Fon yüklənir...

Bu il Azərbaycanı “Eurovision”-da təmsil etmək istəyənlərin nəzərinə!

Bu il Azərbaycanı

 

Azərbaycanın İctimai Televiziyası 60-cı "Eurovision” Mahnı Müsabiqəsində ölkə təmsilçisini daxili seçim əsasında müəyyən edəcək.

Yayımçı televiziya hazırda may ayında Avstriyanın Vyana şəhərində keçiriləcək "Eurovision” Mahnı Müsabiqəsindəki çıxışının təşkili üzərində işləyir.

Bildirilib ki, milli seçimdə iştirak etməyə hazır, ölkə təmsilçiliyinə iddialı və özünə güvənən ifaçılar (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan əsilli ifaçılar) seçimlərə qatılmaq üçün ad, soyad, doğum tarixi, yaşadığı şəhər və sair barədə əsas məlumatlar, performansın audio/video yazısı, "Youtube” linki və beş ədəd fotonu təqdim etməlidirlər.

Azad bəstəkarlar mahnıların audio versiyası, sözləri və özləri haqqında məlumatları təqdim etməlidirlər. Mahnılarını təqdim etmək istəyənlərə milli zəmində hər hansı bir məhdudiyyət qoyulmur. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini [email protected] email ünvanına göndərə bilərlər.

Müraciət üçün ərizələrin qəbulu martın 6-dək davam etdiriləcək.

Azərbaycanın "Eurovision 2015” Mahnı Müsabiqəsindəki təmsilçisi və onun müsabiqə mahnısı martın 15-dək elan olunacaq.

ŞƏRHLƏR

milawka_milaya

4 Mart 2015 21:35

bes deyirdiler Elnur oxuyacaq??

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam