Fon yüklənir...

Ermənistanı “Eurovizion 2014“-ün qalibi etmək istəyirlər

Ermənistanı “Eurovizion 2014“-ün qalibi etmək istəyirlər

Artıq eurovision.tv bu istiqamətdə təbliğata başlayıb. Mart ayından etibarən, Avropa Yayımları Birliyi (EBU) öz saytında bütün qaydaları pozaraq, fasiləsiz olaraq ermənilərin təqdim etdiyi mahnının reytinqlərdə birinci olması barədə informasiya yaymaqda davam edir. 

Eurozion.tv saytı, həm də EBU əvvəlki illərdə heç bir ölkə üçün belə təbliğat imkanı yaratmayıb. Sayt bildirir ki, artıq erməni mahnısının 1.5 milyon izləyicisi var. Sayt iddia edir ki, bu günə qədər heç bir ölkənin mahnısına çəkilən klip Youtube-də 1,5 milyondan çox izlənməyib. Hətta videoklipin çəkilişlərinə geniş yer ayrılıb. 

Mütəxəssislər mahnının orijinal və uğurlu olmadığını bildirir. Bu yarışmanın artıq siyasiləşdiyini söyləyən ekspertlər iddia edir ki, burda erməni lobbisinin fırıldağı var. "Eurovision 2014" mahnı müsabiqəsində Ermənistanın Aram Mp3 adlı təmsilçisi "Focus group"un mahnısını ifa edəcək.

Qeyd edək ki, gələn il "Eurovizion”-un 60 illiyi, saxta "erməni soyqırımı”nın 100 illiyidir. Bütün bu hazırlıqlar da ona görə aparılır ki, ermənilər soyqırımın 100 illiyini 40 ölkənin nümayəndəsi ilə qeyd edə bilsin.

Məlumat üçün deyək ki, Türkiyə bu il də musiqi yarışmasında iştirak etməyəcək - İbrahim Şahin (TRT rəhbəri) "Eurovizion”u "xristian klubu” adlandırıb. 

Aktual.az-a danışan ekspertlər bildirir ki, həqiqətdə də Bosniya, Makedoniya və... Azərbaycanın iştirak etməyəcəyi halda, "Eurovizion” "xristian klubu” adını rəsmiləşdirəcək. Halbuki Azərbaycan bu yarışmada ardıcıl olaraq dörd illik çıxışında hər iştirakında bir pillə irəliləməklə həm yarışmada birinci yeri, həm də musiqisi ilə dünyanı fəth edib.

Ümid etmək istərdik ki, "Eruovizion” rəhbərliyi "erməni barmağı”na dolaq olmağını özünə rəva görməz. Ən azından birinci olmaq istəyən ölkələrin, məsələn elə Azərbaycanın birincilik nümunəsi var. 

Azərbaycan mətbuatında "Eurovizion”un hər ilki qaliblərinin siyahısı verilmişdi ötən illərdə və o "qaliblər siyahısı”nda güman və fərziyyələrin içində bir məntiq də vardı: "Eurovizion” müəyyən illərdə müəyyən ölkələrin siyasi istək və iddialarına qarşılıq olaraq saxtalığa gedib. 

Xatırladaq ki, bu il keçiriləcək 59-cu "Eurovision” mahnı müsabiqəsinə ev sahibliyini Danimarka (Kopenhagen) edəcək. Müsabiqə bu il "Join us" (Bizə qoşul) mövzusunda olacaq. 

Ermənistan təmsilçisi 1-ci yarımfinalda İsveç, Albaniya, İslandiya, Rusiya, Latviya, Azərbaycan və Estoniya kimi ölkələrin nümayəndələri ilə mübarizə aparacaq.

ŞƏRHLƏR

gulumse

11 Aprel 2014 22:47

cox beklerler

Emily_01

11 Aprel 2014 20:26

mocking chalishsinlar... chalishsinlar..

miss__lady

11 Aprel 2014 19:00

onlarin mahnisi hemiweki kimi bu defe de ogurluqdu bizden deyil ama ayri yerden ogurlanib onlarin birinci yer cixacagina kim inanire bizim mahnimiz onlarkindan min defe yaxwidi

❃FloRal❃

11 Aprel 2014 18:08

Her şeyleri kimi qalibiyyetleri de saxta olacaq desenize
--------------------

***
Who can touch your heart with the magical stick that plants seeds of happiness to every bit of your soul is priceless
***

Jenny J

11 Aprel 2014 16:14

Sitat: Night Wolf
Hər hansı musiqi yarışmasını siyasətə çevirmək düzgün deyil
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

11 Aprel 2014 14:41

Hər hansı musiqi yarışmasını siyasətə çevirmək düzgün deyil
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam