Fon yüklənir...
Загрузка...

Binə Atçılıq Mərkəzinin qapalı manejində ilin ilk konkur yarışı keçirilib

© Foto: Firi Salim

Bakı. 10 fevral. / Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində ilin ilk konkur yarışı keçirilib.

“Report” xəbər verir ki, E, M* və S* kateqoriyaları üzrə təşkil olunan “Buta Golden” kuboku turnirində Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak edib.

İlk olaraq, E kateqoriyası üzrə 80 - 85 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar iştirak ediblər. 16 çaparın qatıldığı mübarizədə ilk iki yeri Gənclər və İdman Nazirliyinin nəzdində olan Atçılıq Məktəbinin nümayəndələri tutub. Səməd Əliverdiyev “Tibet” ləqəbli atla 1-ci, Ramil İbrahimov isə “Light Limerick” ləqəbli atla ikinci yeri tutub. “Sərhədçi” Atçılıq İdman Klubunun üzvü Dünyamalı Qurbanbəyov isə “David” ləqəbli atla 3-ü olub. M* və S* kateqoriyası üzrə yarışlar hər yaş kateqoriyasından olan idmançılar üçün açıq olub. Hündürlüyü 120-125 sm olan M* kateqoriyalı yarışda 14 idmançı iştirak edib. Nəticədə “Murad” Atçılıq İdman Klubunun üzvü Kərim Abdullayev “Clima” ləqəbli atla qalib olub. “Sərhədçi” İdman Klubunun təmsilçisi Sənan Məmmədov “Misir” ləqəbli atla 2-ci, “Buta Golden” Atçılıq İdman Klubunun çaparı Yahor Morotski “Astrello” ləqəbli atla 3-cü yeri tutub.

Maneələrin hündürlüyü 130 - 140 sm olan S* kateqoriyası üzrə yarışda isə 16 çapar iştirak edib. Yekunda “Sərhədçi” İdman Klubunun təmsilçisi Seyid Muayev “Nabab De Belou” ləqəbli atla birinci yeri tutub. “Murad” Atçılıq İdman Klubunun üzvü Kərim Abdullayev “Clima” ləqəbli atla 2-ci, “Elit” Atçılıq Klubunun çaparı Elmar Abdullayev isə “Cera 59” ləqəbli atla 3-cü yerə layiq görülüb. “Buta Golden” klubunun üzvü, yarışın favoritlərindən sayılan Y.Morotski isə ilk cəhdindən sonra 73,6 saniyə ilə və cəriməsiz hamıdan öndə olsa da, ikinci cəhdində marşrutu səhv saldığı üçün mübarizədən kənarlaşdırılıb. 

Qeyd edək ki, mükafat fondu 5000 manat təşkil edən turnirə fevralın 11-də komanda yarışları ilə yekun vurulacaq.

float: left; width: 100%;">

loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...