Fon yüklənir...

Dünyada Obamaya ən pis münasibət bəsləyən rusiyalılardır

Dünyada Obamaya ən pis münasibət bəsləyən rusiyalılardır

Amerikaya dünyada əsasən rəğbət bəslənilir

Pew Research Center təşkilatı tərəfindən 40 ölkədə aparılan və ABŞ-ın dünyadakı nüfuzuna həsr olunmuş tədqiqat göstərir ki, insanların əksəriyyəti Amerikanı sevir, onun iqtisadiyyatına və "İslam dövləti”nə qarşı mübarizəsinə rəğbət bəsləyir.

Ümumiyyətlə, sorğuda iştirak edənlərin 69 faizinin Birləşmiş Ştatlara münasibəti müsbətdir, halbuki bu rəqəm 2013-2014-cü illərdə 65 faiz təşkil edirdi.
Bu sırada Rusiya böyük istisna təşkil edir.
Başqa ölkələrin vətəndaşları ilə müqaisədə rusiyalılar Amerika prezidenti Barak Obamanın dünya siyasətinə müsbət nüfuz etmək qabiliyyətinə malik olmasına daha az inanırlar.
Ümumi axına qarşı
Pew Research Center təşkilatının tədqiqatında deyilir ki, Rusiyada soruşulanların 86 faizi Obamanın hərəkətlərini dəstəkləmir (yalnız 11 faiz rəğbət bəsləyir). Eyni qiyməti cənab Obama yalnız Fələstin Avtonomiyasında və İordaniyada alıb (müvafiq olaraq 82 və 83 faiz).
Amerika prezidentinə ən aşağı reytinqi İsraildə veriblər. Burada soruşulanların yalnız 49 faizi Obamanın düzgün qərar qəbul etmək qabiliyyətinə inanır (keçən il bu rəqəm 71 faiz təşkil edirdi).
Bundan əvvəl Amerika prezidenti İranla sövdələşmənin İsrailin təhlükəsizliyinə zərbə vurduğuna görə tənqid olunurdu.
Bununla yanaşı bütün ölkələrdə 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ xüsusi xidmət orqanlarının terrorda şübhəli bilinənlərə qarşı tətbiq etdiyi dindirilmə metodları birmənalı şəkildə pislənilir.
Gələcək Çinə məxsusdur
40 ölkə içindən 30-da sorğuda iştirak edənlərin çoxu hələ də Amerika iqtisadiyyatını dünyada ən güclü hesab edirlər. Bu baxımdan ən böyük artım Hindistanda müşahidə olunur.
Burada bir çoxu Amerikanın liderliyini rahat qəbul edir. Bununla belə hesabatda deyilir ki, 27 ölkədə rəyi soruşulanların çoxu gec tez Çinin Amerikanı ötəcəyini və superdövlət olacağını düşünür.
Bu fikir əsasən Avropa Birliyi ölkələrində özünü daha çox biruzə verir.
"İslam dövləti" ilə münaqişə
"İslam dövləti" ilə müharibəyə gəldikdə, Birləşmiş Ştatlar böyük dəstəyə malikdir. Orta hesabla sorğuda iştirak edənlərin 62 faizi ABŞ-ın cihadçılara qarşı hərbi əməliyyatlarına dəstək verir və ancaq 24 faizi Suriyada və İraqda yaraqlılara qarşı aparılan zərbələrə qarşı çıxış edirlər.
Əgər 10 il bundan əvvəl Amerikanın Avropadakı müttəfiqləri İraqda müharibəyə qarşı idilərsə, "İslam dövləti"-nə qarşı kampaniya onlar tərəfindən əsasən dəstəklənir.
ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri arasında da bu məsələdə Amerikanı dəstəkləyənlər çoxluq təşkil edir.
İşgəncələr
11 sentyabr hadisələrindən sonra terrorizmdə şübhəli bilinənlərə qarşı qəddar metodlardan istifadə edərək işgəncə vermək praktikası dünyada açıq tənqid olunur. Sorğuda iştirak edənlərin 50 faizi bu praktikaya qarşı çıxırlar, lakin 35 faizi belə hesab edir ki bu zərurətdən doğan bir addımdır.
Böyük Britaniya, Fransa, Almaniya və İspaniyada çoxları deyib ki, belə metodlara heç cür haqq qazandırmaq olmaz. Lakin İtaliyada fikirlər təxminən iki yerə bölünüb. Polşada isə bu metodlar qanuni sayılıb.
Yaxın Şərqdə və Asiya ölkələrində işgəncələrə münasibət əsasən mənfidir, ancaq İsrail, Hindistan və Filipində onlara haqq qazandırmağa hazırdırlar.
Bununla belə, Amerikanın özündə çoxları bu praktikanı gəbul edir. Halbuki burada fikir ayrılığı partiya mənsubiyyətinə görə fərqlidir: respublikaçılar daha qəddar metodları dəstəkləyir, demokratlar əsasən buna qarşı çıxırlar.
Barak Obamanın özü haqqında
Şəxsən ABŞ prezidenti hər yerdə böyük populyarlığa malikdir, və bu populyarlıq əsasən yüksələn xəttlə gedir.
Lakin əgər keçən il İsrail vətəndaşlarının 71 faizi onu dəstəkləyirdisə, bu il bu göstərici ancaq 49 faizdir.
Hindistanda isə tam əksinə: Obamanın populyarlığı 48 faizdən 71 faizə yüksəlib.
Ümumiyyətlə isə, Obamanın populyarlığı sorğuya daxil edilən 14 ölkədə qalxıb.

ŞƏRHLƏR

Ahu 05

25 İyun 2015 11:00

xebere gore tesekkurler.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam