Əkizlər Bürcü
Bölmə: Maraqlı və məsləhətli Müəllif: Britney Spears
![]() ƏKİZLƏR BÜRCÜ (21 May - 21 İyun)
Müsbət Xüsusiyyətləri: Uyğunlaşan, intellektual, tez qavrayan, məntiqli, ünsiyətcil, canlı, simpatik, yeniliklərə həmişə hazır olan. Eyni anda bir neçə işi birdən edə bilər. Mənfi Xüsusiyyətləri: Dəyişkən, etibarsız, ikiüzlü, qərarsız, səthi, dedi-qoduçu, narahat Əkizlər Bürcü Qadınının Ümumi xüsusiyyətləri: Əkizlər bürcü qadını şən, enerjili və hərəkətli quruluşuyla diqqət çəkir, lakin bir o qədər də qərarsızdır və tez-tez fikir dəyişdirər. Əkizlər bürcü qadını praktik, ağıllı və cazibədardır. Lakin bir əkiz qadınını anlamaq çox çətindir. Çünki tez dəyişirlər. Əkizlər qadını hərəkətli yaşamağı sevir. Xüsusilə səyahət etmək, yeni yerlər görmək və yeni insanlarla tanış olmaq ona çox böyük həzz verər. Fərqliliyi xoşlayar. Əkizlər qadını bir çox işlə eyni anda məşğul ola bilər. Özünə vaxt ayırmağı çox sevər. Münasibətləri çox xoşlayar və çox insanla da yaxşı niyyətlidir. Maddi mövzuda müstəqil olmağı xoşlayar. Əmr sevməz. Xəyal qurmağı çox sevər və daim yaxşı şərtlərlə yaşamaq üçün məşğul olarlar. Əkizlər qadını axıcı və təsirli danışması və razısalma qabiliyyətiylə çox diqqət çəkir və yaxşı bir dostdur. Qarşılıqlı əlaqələrdə olduqca fədakar və yaxşı bir partnyordurlar. Əkizlər Bürcü Kişisinin Ümumi xüsusiyyətləri: Əkizlər bürcü kişisi ağıllı, nəzakətli, gözəl və təsirli danışan və cazibəli quruluşuyla diqqət çəkir. Praktikdir və problemlər qarşısında asanca həll yolu tapır. Əkizlər bürcü kişisi dəyişkəndir və bəzən onu anlamaq çətin ola bilər. Uşaq kimi rəftarlarıyla xoş rəftar gözləyir. Ağlına qoyduğunu mütləq etmək istəyir. Digər tərəfdən azadlığına düşkündür. Əmr almağı heç sevmir. Öz işini etməkdən həzz alır. Əkizlər kişisi cüt qismətlidir. İnsanlarla asan dialoq qura bilən və sözünü dinlədən bir insandır. Qarşı cins tərəfindən dərhal fərqli münasibət görər. İşlə əlaqədar mövzularda yeni fikirlər və yeni proyektlər çıxarmaqdan çox həzz alar. Maddi mövzularda da dəyişəndir. Bəzən çox əliaçıq, bəzən də çox xəsis ola bilər. Lakin idarə mövzusunda olduqca zəifdir. Bir mövzuda dərin deyirlər. Əkizlər kişisi bədxərcliyi sevər və pul mövzularında çox müvəffəqiyyətli deyil. Romantik mənada çox həssas deyil və işə məntiqli tərəfdən baxmağı sevər. Əkizlər kişisi çox intizamlı bir ev həyatını sevməz, lakin çox sevsə, evlənib bu evliliyi davam etdirmək üçün səy göstərə bilər. Fiziki Xüsusiyyətlər: Gözəl bir fiziki quruluşa sahibdirlər. Uzun boy, formalı bir bədən, uzun qol və qıçlar, tünd qumral saçlar, qəhvə rəngli gözlərə sahibdirlər. Gözləri itidir və uzağı çox yaxşı görürlər. Müşahidəçilikləri çox güclüdür. Əkizlər Məşhurları: Corc Buş, Paul Sartre, Marilyn Monroe, Clint Eastwood, Tony Curtis, Che Guevera, John F. Kennedy, John Wayne, Tomas Mann, Ərdal İnönü, Şebnem Özinal, Bülent Ərsoy |















Trolları dünyada milyonlarca insanlar bəyənir artıq. Azərbaycanda isə hələ indi tanınır. Troll Facebook səhifəsinə daxil olun və bəyənin...





















































Xəbərlər: 257
Şərhlər: 6074