Fon yüklənir...

Günün Ramazan təqvimi 6 iyul

 
08 ramazan 1435 – 06 iyul 2014

İmsaq: 04.47
İftar: 21.30

8-ci günün duası: "Allahummərzuqni fihi rəhmətə əytami və itamət-təami. Və ifşa əs-səlami və suhbətəl-kiram. Bitəulikə ya məlcəəl-amilin."

(İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!).

Ayə: " O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.” /Bəqərə - 3/ 

Hədis: "Heç biriniz oruclu olduğunuz gün çirkin söz söyləməyin. Əgər biri sizi söyər və ya təhqir edərsə, "mən orucluyam" deyin!"

PS. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir. 

Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

ŞƏRHLƏR

admin555

11 İyul 2015 20:10

NAMAZ QILANLAR BEYENSİN ORUC TUTANLAR

Sitat: admin555
NAMAZ QILANLAR BEYENSİN ORUC TUTANLAR

Sitat: admin555
NAMAZ QILANLAR BEYENSİN ORUC TUTANLAR

ARR

7 İyul 2014 20:14

Sitat: Night Wolf
Allah tutulan orucları, bu mübarək Ramazan ayında etdiyimiz duaları qəbul eləsin

Night Wolf

6 İyul 2014 18:20

Allah tutulan orucları, bu mübarək Ramazan ayında etdiyimiz duaları qəbul eləsin
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Starbucks

6 İyul 2014 16:39

Orucam elə) Allah oruc tutan bütün hər kəsin orucunu qəbul eləsin :)
--------------------
Follow İnstagram: @anti_standart

Dark PrincesSa

6 İyul 2014 16:18

Oruc tutmuram çox heyf

LlLesiARe

6 İyul 2014 15:08

Orucunuzu ALLAH qebul etsin...

Ahu 05

6 İyul 2014 14:59

Allah razi olsun.

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Geniş Yığcam