Fon yüklənir...

Emin Mahmudov “Boavişta”nı tərk edəcək? – Meneceri açıqladı

Emin Mahmudov “Boavişta”nı tərk edəcək? – Meneceri açıqladı

Milli komandamızın üzvü Emin Mahmudovun meneceri Aleksandr Manyakov Rusiyanın "Sovetski Sport” nəşrinə müsahibə verib. 

Sport7.az həmin müsahibəni təqdim edir:
 
- Deyilənə görə, Emin mövsümün sonunda "Boavişta”nı tərk edəcək.

- Eminin "Boavişta" ilə hələ 1 il müqaviləsi var və heç kim onu qovmur. Ancaq reallıq budur ki, onun oyun praktikası azdır, buna görə də başqa kluba keçmək ehtimalı mümkündür. Hətta yenidən Rusiyaya da qayıda bilər. Görək, vəziyyət necə olacaq. Komandada Eminin mövqeyində çox təcrübəli oyunçular çıxış edir. Biri kapitan, digəri vitse-kapitan. Mahmudov əlinə düşən şanslardan istifadə edib. Qol da vurub, ötürmə də verib, ancaq hər bir halda o, ehtiyat oyunçu hesab olunur. Məşqçinin qərarı belədir, bu barədə şərh vermək istəmirəm.
 
- Bəs özü Avropada qalmaq istəyir?
- Onun üçün əsas prinsipial məsələ daimi oyun praktikasıdır. İlk olaraq əlbəttə ki, o, Portuqaliyadan gələcək təklifləri dəyərləndirəcək. Artıq ailəsi də onunla birlikdədir və ölkəni çox sevirlər. Həyat şərtləri orda yetərincə yaxşıdır. Əla çempionatdı. Biz ya onun transfer hüququnu "Boavişta”dan alacaq, ya da icarəyə götürəcək variantlar axtarırıq. Əgər Portuqaliya alınmasa, Rusiyadan gələn təkliflərə baxacağıq.
 
- Mövsümün sonuna qədər yenə forma şansı qazana biləcəkmi?
- Axırıncı oyunda o, start heyətində başladı. Meydanda olduğu müddətdə pis təsir bağışlamadı. Əminəm ki, mövsümün son 5 oyununda o yenə şans qazanacaq. Əsas məsələ şanslardan istifadə etmək və sakitcə yeni mövsümə hazırlaşmaqdır.

Sport7.az

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam