Fon yüklənir...
Загрузка...

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Загрузка...
Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Çingiz© Report/ Firi Salim

Bakı. 23 fevral. / Bu gün futbol ictimaiyyəti doğum günündən 72 il ötən “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskini II Fəxri Xiyabanda yad edib.

“Report” xəbər verir ki, mərhumun məzarı önündə çıxış edən "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, veteranlar - Çingiz İsmayılov, Ağasəlim Mircavadov, Oqtay Abdullayev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev A.Banişevskinin şəxsi keyfiyyətlərindən, futbolçu karyerasından söhbət açıblar və onu böyük ehtiramla xatırlayıblar.

Ç.Abdullayev bildirib ki, A.Banişevski Azərbaycan futbolunun ən parlaq simalarındandır: “Rusiyada tərtib edilmiş bir siyahıda 10 ən yaxşı rus futbolçu arasında onun da adı var. Düzdür, Banişevski sovet futbolçusu olub. Amma o, bir azərbaycanlıdır. Azarkeşlər onun oyununu görmək üçün stadionlara axışırdılar. Banişevski digər ölkələrdəki futbolsevərlərin də rəğbətini qazanmışdı. Onunla qürur duymaq lazımdır. İndi uğursuz nəticələr olanda azarkeşlər deyirlər ki, utanmırsınız? Bəli, uduzduğumuz üçün Banişevskinin ruhundan utanırıq”.

Müşahiə Şurasının sədri “Neftçi”nin yeni prezidenti Kamran Quliyevə uğurlar arzulayıb: “Artıq klubun yeni prezidenti var. Ona uğurlar arzulayıram. “Neftçi” xüsusi, xalq komandasıdır”.

Daha sonra Bakı Kəndlər Futbolu Federasiyasının rəhbəri Vaqif Davudov mərasim iştirakçılarını A.Banişevskinin xatirəsinə həsr olunmuş turnirin bu gün keçiriləcək final görüşünü izləməyə dəvət edib.

Yekunda əfsanəvi futbolçunun həyat yoldaşı İnna Banişevskaya diqqətə görə II Fəxri Xiyabana gələnlərə təşəkkür edib.

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olan Anatoli Banişevski “ağ-qaralar”ın heyətində (1964-1973, 1975-1978) SSRİ çempionatlarında 288 oyunda 121 qol, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”li “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət" ordeni ilə təltif olunub.

float: left; width: 100%;">
Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib

Futbol ictimaiyyəti “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib
Загрузка...
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...
[smartphone] text [/smartphone]