Fon yüklənir...

“Eurovision” təmsilçimiz Moskvada çıxış edib

 
Azərbaycanın "Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova ötən gün Moskvada müsabiqədən əvvəl keçirilən ənənəvi gecədə çıxış edib.

Moskvanın "Karlson” restoranının damında baş tutan gecəyə bir sıra Avropa ölkələrinin "Eurovision” təmsilçiləri qatılıb. Onlardan Malta təmsilçisi Firelight, Belarusdan Teo, San-Marinodan Valentina Monetta, Moldovadan Kristina Skarlat və İsrail təmsilçisi Mey Faynqold iştirak ediblər. Təmsilçimiz gecədə müsabiqə üçün nəzərdə tutulan "Start a Fire” kompozisiyasını və oynaq "Mercy” mahnısını ifa edib. Gecənin sonunda D. Kazımova rusiyalı həmkarlarımızın suallarını cavablandırıb.

Qeyd edim ki, Dilarə ilə yanaşı tədbirdə Avropa ölkələrinin çoxunun bu mahnı müsabiqəsindəki təmsilçiləri - Firelight (Malta), Teo (Belarus), Valentina Monetta (San-Marino), Kristina Skarlat (Moldova) və Mey Faynqold (İsrail) iştirak ediblər. Onlar bu il Rusiyanı "Eurovision”da təmsil edən Tolmaçeva bacıları ilə birlikdə çıxış ediblər.

Rusiya paytaxtı Dilarənin Avropa promo-turu çərçivəsində səfər etdiyi 4 şəhərdir. İştirakçımızın promo-tur çərçivəsində növbəti səfəri Malta və Gürcüstana olacaq.

ŞƏRHLƏR

miss__lady

23 Aprel 2014 01:38

o birisileri gedende hec bu qeder reklam olunmadiye

Night Wolf

22 Aprel 2014 00:48

Bircə eurovisionolub qurtarsaydı yaman yaxşı olardı
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam