Fon yüklənir...

Azərbaycan karateçiləri Xorvatiyada üç medal qazanıblar

Azərbaycan karateçiləri Xorvatiyada üç medal qazanıblar

Fərid

Bakı. 13 yanvar. / Azərbaycan karateçiləri Xorvatiyanın Samobor şəhərində təşkil olunan Qran-pri turnirinin ilk yarış günündə 2 qızıl 1 bürünc medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından “Report”a verilən məlumata görə, Fərid Ağayevlə (52 kq) Fidan Dadaşova (47 kq) çempion olub. Tale Yaqubov (63 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək Qran-pri turniri fevralda Rusiyada keçiriləcək Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır.

float: left; width: 100%;">

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam