Fon yüklənir...

Günün Ramazan təqvimi: 17 iyul

 
 
19 ramazan 1435 – 17 iyul 2014

İmsaq: 04.49
İftar: 21.24

19-cu günün duası: Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xəyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin.

(İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi!).

Ayə: "Əlif, Lam, Mim! Kitabın (Quranın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur! Yoxsa (müşriklər): "(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!” /Səcdə-1.2.3/

Hədis: "Möminin işi necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminə məxsusdur. Ona sevinc üz verdikdə, Allah-Təalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbir edər və bu da onun üçün xeyirli olar.”

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

PS: Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

ŞƏRHLƏR

Night Wolf

18 İyul 2014 18:47

Allah köməyimiz olsun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

ARR

17 İyul 2014 18:49

Sitat: Ahu 05
Allah razi olsun.

Ahu 05

17 İyul 2014 17:17

Allah razi olsun.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam