Fon yüklənir...

"Turan Tovuz" bu gün qızıl medallara qovuşacaq


Məlum olduğu kimi "Turan Tovuz" birinci divizionun çempionu adını qazandı.

Sport7.az xəbər verir ki, tovuzlular qızıl medallarına bu gün, "Qaradağ Lökbatan"la oyundan sonra qovuşacaq. Elə "Qaradağ Lökbatan"ın da medal almaq şansı var. Bu gün tovuzluları məğlub edəcəyi təqdirdə paytaxt təmsilçisinə də gümüş medallar təqdim olunacaq. Təbii ki, bunun üçün "Səbail"in də "Bakılı"ya məğlub olması önəmlidi. Əks təqdirdə gümüş medallar "Səbail"in olacaq.

Medalların komandalar nə vaxt veriləcəyi ilə bağlı məlumatı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verdi. Aslan bəy Sport7.az-a açıqlamasında bunları söylədi: 

"Turan Tovuz"un medallarını oyunda verəcəyik. Digər yerlərin sahibi hələ məlum deyil. Bu gün "Qaradağ Lökbatan" ikinci və ya üçüncü yeri tutsa o komandanın da medallarını çatdıracağıq. Olmasa 2 və 3-cü yerləri tutan komandaları sonra mükafatlandıracağıq. Amma çempionun medalları bu gün veriləcək".

Sport7.az

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam