*un teesekur

Cheburawka

20 Avqust 2012 02:32

Sitat: Ventilabis
bir sohbetde varki orda biz praviq deyirsizki xeber silinende ismaric gonderirik ama ismarici oxmaqcun gerek vip olmalisan bele sey olar sorada nigaran qaliriq niye silinib basliyirlar suallari yazmaga neticede admin redaktorlar esebden partdiyir

əgər xəbəri silməli olurlarsa bir müddət başlığında səbəbini yazırlar, sora silirlər
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam