Fon yüklənir...
Загрузка...

Samir Məmmədov: "Belarusda hər kəs II Avropa Oyunlarının əhəmiyyətini başa düşür" - MÜSAHİBƏ

Загрузка...
Samir Məmmədov:

Əvvəllər© Report

Bakı. 5 fevral. / “Minsk 2019” II Avropa Oyunları Əməliyyat Komitəsinin (MEGOC) Əməliyyatlar üzrə məsləhətçisi Samir Məmmədovun “Report”a müsahibəsi

- Əvvəlcə Minskdə "Atletlər Kəndinə, daha sonra isə hazırkı vəzifənizə təyinatınız bir qədər gözlənilməz oldu. Bu vəzifələrə Azərbaycandakı təcrübənizə əsasən təyinat almısınız?

- Bəli, Azərbaycanda “Bakı 2015” I Avropa Oyunlarında və “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında çalışmışam. Sonra Minskə gəlməyim məsləhət görüldü. Ötən ilin sentyabrından Belarusdayam.

- Bu müddətdə hansı vəzifələrdə çalışmısınız?

- “Bakı 2015” və “Bakı 2017”də baş tikinti rəhbəri vəzifəsini tutmuşam. Bununla belə, digər departamentlərin işlərinə də köməklik edirdik. Sonra II Avropa Oyunlarına gəlməyim məsləhət görüldü. Ötən ilin sentyabrında bura gələndə, nəinki ilk azərbaycanlı, ilk əcnəbi mən idim.

- Sonra tərkib genişləndi?

- Yanvarın 8-də daha 2 azərbaycanlı - Arzu Sultanlı və Tural İsgəndərli mənə köməkçi qismində gəldilər. Martın 1-dən onlar müvafiq olaraq, obyektlərin idarə edilməsi və tikinti rəhbəri vəzifələrinə təyin olunacaqlar.

- Amma Belarus hökuməti Oyunlarla bağlı əlavə tikintilərin aparılmayacağını elan etmişdi...

- Bunlar müvəqqəti tikililərdir. Çadırlar, kabinlər və s. Onları departamentlərin tələblərinə uyğun hazırlamaq lazımdır. Əlavə idman qurğularının tikintisi nəzərdə tutulmur. 

- Atletlər Kəndinin rəhbəri vəzifəsindən yeni posta təyinatınız necə baş tutdu?

- “Minsk 2019” II Avropa Oyunlarının direktoru Georgi Katulinin məsləhəti ilə oldu. Gördü ki, nəinki Atletlər Kəndi, digər departamentlər barədə də tam məlumatlıyam. O, xarici məsləhətçilərlə müzakirələrdə bu işdə təcrübəmin təkcə Atletlər Kəndi ilə bağlı deyil, digər sahələr üzrə də olduğunu gördü. Bundan sonra mənim bütün departamentlər üzrə məsləhətçi olmağımı münasib saydı. Hələlik bütün işlər mənə həvalə olunub. Fevralın 19-da Azərbaycandan daha bir şəxs gələcək və Atletlər Kəndinə rəhbərlik edəcək. Həmin şəxs Andrey Polovinkindir.  Mənim məsləhətim əsasında onunla danışıq aparıldı. 

- Belə görünür ki, “Bakı 2015” və “Bakı 2017” sayəsində xeyli azərbaycanlı mütəxəssis yetişib...

- Bəli, hamısı gənclər və idman naziri Azad Rəhimovla “Bakı-2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) korporativ direktoru, Atletlər Kəndinin meri, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərovun sayəsindədir. Cənab nazir bizə ilk gündən dedi ki, bu gün üçün yox, gələcək üçün yetişirsiniz. Bundan ötrü də bizi müxtəlif kurslara göndərdilər. Cənab nazir və Elçin müəllim kiçik detalda belə bizə köməklik edir, dəstək olurlar. 

- Gələcəkdə II Avropa Oyunlarında çalıaşacaq azərbaycanlı mütəxəssislərin sayı arta bilərmi?

- Bəli, tədricən artacaq.

- “Minsk 2019”a hazırlıq işləri nə səviyyədədir?

- Ötən ilə nisbətən hamı üçün hər şey aydınlaşıb. Hər kəs II Avropa Oyunlarının əhəmiyyətini başa düşür. İşlər daha da intensivləşib. Əvvəllər işlərə səthi yanaşırdılarsa, getdikcə tələbləri görüb, yanvardan ciddi yanaşmağa başladılar.

- Artıq hansı işlərin görülməsinə başlanılıb?

- Bütün departamentlərə kadrların toplanmasına start verilib. "Bakı 2017" I Avropa Oyunlarının Əməliyyat Komitəsində 1000-dən çox əməkdaş var idi. MEGOC-da isə düşünürdülər ki, II Avropa Oyunları üçün 50 – 60 nəfərlə iş düzələr. Lakin Avropa Olimpiya Komitəsinin (EOC) tələbləri artdıqca, bunun mümkün olmadığını gördülər. Hər departamendə 10-larla şəxs olmalıdır. Obeyktlərdə də EOC-un tələblərinə uyğun görüləsi işlər var. Nəticədə işləri sürətləndirməyə başladılar.

- Belarus hökuməti hazırlıq işlərinə lazımı miqdarda vəsait ayırır?

- Bəli, ayırır. Vəsait sarıdan heç bir problem yoxdur.

- “Bakı 2015”lə müqayisədə “Minsk 2019”da hansısa cəhətdən daha yüksək səviyyə gözləyirsiniz?

- Əcnəbilərin dili ilə desək, I Avropa Oyunları fantastik oldu. Elə bir şey bundan sonra ola da bilməz. “Minsk 2019”da isə idman növləri azdır. Ona görə də “Bakı 2015”dəki həcmdə yarış olmayacaq. Bakıda obyekt və stadionlar da böyük idi.

- Bəs hansı yeniliklər ola bilər?

- Azərbaycanda əncəbi mütəxəssislər çox idi. Bu addımı əcnəbilərin bizi yetişdirmələri üçün atmışdılar. Amma Belarusda 99 faiz öz mütəxəssislərinə üstünlük verirlər. Bu da həm maliyyə baxımından, həm də öz adamlarını irəli çəkmək sarıdan onlara sərf edir. Yalnız bu cür yenilik ola bilər. Başqa nəsə demək hələ tezdir. Tələblər getdikcə ortaya qoyulur. Bunlara əsasən, yeniliklər mümkündür.

- Minskdə Açılış və Bağlanış mərasimləri üçün nəzərdə tutulan stadionu vaxtında təhvil vermək mümkün olacaq?

- Bəli. Stadionun bu ilin iyununda təhvil verilməsi nəzərdə tutulub.

float: left; width: 100%;">
Samir Məmmədov:

Samir Məmmədov:
Загрузка...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...