Fon yüklənir...
Загрузка...

Qəzəbli pişiyin sahibəsi onun sayəsində 100 milyon dollar qazandı

Загрузка...
Qəzəbli pişiyin sahibəsi onun sayəsində 100 milyon dollar qazandı
 
Grumpy Cat-ın (Qəzəbli pişik) sahibəsi heyvanın sayəsində (2012-ci ildən 2014-cü ilə qədər) 100 milyon dollar qazanıb. Heyvancığazın gəliri analoji dövr ərzində bir çox Hollivud ulduzlarından artıq olub.

"Onun nailiyyətləri ağlasığmazdır. Onun sosial şəbəkələrdə ilk çıxışından sonra, mən ofisiant işini atdım”, - Grumpy Cat-ın ABŞ-ın Arizona ştatından olan, 28 yaşlı sahibəsi Tabata Bandesen (Tabatha Bundesen) danışıb.

Kədərli və narazı üzü ilə şöhrət tapan pişiyin əsl adı Tardar Sosdur (Tardar Sauce). Onun fotolarını sosial şəbəkədə ilk dəfə Bandesenin qardaşı paylaşıb, o, şəkilləri 2012-ci ildə Reddit əyləncəli portalda yerləşdirib. Kədərli pişiyin ilk video-çarxı YouTube-da 16 milyon dəfədən çox baxılıb.
 
Qəzəbli pişiyin sahibəsi onun sayəsində 100 milyon dollar qazandı
 
"O dövrdən biznes-təkliflər məqsədi ilə gələn zənglərin arası kəsilmir”, - Tabata müsahibədə qeyd edib.

Populyarlıqdan başqa, yüksək gəlir sahibəyə Grumpy Cat's Worst Christmas Ever (2014-cü il) Hollivud filmində iştirak, Friskies yeminin reklamını və heyvan haqqında iki kitabın dərcini təmin edib.

Grumpy Cat-ın Facebook səhifəsinin yeddi milyondan çox izləyicisi var. Onun həyatını İnstagram-da milyon yarım adam izləyir, Twitter-də isə Grumpy Cat-ın 250 minə yaxın fanatı var.
 
Qəzəbli pişiyin sahibəsi onun sayəsində 100 milyon dollar qazandı
 
ABŞ-da pişiyin vətənində onun təsviri olan suvenirlər istehsal edilir. Qısaqol köynəklər, fincan, nişanlar və digər xırdavatdan başqa Grumpy Cat-ın sahibləri ilə razılıq əsasında üzərində pişiyin təsviri olan loqotiplə peçenye və qəhvəli içki də istehsal edilir.

The Daily Mirrorun hesablamalarına görə, Qəzəbli pişiyin 2012-ci ildən 2014-cü ilə qədər gəliri Nikol Kidman, Kemeron Dias və Metyu Makkonaxi kimi Hollivud ulduzlarının gəlirindən artıqdır.
 

Загрузка...

ŞƏRHLƏR

Ahu 05

10 Dekabr 2014 14:18

maraqlidi...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...