< Fon yüklənir...

Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək

Dünya Kuboku Bakıya xüsusi təyyarə ilə gətiriləcək

Kuboku

Bakı. 8 fevral. / Futbol üzrə Dünya Kuboku fevralın 9-da səhər saatlarında Bakıya xüsusi təyyarə ilə gətiriləcək. 

"Report"un məlumatına görə, ali mükafatı xüsusi təyyarə ilə 1998-ci il dünya çempionatında Fransa yığmasının heyətində qızıl medal qazanmış Kristian Karambö müşayiət edəcək.

Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da "Hilton" otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Qeyd edək ki, Dünya Kuboku 4-cü dəfə dünya turuna çıxıb. Azərbaycana səfər “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam