Fon yüklənir...
Загрузка...

Dilarə Kazımova promo-tura start verdi

Загрузка...
Dilarə Kazımova promo-tura start verdi

"Eurovision-2014” müsabiqəsinin Azərbaycan təmsilçisi Dilarə Kazımovanın promo-turu başlandı.

Promo-tur çərçivəsində ilk konsert Niderlandiyada Amsterdamda baş tutub. 10 gün ərzində Dilarə 5 ölkəyə səfər edərək "Eurovision” fanatları ilə görüşəcək.

Dilarə üçün promo-turun başlanğıcı Amsterdamda keçirilən "Eurovision Concert” ənənəvi konsertdə çıxışı oldu. Dilarənin "Start a Fire” – müsabiqə mahnısını təqdim etdiyi bu konsert 6-cı ildi keçirilir və müsabiqə qabağı əsas tədbirdir. Bu il əsl anşlaq olub – konsertdə 25 ölkənin nümayəndəsi iştirak edib.

"Bu çox şən idi! Mən məşhur artistlərlə və digər iştirakçılarla tanışlıqdan zövq aldım. Və əlbəttə ki, əsrarəngiz Amsterdam! Promo-tur üçün daha yaxşı başlanğıc düşünmək olmazdı”, - Dilarə deyib.

Siyahıda növbəti ölkə Litvadır, sonra Macarıstan, Rusiya, Gürcüstan və Malta. 10 gün ərzində 5 ölkə. Promo-tur zamanı Dilarə yerli telekanal və radiolarda çıxış edəcək, mətbuat nümayəndələri və fanatlarla görüşəcək.

Promo-tur çərçivəsində o "Eurovision”un digər iştirakçıları ilə də görüşəcək, məşhur yerli musiqiçilərlə bir səhnədə çıxış edəcək. Litvanın populyar "Two Stars” şousunda bu ölkənin nümayəndəsi Viliya Mataçunayte ilə duet oxuyacaq.

Dilarə "Eurovision” fanatlarının qəlbini öz "Start a Fire” mahnısı ilə fəth etməyə hazırdı. Mahnıya iTunes və Amazon-da qulaq asmaq mümkündür. Mahnını dinləyin və xəbərləri izləyin.

Dilarə Kazımova "Start a Fire” mahnısının 8 nömrəsi altında "Eurovision” müsabiqəsinin Birinci Yarımfinalında may ayının 6-da 2014-cü ildə Kopenhagendə təqdim edəcək.
Загрузка...

ŞƏRHLƏR

Jenny J

8 Aprel 2014 17:30

Sitat: Night Wolf
buda öldüdə lap gündə bir xəbər çıxır bunan

Hahaha ay Öldü özüyçün day
--------------------
Wow man, this is weird on acid..



Night Wolf

8 Aprel 2014 15:25

buda öldüdə lap gündə bir xəbər çıxır bunan
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...