Fon yüklənir...
Загрузка...

Pxençxan-2018: Kanadalı idmançılar iki növdə qızıl medal qazanıblar

Загрузка...
Pxençxan-2018: Kanadalı idmançılar iki növdə qızıl medal qazanıblar

Bakı. 20 fevral. / Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha iki növ üzrə mükafatçılar müəyyənləşib.

“Report” xəbər verir ki, kanadalı fiqurlu konkisürənlər Tessa Virçu və Skott Moirdən ibarət cütlük qızıl medal qazanıb. Onlar qısa və sərbəst proqramın yekununda 206,07 bal alıblar ki, bu da dünya rekordudur.

Gümüş medalları isə sərbəst rəqsdə (123,35 bal) rekord vuran fransalı Qabriela Papadakis və Qiyom Sizeron əldə ediblər. ABŞ idmançıları Maya və Aleks Şibutanilər isə bürünc medallara yiyələniblər.

Qadınlar arasında fristaylın ski-hafpayp növündə də kanadalı idmançı - Kessi Şarp birinci yeri tutub. Fransalı Mario Martino ikinci, ABŞ idmançısı Brita Siqurni isə üçüncü olub.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

float: left; width: 100%;">
Загрузка...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...