Fon yüklənir...

Allah sözə deyil niyyətə baxar

Allah sözə deyil niyyətə baxar

 

Həzrəti Musa bir gün bir başına dağları dolanarkən, uzaqdan yoxsul və tək bir çoban görmüş. Çoban dizi üstə çökmüş, əllərini səmaya açıb dua etməkdəymiş. Bu vəziyyət Musanın çox xoşuna gəlmiş, amma yaxınlaşıb çobanın duasını eşidincə çaşmış.
«Qurban olduğum Allahım. Səni nə qədər sevərəm, bir bilsən.Nə istəsən edərəm, yetər ki Sən istə. Sürüdəki ən yağlı qoyunu kəs desən, gözümü qırpmadan kəsərəm Sənin üçün. Qoyun qovurması gözəldir Allahım, quyruq yağını da götürər plovuna qatarsan, dadından doyulmaz olar.» 

Musa duaya qulaq asarkən çobana yaxınlaşmış....

«Yetər ki Sən dilə, ayaqlarını yuyaram… Qulaqlarını təmizləyər, bitlərini ayırd edərəm. Nə qədər çox sevərəm mən Səni. Sənə çox pərəstişkaram!»
Eşitdikləri qarşısında Musa hirsdən qızarmış. Qışqıraraq kəsmiş çobanın duasını: «Sus, səni cahil adam!

Nə etdiyini sanarsan. Allah heç plov yeyərmi? Allahın ayaqları varmı ki, yuyasan? Belə duamı olarmış?! Külliyyən günaha girirsən. Dərhal tövbə et!»
Çoban, Musadan danlağı eşidincə qulaqlarına qədər qızarmış, utancından yerin dibinə girmiş. Üzr üstünə üzr istəmiş, bir daha belə özbaşına dua etməyəcəyinə andlar içmiş. O gün axşama qədər Musa çobanın yanında

dayanıb ona əsas duaları əzbərlətmiş. Sonra «Allah məndən razı olar, yaxşı bir iş etdim» deyə düşünüb yoluna davam etmiş.
 

Allah sözə deyil niyyətə baxar

 

Amma o gecə bir səs eşitmiş. Səslənən Rəbb imiş.

«Ey, Musa, sən bu gün nə etdin? Sən ayırmağamı gəldin görüşdürməyəmi? Bu qəribə çobanı danladın. Onun Mənə nə qədər yaxın olduğunu anlaya bilmədin. Ağızından çıxan sözü bilməsə də, o çoban inancında səmimi idi. Ürəyi təmiz, niyyəti xalis idi.Biz sözlərə baxmarıq, niyyətə baxarıq. Sözlərə baxacaq olsaq yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq.Ona bal olan sənə zəhərdir. Sən eşitdiklərini inkar və küfr saydın, amma çobanın bir qəbahəti varsa belə, nə şirin qəbahətdir onunki.»

Musa səhvini anlamış, sabahısı gün günəş doğular doğulmaz, çobanı görmək üçün təkrar dağa çıxmış. Çoban yenə duaya dayanmışmış. Amma dünənki həyəcanından, səmimiyyətindən əsər yoxmuş artıq. Öyrədildiyi kimi yalvarmağa səy göstərdiyindən, aman bir səhv söz etməyim deyə çaşır, kəkələyir, tərləyirmiş. Musa, çobana etdiyindən peşman olub kürəyini oxşamış və demiş ki:
 

Allah sözə deyil niyyətə baxar

 

«Ey dost, mən səhv etdim, nə olar bağışla. Bildiyin kimi dua et. Allahın nəzərində beləsi daha qiymətlidir.»

Çoban, Musadan bunları eşidincə heyrətə düşmüş, amma bir o qədər də rahatlamış. Belə ki, o artıq bir üst mərtəbəyə vasil olduğundan, günahsız inkarına, şirin günahına dönməyib, Musanın öyrətdiyi əzbərçilikdə də qalmayıb, bütün bunların kənarına keçmiş. Rəbbinə yaxın xoşbəxt məsud, mübarək bir həyat sürmüş....

 

 

 

ŞƏRHLƏR

emiwka

20 Noyabr 2014 16:10

ALLAH RAZI OLSUN
--------------------
Getdim Sagolun

egzocan

6 Sentyabr 2014 20:56

ALLAH razi olsun gozel hekayedi

A_K

4 Sentyabr 2014 14:35

Maraqlı hekayeydi Allah razı olsun.
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

Night Wolf

4 Sentyabr 2014 14:00

təşəkkürlər xəbərçün
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Ahu 05

4 Sentyabr 2014 13:51

Allah razi olsun

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam