DİQQƏT!

Ölümcül ilan zəhəri haqqındaMaraqlı və məsləhətli

İlan zəhəri haqqında

 

İlan zəhəri sarımtıl şəffaf maye olub ilanın qulaqətraflı tüpürcək vəzifələri tərəfindən hasil olunur. Bütün ilan sancmaları təcili tibbi yardım tələb edir.İlan sancmsından sonar sancma nahiyəsinə yandırıcı ağrı,şişkinlik,zamanla göy rəngə çevrilən qızartı yaranır.Zəhər qana keçdiyi təqdirdə qusma,baş ağrısı,ishal,yüksək bədən hərarəti,ürək döyüntülərinin artması və s.müşahidə edilir.Ağır hallarda mədə-bağırsaq qanaxması,iflic baş verə bilər.
Orta Asiya kobrasının zəhəri neyrotrop təsirə malik oldğundan ilk növbədə tənəffüs mərkəzi və mərkəzi sinir sistemi zədələyir.Əfi,gürzə kimi ilanların isə zəhəri daha çox hemorragik təsirə malik olduğunu tez bir zamanda qanı laxtalandırır.
İlanın sancdığı yerdə şişkinliyin üzərində iki ədəd yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir.İki diş yerinin olması ilanın zəhərli,bir diş yerinin olması isə zəhərsiz olduğunu göstərir.

 

Ölümcül ilan zəhəri haqqında və ona qarşı mübarizə tədbirləri

 

Ölümcül ilan zəhəri haqqında və ona qarşı mübarizə tədbirləri

Ölümcül ilan zəhəri haqqında və ona qarşı mübarizə tədbirləri

Təcrübəəli herpetoloq-mütəxəssislərin ilan sancması zamanı lazım olan ilkin tibbi yardım üsullarının çatdırmaq istərdim

 

İlan sacan zaman ilk 5 dəqiqə ərzində zəhər dişləmə nahiyəsindən sorulmalıdır(əgər ağızda yara yoxdursa).İlk 5 dəqiqədən sonra həmin prosedurun heç bir faydası yoxdur.Çünki zəhər qana və limfa sisteminə keçmiş olur.Sonra yara təmiz su ilə yuylaraq yod və ya göy daş məhlulu ilə dezinfeksiya edilir və üzərində steril sarğı çəkilir.Ətraf şişdikdə,sarğını bir qədər boşaltmaq lazımdır.
Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə paketə qoyulmuş buz və ya soyuq islatma qoymaq lazımdır.
Zərərçəkən təcili olaraq,ayaqları bir qədər yuxarı və ziyyətdə uzadılır və tam sakitlik təmin edilir.Zərərçəkkən heçbir halda hərəkət etməməlidir.”Təcili yardım”maşınına qədər onuu xərəkdə aparmaq,zədələnmiş ətrafı(ayağı və ya qolu)hərəkətsiz vəziyyətdə fiksə etmək lazımdır.Sınıqlarda olduğu kimi,ətrafa şin qoyulur və ya zədələnmiş ətrafın sağlam ətrafa bağlanması zəhərin orqanizmə yayılma sürətini azaldır.
İlan sancan şəxsə ilıq şəkildə çoxlu maye(kəmşirin çay,bulyon və s.)içirdilməlidir.Antihistamin və ağrıkəsici preparatlar da qəbul etmək olar.
Həmin tədbirlərdən sonra ilan sancan təcili surətdə xəstəxanaya çatdırılmalı və ona ilan zəhəri əleyhinə xüsusi zərdab vurulamlıdır.
İlan sancması zamanı heç bir halda yaranı yandırmaq(isti bir şeylə və s.),bu yerdə dərini kəsmək jqut qoymaq,zərəçəkənə alkaqollu içkilər vermək olmaz!
İlan sancmasından 20 dəqiqə sonra heç bir zəhərlənmə əlməti müşahidə edilməsi ilanın zəhərsiz olduğunu göstərir.

Ölümcül ilan zəhəri haqqında və ona qarşı mübarizə tədbirləri


Resept

 

Bağayarpağı yarpaqları ovulub dişləmə olan nahiyəyə qoyulur.
Toz halına salınmış quş mədəsi(pətənə)hər dəfə 1 qr olmaqla gündə bir neçə dəfə daxilə qəbul edilir.
Əridilmiş köhnə kərə yağı 1-2 xörək qaşığı gündə bir neçə dəfə daxil qəbul edilir.
Əridilmiş kərə yağı,un halına salınmış şəkər tozu və acı badam tozu bərabər nisbətdə qarışdırılıb qaynayan su hamamında bir müddət qızdırılır.Ondan istənilən zəhərlənmələr(göbələk,kefiyyətsiz qida,ilan və müxtəlif həşarat sancmaları)əleyhinə olan vasitə kimi istifadə edilir.Alınmış qarışıq qaranlıq və sərin yerdə saxlamalıdır.
100 qr qurudulmuş kəklikotu 1L qırmızı çaxır əlavə edilərək 2 həftə qaranlıq yerdə saxlanılır.Həmin müddətdən sonra qarışıq qaynadılır və ağzı bağlı halda 5 dəqiqə zəif ocağın üzərində saxlanılır.Soyudulub süzüldükdən sonra gündə 2-3 dəfə 25-50 qr olmaqla yeməkdən əvvəl daxilə qəbul edilir.
1:1 nisbətində turp şirəsi və çaxır qarışdırılaraq ilan dişləməsindən 1 saat sonra 100 qr daxilə qəbul edilir.Hər 1 saatdan bir onun qəbulu davam etdirilir.
Keçi ödü də ilan sancması zamanı faydalı vasitə hesab edilir.
2:1 nisbətində ballı su və zeytun yağı qarışdıraraq gündə 4-5 dəfə 50 qr içilir.
Ətrafında çoxlu ilan olan evin divarlarını aşağı hissələrində təzə xardal çəkilir.Çünki ilanlar xardal iyinə qarşı çox həssasdırlar.
İlanların çox olduğu yerdə yovşan,yarpız və sarımsaq kimi bitkilər əkilir.


1 0

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 0
    Şərhlər:38
    UlyaAya23 Noyabr 2013 13:48
    Hmmmm maraqlidir. Bes o ikinci ilani neceye verersiz? tongue2
  1. Xəbərlər: 1
    Şərhlər:505
    PERSONA_NON_GRATA23 Noyabr 2013 13:44
    İlan ən gözəl sürünəndi))) müəllif sarı ilanı maa neçəyə verərsən????....... laught
  1. Xəbərlər: 113
    Şərhlər:5878
    A_K23 Noyabr 2013 12:27
    IIIIIIIIIyyyyyyyyyyy iyrencler
    --------------------
    Şeytandan gűnahlarımı soruşdum.
    "Yox/yox" elə mənsizdə pis yaşamırsan dedi :(
  1. Xəbərlər: 0
    Şərhlər:263
    Ms.Aytac22 Noyabr 2013 21:40
    Ilanlardan xosum gelir
  1. Xəbərlər: 214
    Şərhlər:3258
    Həyat22 Noyabr 2013 20:55
    İlan gözəldi zəhəridəki özünü qoruması və qidalanması üçündü
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.