Fon yüklənir...

Elnur Hüseynov “Eurovision 2015”in finalında

Elnur Hüseynov

 
Azərbaycan təmsilçisi beynəlxalq mahnı müsabiqəsinin ikinci hissəsində çıxış edəcək

Vyanada "Eurovision 2015" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
 
Azərbaycan təmsilçisi  Elnur Hüseynov "Hour of the Wolf" mahnısnı uğurla ifa edərək finala keçib.
 
Azərbaycanla yanaşı birinci yarımfinaldan yekun mərhələyə Litva, Polşa, Sloveniya, İsveç, Norveç, Montoneqro, Kipr, Latviya və İsrail keçib.
 
Qeyd edək ki, Elnur Hüseynov mahnı müsabiqəsinin ikinci hissəsində çıxış edəcək.
 
"Eurovision”ın final mərhələsi  mayın 23-də baş tutacaq.
 
Xatırladaq ki, birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Almaniya və Ermənistan finala vəsiqə qazanıb.
 
Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.

ŞƏRHLƏR

serxanbatista

22 May 2015 16:39

baxdimmmmmmmmmmmmmmmmm

Ahu 05

22 May 2015 12:39

ugurlar!!!!

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam