Fon yüklənir...
Загрузка...

Siz onu yeyirsiniz, o da xərçəngi…

Загрузка...
Siz onu yeyirsiniz, o da xərçəngi…

Xərçəng hüceyrələrini məhv etmək haqda bir sıra fikirlər mövcuddur. Bəziləri bunun yanlız kimyaterapiya və şüa terapiyası ilə mümkün olduğunu, bəziləri isə hətta qida ilə xərçəngə qalib gəlməyin mümkün olduğunu deyir.
 
Sfera.az "medicina.az" istinadən  xərçəng hüceyrələrini məhv edən qidalardan bəzilərini təqdim edir:
 
Yağlı balıq
 
Balıq yağı orqanizmi omeqa-3 amin turşuları ilə təmin edir, bu isə öz növbəsində neqativ hormonların sintezini azaldır. Yağlı balıqların (seld, skumbriya, qızılbalıq) tərkibində xərçənglə mübarizədə əhəmiyyətli rol oynayan A vitamini olur. Bu vitamin əsasən prostat, süd vəzi və bağırsaq xərçəngi zamanı yaxşı təsir göstərir.
 
Yerkökü
 
Ərik, bibər və balqabaqla birlikdə yerkökü orqanizmə karotinoidlərin daxil olmasını təmin edir. Faydalı reseptlərdən biri də 1 fincan yerkökü şirəsinə bir qədər alma və çuğundur şirəsi və azacıq təzə zəncəfil əlavə etməklə hazırlanır.
 
Brokkoli
 
Brokkolinin tərkibində olan ən effektiv maddələrdən biri də sulforafandır. Bu maddə bakteriya əleyhinə agent kimi təsir göstərir. Brokkoli və digər çiçəkləri yeyilən tərəvəzlərin tərkibində toksinlərdən təmizləməyə kömək edən bol miqdarda lif olur.
 
Qırmızı və sarı istiot
 
C vitamini və kerotinoid mənbəyi hesab edilir.
 
Günəbaxan tumu
 
Tərkibində bol miqdarda sink və E vitamini mövcuddur. Sink C vitamininə öz işini yerinə yetirməkdə kömək edir. Süd isə əksinə olaraq sinkin qana sovrulmasını əngəlləyir.
 
Balqabaq tumu
 
Günəbaxan tumu ilə qarışdırılaraq yeyildikdə xərçəng hüceyrələrini məhv edərək orqanzimi sərbəst radikallardan qoruyur.
 
Çərəzlər
 
Tərkiblərində güclü xərçəng əleyhinə maddə hesab olunun selen mövcuddur.
 
Göbələklər
 
İmmun sistemini qüvvətləndirir və bədxassəli proseslə mübarizə aparır.
 
İspanaq
 
Bütün yaşıl yarpaqlı tərəvəzlər kimi antioksidant olan lyütein, zeaksantin, və orqanizmdən qeyri-stabil molekulları kənarlaşdıran fol turşusu ilə zəngindir.
 
Yumurta sarısı, göyərti və tam taxıl məhsulları
 
Tərkiblərində şiş yaranma prosesinin qarşısını alan biotun, niasin və B6 vitaminləri var.
 
Çuğundur, albalı, badımcan, gavalı, üzüm (bənövşəyi meyvə və tərəvəzlər)
 
Tərkiblərində rast gəlinən antoksidant maddəsi bir çox xərçəng növləri, əsasən də qan və beyin xərçənginin qarşısını alır.
 
Mərci, lobya, noxud və soya
 
Tərkibində olan izoflavoin və fitoesterogen maddələri sayəsində xərçəng hüceyrələrini məhv edir.
Загрузка...
loading...
Загрузка...