Fon yüklənir...
Загрузка...

Naxçıvanın gənclər və idman naziri yeni federasiyanın sədri seçilib

Загрузка...
Naxçıvanın gənclər və idman naziri yeni federasiyanın sədri seçilib

İclas

Bakı. 27 fevral. / Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.

"Report"un məlumatına görə, tədbir Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında Gənclər və İdman Nazirliyi aparatının əməkdaşları, rayon (şəhər) Gənclər və İdman idarələrinin rəisləri və kikboksinq idman növü üzrə məşqçi-müəllim heyətinin iştirakı ilə təşkil olunub. Toplantıya sədrlik edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiyanın Ali Məclis Sədri Vasif Talıbovun tapşırığı ilə yaradıldığını bildirib. O, qurumun idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb və kikboksinqin muxtar respublikada gələcək inkşafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib. 

Nazir qeyd edib ki, yeni yaradılan federasiyanın əsas fəaliyyət istiqamətləri muxtar respublika gəncliyinin vətənpərvərlik ruhunda və sağlam mühitdə formalaşdırılması, kikboksinq üzrə idmançı və məşqçi heyətinin hazırlıqlarının daha da gücləndirilməsindən ibarətdir. Həmçinin, bu sahədə peşəkarlıqlarının artırılması və muxtar respublika idmançılarının ölkə və beynəlxalq miqyaslı idman yarışlarında iştirakının təmin edilməsi federasiyanın əsas iş prinsiplərindən biri olacaq. Federasiyanın əsas məqsədlərindən biri rayonlarda yeni bölmələrin fəaliyyətə başlanması, fəaliyyət göstərən bölmələrin isə işinin yüksəldilməsidir. 

Sonra gündəlikdə duran məsələlər tədbir iştirakçılarının müzakirəsinə çıxarılıb, bu mövzuda məşqçi-müəllim heyətinin rəy və təklifləri dinlənilib. İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb. Federasiyanın sədri vəzifəsinə elə A.Cabbarov seçilib. 

float: left; width: 100%;">
Naxçıvanın gənclər və idman naziri yeni federasiyanın sədri seçilib
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
Загрузка...