Fon yüklənir...

Fitrə Zəkatı

Fitrə Zəkatı

Fitrə zəkatı lüğətdə İslam və yaradılış mənalarını versə də dini terminologiyada müsəlmanların öz himayəsində olan şəxslər üçün ödədiyi müəyyən zəkat nəzərdə tutulur. Fitrə zəkatı Ramazan ayının sonuncu günü Məğrib namazından Fitr bayramının günorta namazıına qədərdir.

Həzrəti Məhəmmədə (s.ə.s) salavat göndərmək namazı tamamladığı kimi Fitrə zəkatı da orucu tamamlayır.

1. Ramazanın şam namazından sonra dünyaya gələn körpənin də fitrəsi verilməlidir.

2. Ev sahibi şam namazından əvvəl evinə gələn qonağın da fitrəsini verməlidir. Bayram axşamı 1-2 saatlıq qonaq və iftar etdikdən sonra gedən fitrə zəkatını isə qonaq özü ödəməlidir. Lakin ev sahibindən icazə aldıqdan sonra qonaq öz fitrə zəkatını verməklə bu vəzifəni onun üzərindən götürə bilər.

3. İnsan özünü və himayəsində olan şəxslərin hər biri üçün 3 kq xurma, buğda, arpa, kişmiş, düyü və bu kimi qida məhsullarından birinin pulundan ehtiyacı olanlara zəkat verməlidir.
 

ŞƏRHLƏR

Swagy Angel

25 İyul 2014 20:04

xebere gore twk

Ahu 05

25 İyul 2014 19:04

Allah qebul etsin.

Night Wolf

25 İyul 2014 17:22

Hər il fitrə zəkatı veririk
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam