Fon yüklənir...

Ramazan ayı nə vaxt başlayır?

Ramazan ayı nə vaxt başlayır?

 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ramazan ayının başlanması, Ramazan bayramı, Qurban bayramı və digər dini mərasimlərlə bağlı məlumatlar Qafqaz Müsəlmanları İdarəsi və Nazirlər Kabinetinə təqdim edilib.
 
Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib ki, yekun təkmilləşmə başa çatandan sonra Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan Ayının başlanması ilə bağlı fətva verəcək. Onun sözlərinə görə, Ramazan ayının başlanmasını tarixinin açıqlanması yalnız QMİ-nin səlahiyyətinə aiddir. Bu il də idarə rəsədxana tərəfindən təqdim ediləcək hesablamalara və məlumatlara uyğun fətva verəcək.
 
Qeyd edək ki, bu il astronomik təqvimə əsasən, Ramazan ayının başlanmasını xəbər verən yeni Ay iyunun 16-sı saat 19:07-də təzələnəcək. Ramazan ayından sonra ayın təzələnməsi isə iyulun 16-da saat 06:26 dəqiqədə baş verəcək.
 
Nazirlər Kabinetinin "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qəbul etdiyi qərara əsasən, bu il Azərbaycanda 17, 18 iyul tarixlərindən Ramazan bayramı, 24, 25 sentyabr tarixlərində isə Qurban bayramı qeyd olunacaq. Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
 
Xatırladaq ki, (QMİ) bəyanatına əsasən, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fətvalar yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək.

ŞƏRHLƏR

Claytonjiruh

21 Sentyabr 2017 22:26

Добрый день!
Телевидение в суперкачеситве абсолютно без установки оборудования http://www.rusiptv.cf Вы забудете об антеннах, ресиверах, тарелках и т.д. Нужен только интернет и 120 каналов открыты для Вас сразу. Оплата в месяц 4.5$, за эту цену Вы получаете кучу цифровых каналов в HD качестве.
Можно смотреть как с компьютера, планшета, смартфона, так и через приложение на телевизорах Smart TV.
Бесплатный тест имеется.
Подключайтесь пока не набрали критическую массу народа, после чего дальнейшая регистрация будет невозможна. Сервер не резиновый.

регистрация на нашем сайте http://rusiptv.cf

zeriw♡♡

22 May 2015 18:31

Allah her kesin tutdugu oruvu qebul etsin ic8ndede bizlerin smile

Sitat: zeriw♡♡
Allah her kesin tutdugu oruvu qebul etsin ic8ndede bizlerin smile

Ahu 05

14 May 2015 16:32

Allah haminin orucunu qebul etsin.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam