Fon yüklənir...

Günün Ramazan təqvimi: 10 iyul

 
 
12 ramazan 1435 – 10 iyul 2014

İmsaq: 04.50
İftar: 21.29

12-ci günün duası: "Allahummə zəyyin fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qunui vəl-kəfaf. Vəhmini fihi ələl-ədli vəl insaf. Və amilni fihi kuli mA əxaf. Biismətikə ya ismətəl-xaifin."

(İlahi, bu gün günahlarımı gizlətmək və mənə iffət bəxş etməklə zinətləndir. Bu gün mənə qənaət libasını geyindir. Məni bu gün ədalət və insafa sövq et. Bu gün məni qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların qoruyucusu!). 

Ayə: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar (buna görə heç) qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır”. /Muminun-1,2,3,4,5,6,7/

Hədis: "Əməllər niyyətlərə görədir. Hər kəsə öz niyyətinə görə mükafat (savab) veriləcək. Ona görə də kim ki dünyəvi xeyir və ya qadın üçün hicrət edərsə, onda onun hicrəti niyyətində olduğu şeyə görədir".

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.

PS: Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

ŞƏRHLƏR

admin555

11 İyul 2015 20:13

ALLAH HAMININ TUTDUĞU ORUCU,QILDIĞI NAMAZI,OXUDUĞU QURANI QEBUL ETSİN AMİN DEYEN DİLLER VAR OLSUN

Ahu 05

10 İyul 2014 14:26

Allah razi olsun.

Night Wolf

10 İyul 2014 14:08

Sitat: Dark PrincesSa
Allah orucunuzu qəbul etsin

Amin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Dark PrincesSa

10 İyul 2014 13:30

Allah orucunuzu qəbul etsin

ARR

10 İyul 2014 11:41

Təşəkkür edirəm. Sevdiklərinizlə bərabər gözəl zamanlar keçirməyiniz arzusuyla bayramınız mübarək və sevincli olsun

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam