Fon yüklənir...

Oruc tutmaq barədə 7 yanlış stereotip

 
Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq)
olmaz. 
 

Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz. 
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir
məhdudiyyət yoxdur. 
 
 

Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
 

Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. 
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. 
 

Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz. 
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı deyil və bununla şərtlənmir. 


Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. 
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.
 

Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.
Həqiqət: Bilər.Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya aiddir.

ŞƏRHLƏR

Night Wolf

22 İyul 2014 15:14

Hamısını bilirdim yenədə təşəkkür
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

22 İyul 2014 10:37

bilirdim bəzilərni

NICKY

21 İyul 2014 22:29

Axirincidan bawqa hamsini bilirdim
--------------------
♡♡♡

Ahu 05

21 İyul 2014 17:31

bezilerini bilirdim.

Swagy Angel

21 İyul 2014 16:34

axrincidan bawqa hamsin bilirdim

Jenny J

21 İyul 2014 16:27

Bezilerini bilmirdim xeber ucun tesekkur
--------------------
Wow man, this is weird on acid..



ARR

21 İyul 2014 15:15

Bəzilərini bilirdim. Bilmədiklərimi də öyrəndim. Təşəkkürlər

LlLesiARe

21 İyul 2014 15:02

Bezilerini bilidim

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam