Fon yüklənir...
Загрузка...

2019-cu ildə Qarabağ münaqişəsi öz həllini tapa bilər?

Загрузка...
2019-cu ildə Qarabağ münaqişəsi öz həllini tapa bilər?

"Hadisələrin hansı səpkidə inkişaf edəcəyini yalnız obyektiv şərtlər sürətləndirə bilər. Amma hər bir halda, hesab edirəm ki, növbəti ildə mövcud situasiya, bəzi məsələlərlə bağlı daha aydın danışmaq üçün hansısa şəraitin olacağı ehtimalını yaradıb”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Milanda ermənistanlı həmkarı ilə görüşdə münaqişənin nizamlanmasında "qarşılıqlı anlaşma” əldə edilməsi məsələsinə münasibət bildirərkən Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev deyib:
 
"Hələlik bu məsələdə tələsməyək. Dağlıq Qarabağla bağlı cərəyan edəcək hadisələrin Ermənistan müxalifəti təmsilçisinin dediyi səpkidə inkişaf edəcəyini yalnız obyektiv şərtlər sürətləndirə bilər. Hələlik isə daha çox başqa məsələlər diqqəti cəlb edir. Bütövlükdə Nikol Paşinyan hakimiyyəti ələ alandan sonra Ermənistanın xarici siyasət prioritetləri barədə ziddiyyətli mülahizələr arasında Dağlıq Qarabağ məsələsi aktual yer tutur. Ermənistanda hakimiyyətə müxalif qüvvələrin dediklərini bir kənara qoyuram, münaqişənin Azərbaycanın maraqları çərçivəsində həll olunacağına dair müxtəlif mənbələrdən səslənən ehtimallar, işğalçı ölkədə keçirilən son seçkilərdən sonra daha da artıb”. Həmsöhbətimiz onu da vurğuladı ki, xarici işlər nazirlərinin görüşündən sonra Elmar Məmmədyarovun "qarşılıqlı anlaşma” əldə etdiklərilə bağlı açıqlaması bu məsələ üzrə arqumentlərə yeni stimul verir:
 
"Erməni müxalifətinin buradakı niyyətlərini başa düşmək lazımdır. Bütövlükdə erməni siyasi dairələrində münaqişə ilə bağlı bir qədər həyəcanlı situasiyanın yarandığını görməmək olmur. Ermənistanda bu müstəvidə hesab edirlər ki, Paşinyanın xarici siyasət istiqamətində hələlik qeyri-müəyyənlik hökm sürür, onun komandası səriştəsizdir. Həmçinin, Ermənistanın hər zaman arxalandığı, fayda gördüyü Rusiya ilə münasibətlərində hansısa qeyri-müəyyənliyə oxşar vəziyyət yaranıb. Rusiyadan səslənən müxtəlif bəyanatlar, açıqlamalar ermənilərə xoş gəlmir. Ona görə də Ermənistanda yeni hakimiyyətin Rusiyaya münasibətinin hardasa fərqli olacağı qorxusu yaranıb. Bunun özü də bir şərtdir. İşğal olunan rayonlarımızla bağlı mətbuatda açıqlanan məlum fikirlər ətrafında gedən şərhlər və s. də Ermənsitanda yaxşı əhval-ruhiyyə yaratmır. Bizim üçün əlbəttə ki, bu situasiyada danışmaq asandır.
 
Konkret erməni müxalifətinə gəldikdə, onlar artıq neçə vaxtdır deyir ki, Ermənistandakı iqtisadi vəziyyətlə bağlı olaraq, hakimiyyət Qarabağla bağlı bu günə qədər davam edən mövqeyi dəyişə bilər. Təbii ki, Azərbaycan tərəfdən nazir səviyyəsində səslənən həmin optimist açıqlama dediyim vəziyyətə təsirsiz ötüşmür. Konkret olaraq situasiyanı erməni tərəfdən Paşinyanın tərəfdarları bir cür, müxalifət isə başqa cür şərh edir. Qondarma separatçı qurumda da başqa cür danışırlar. Amma hər bir halda, hesab edirəm ki, növbəti ildə mövcud situasiya, bəzi məsələlərlə bağlı daha aydın danışmaq üçün hansısa şəraitin olacağı ehtimalını yaradıb”.
 
Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov diplomatik korpusun nümayəndələri ilə görüşdə erməni həmkarı Zöhrab Mnatsakanyanla Milanda apardığı danışıqlarda uzun müddətdən sonra ilk dəfə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində "qarşılıqlı anlaşma” əldə edildiyini bildirib. Hakimiyyətdən devrilmiş Respublika partiyasının sözçüsü Eduard Şarmazanov isə bu fonda vurğulayıb ki, belə vəziyyətdə İrəvan zəbt edilmiş əraziləri qaytarmağa hazırlaşır.
 
ELÇİN 
Sfera.az
Загрузка...
loading...
Загрузка...