Fon yüklənir...

Mixək haqqında

Ləzzət


Mixək-həmişəyaşıl mixək ağacının qurudulmuş çiçək tumurcuğudur. Hündürlüyü bəzən 10, bəzən də 15 metrə çatır. Yarpaqları tünd yaşıl, meyvələri tünd qırmızıdır. Vətəni Molukk adalarıdır. Ancaq bir çox tropik ölkələrdə də becərilir. Madaqaskar, Hindistan, Şri-lanka, Braziliya, İndoneziya, Qvineya və Zənzibar adaları bu ölkələrdən bir neçəsidir.
Hələ eradan əvvəl mixək Misir, Çin, Hindistan və Romada ədviyyat və dərman kimi istifadə edirdilər. 17-ci və 18-ci əsrlərdə isə İngiltərədə qiyməti çox yüksək olduğu üçün mixəyi qızılla ölçürdülər. 15-ci əsrdən sonra mixək Avropada yenidən yayılmağa başladı.
Çiçək tumurcuqlarından əldə edilən ədviyyatın rəngi qara, dadı isə acı və turş olur. Xüsusi iyi var. Mixəyə bu dadı və iyi verən tərkibindəki efir yağlarıdır. Efir yağlarının əsasını (70-90%-ni) evgenol, 2-3%-ni asetevgenol, kariofilen və başqa maddələr təşkil edir. Mixəyin tərkibi isə faizlə aşağıdakı kimidir:

 

Ləzzət


* Su - 7-7.5%
* Azotlu maddələr - 5.8-6.5%
* Efir yağları - 16-20%
* Karbonatlar - 16-20%
* Aşı maddələr - 16-20%
* Kül - 5.3-6%

Mixəkdən ən çox kulinariyada istifadə edirlər.
Onun keyfiyyəti becərildiyi yerdən, qurudulmasından, tumurcuqlarının iri-xırdalığından və tərkibində olan efir yağlarının miqdarından asılıdır.

 

Ləzzət


FAYDALARI:

*
Antiseptikdir. Mikrobları öldürür.
* Ağrıkəsicidir. Baş və diş ağrılarını aradan qaldırır.
* Diş və dişəti xəstəliklərinin müalıcəsinə kömək edir.
* İştahanı açır.
* İmmuniteti artırır.
* Ürəyi möhkəmləndirir.
* Qaraciyər üçün faydalıdır.
* Həzmi asanlaşdırır. Həzm sisteminin fəaliyyətini artırır.
* Dəri xəstəliklərinə qarşı faydalıdır. Dəridəki səpgiləri götürür.
* Yorğunluğu aradan qaldırır.
* Yaddaşı möhkəmləndirir.
* Qrip mənşəli xəstəliklərin müalicəsinə kömək edir.
* Soyuqdəyməyə qarşı faydalıdır.
* Boğazı yumuşaldır.

 

Ləzzət


* Görmə qabiliyyətini artırır.
* Öskürəyi kəsir.
* Temperaturu aşağı salır.
* İslahı kəsir.
* Bağırsaqdakı qurdları salır.
* Doğumu asanlaşdırır.
* Həm qazqovucu, həm də sidikqovucudur.
* Antioksidant təsirə malikdir.
* Toksinlərin ifraz olunmasını asanlaşdırır.
* Yuxusuzluğu aradan qaldırır.
* Ağız qoxusuna qarşı faydalıdır.
* Ağız yaralarını və iltihabları sağaldır.
* Beyin üçün faydalıdır.
* Mixək yağı nevralgik və revmatizm ağrılarının qarşısını alır.
* Mixək yağı göbələk xəstəliklərinin müalicəsinə kömək edir.

 

Ləzzət


QEYD: Mixək hazırlanan bitki çayı başqa bitki çayları kimi tez xarab olmur.
Buna görə də bu bitki çayını soyuducuya qoya və diş təmizliyində istifadə edə bilərsiniz.

ŞƏRHLƏR

gorus

18 Dekabr 2013 22:19

eladirrrrrr

Gulka

9 İyul 2013 18:39

mixek ela bitkidi hemde qeweng addi
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Həyat

9 İyul 2013 15:01

Sitat: ❃FloRal❃ 
Men bunu "mixek" yox da" mixeng" deye bilirdim

Yo bunun adı mixəkdi
--------------------
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Eva_1

9 İyul 2013 09:19

Mixək çoox sevirəm Mixekli çayın yerini heç nə vermir yes
--------------------

PeTTy

9 İyul 2013 00:39

Çayda olanda lezzetli olur sevirem men,iyisi bir başqadı.
--------------------

Psixoloq məni xilas etmək istəyir, mən isə dünyanı...

MR.QARRI

9 İyul 2013 00:14

Müəyyən qədər bilirdim faydalıdı

♣YoL_Cu♣

8 İyul 2013 22:34

Nə qədər faydaları var. Maşallah.
Həm də ağız qoxusunu aparır. Sinif yoldaşım onu yeyirdi necə var elə.


----------------------------


Mən bir gizli xəzinə idim, istədim ki, Tanınam, bəs insanları yaratdım ki, Tanınam
--------------------
Axmaqlarla mübahisə etməyin. Onlar səni əvvəlcə öz səviyyələrinə endirəcəklər, sonra bu səviyyədə təcrübəli olduqları üçün sənə qalib gələcəklər.

violetta

8 İyul 2013 20:38

Mixeyin qoxusunu cox sevirem

Rosalia✿

8 İyul 2013 20:32

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Sevinc...

8 İyul 2013 19:16

Men mixekli çay içmemişem amma derman kimi istifade elemişem hem etride gözeldi

DonnA

8 İyul 2013 19:01

azdan coxdan bilirdim mixek haqqinda maraqli melumatdi vaxti gelende lazim olacaq nedi mixek
--------------------
Həyat ölümə qaçmaqdır əslində..

_РуСаЛКа_

8 İyul 2013 19:01

Mixək çox faydalıdır... mixəkli çayı çox xoşlayıram

❃FloRal❃

8 İyul 2013 18:35

Men bunu "mixek" yox da" mixeng" deye bilirdim
--------------------
No one can know what I'm feeling:)
***
Kolay-kolay sevmezdim, amma gülüşüne denk geldim
***
ALLAH'ın ən gözəl əsəri...

Starbucks

8 İyul 2013 18:34

Xeberi cox beyendim.Insallah bu tip xeberlerinin ardi olar...Hemchinin mixek haqqinda chox shey oyrendim.
--------------------
Follow İnstagram: @anti_standart

Smiler

8 İyul 2013 18:23

cayin icinde mixek olanda cox dadli olur
--------------------
I'm standin' in the flames, It’s a beautiful kind of pain

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam