DİQQƏT!

Xanım Zəhra (ə) kimdir?Din

Xanım Zəhra (ə) kimdir?


Həzrət Fatimə (ə)

Fatimə (ərəb. فاطمة الزهراء‎‎) — Məhəmməd Peyğəmbərin ilk xanımı Xədicədən olan qızı, onun əmisi oğlu və ən yaxın köməkçisi İmam Əlinin həyat yoldaşı, onun nəvələri olan İmam Həsənin və İmam Hüseynin anası.

Həyatı

Anadan olma tarixi ilə bağlı sünni və şiə mənbələrində müxtəlif məlumat vardır. Bunlardan ən etibarlısındada sünni mənbələrinə görə 606-cı ildə, şiə mənbələrində isə 614-cü ildə cəmadiyəlaxırin 20-sində Məkkədə anadan olduğu qeyd olunur.

Müsəlmanlar Fatimənin xatirəsini əziz tuturlar. İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən fatimilər sülaləsinin adı onların Fatimədən törədiyini göstərir. Fatimənin hansı məqama sahib olması peyğəmbərdən nəql olunan hədislərdən də anlaşılır: "Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün cənnət qadınlarının xanımıdır.", "Fatimə Cənnət xanımlarının xanımıdır."

Şəhadəti

Fatimə Cəmadiyəl Axır ayının 3-də Mədinədə vəfat etmişdir. Onun vəfatına səbəb evinə hücum olunması nəticəsində qapının qarın nahiyəsinə yetirdiyi ağır zədə nəticəsində iç qanama keçirməsi olmuşdur. Sonradan I Ərəb İslam xəlifəsi Əbu Bəkir bu hadisə haqqında belə demişdir :

Ulvan ibn Davud əl-Beceli, Humeyd ibn Əbdurrahman-Salih ibn Keysan-Humeyd b. Əbdürrəhman ibn Avf isnadı ilə atası Əbdürrəhman ibn Avftan belə rəvayət edər: Vəfat etdiyi xəstəliyində ziyarət üçün Həzrəti Əbu Bəkrin hüzuruna gedib salam verdim… Əbu Bəkr belə dedi: Mən isə, dünyada etdiyim üç şeyə kaş ki etməsəydim, etmədiyim üç şeyi də kaş ki etsəydim, üç şeyə də nə ola bunları Peyğəmbərə s. a. a soraydim deyə kədərlənirəm. Kaş ki bu dediyim üç şeyi etməyəydim:

1) Kaş ki Fatimənin evinə hücum etməsəydim!

Dəfn olunması

Xanım Zəhranın öz vəsiyyətinə əsasən öz yaxınları tərəfindən gecə ikən dəfn olunmuşdur. Bu haqda bəzi həislərdə belə buyurulur:

“Fatimeyi-Zəhra Allah rəsulundan sonra 6 ay yaşadı. Dünyadan köçəndə həyat yoldaşı Əli onu gecə ikən dəfn etdi və Əbu Bəkrə xəbər etmədi”.

Bəzi rəvayətlərə görə onun qəbri Peyğəmbərin qəbri ilə minbəri arasındadır Əli Fatiməni torpağa tapşırarkən buyurmuşdur:

"Salam olsun sənə ey Allahın Peyğəmbəri! Mənim tərəfimdən və kənarında uyuyan və sənə (başqalarından) daha tez çatan qızından! Ey Allahın Peyğəmbəri, qızının kədərləndirici ayrılığından səbrim tükəndi, güc və taqətimi əldən verdim. Amma sənin böyük kədər yaradan ayrılığın və səni itirmənin böyük müsibəti belə bir vaxtda mənim təsəlli amilimdir. Çünki başının mənim sinəmdə olduğu, mənim qucağımda can verdiyin və öz əlimlə başını qəbrinin daşı üzərinə qoyduğum anları heç vaxt unutmaram. Biz hamımız Allah tərəfindənik və Ona tərəf qayıdacağıq. Budur (mənə tapşırdığın əmanət) geri qaytarıldı və girov alındı. Amma bundan sonra, Allah mənim üçün sənin olduğun diyarı seçincəyə qədər, mənim (sizin ayrılığınız üçün olan) qəm-kədərim daimi olacaq, gecələrim oyaqlıqla keçəcək. Salam olsun sizə, bezikmək deyil vida salamı! Buna görə də əgər sizin yanınızdan getsəm, bu, bezikmək və məhəbbətin olmaması demək deyil.Əgər qalsam, bu, Allahın səbr edənlərə vəd etdikləri barəsində pis gümanda olmağımdan deyil."


0 0

ŞƏRH YAZ

ŞƏRHLƏR

  1. Xəbərlər: 542
    Şərhlər:2540
    Nina Guney28 Sentyabr 2013 17:11
    Sitat: _ESMIRA_
    tewekurler maraqli idi ammaki axrinci yazi mene catmadi

    rəvayətlərə görə onun qəbri Peyğəmbərin qəbri ilə minbəri arasındadır Əli Fatiməni torpağa tapşırarkən buyurmuşdur:


    Bu hisseni yeqinki diqqetle oxumamisiz....
    --------------------
    Olmursa olmur...Vardır Allah'ın bir
    bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
    - Hz. Muhammed (s.a.s.)
  1. Xəbərlər: 6
    Şərhlər:2633
    Mələk27 Sentyabr 2013 13:54
    Salam və Salavat olsun Xanım Fatimeyi Zəhra anamızın ruhuna
  1. Xəbərlər: 0
    Şərhlər:103
    _ESMIRA_26 Sentyabr 2013 15:17
    tewekurler maraqli idi ammaki axrinci yazi mene catmadi..........................
  1. Xəbərlər: 9
    Şərhlər:2222
    LlLesiARe26 Sentyabr 2013 10:40
    ALLAH razi olsun... teshekkur Nina Guney
  1. Xəbərlər: 179
    Şərhlər:4136
    ❃FloRal❃ 25 Sentyabr 2013 22:36
    ALLAH RAZI OLSUN
    --------------------
    One day I'll see your EYES again…
    ***
    Kolay-kolay sevmezdim, amma gülüşüne denk geldim
    ***
    ALLAH'ın ən gözəl əsəri...
  1. Xəbərlər: 0
    Şərhlər:14
    umudum25 Sentyabr 2013 21:24
    Men bu xanimi cox sevdiyimden hemdee 8ilden sonra qizimi dunyaya getirdiyim ucun bu ad mene hamileyken yuxuda verilmisdi mende qizimin adini fatimeyizehra qoydum
  1. Xəbərlər: 0
    Şərhlər:298
    christmas25 Sentyabr 2013 19:38
    çoooox gözel xeber idi teşekkürler nina güney
  1. Xəbərlər: 214
    Şərhlər:3260
    Həyat25 Sentyabr 2013 18:39
    Allah razı olsun
    --------------------
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Həyat-bir kitabdır ki, müəllifi sən özünsən.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
  1. Xəbərlər: 0
    Şərhlər:534
    MisS25 Sentyabr 2013 17:45
    coooox sagolun deyerli xebere gore
  1. Xəbərlər: 1
    Şərhlər:253
    Günka725 Sentyabr 2013 16:52
    ALLAH razi olsun
  1. Xəbərlər: 1
    Şərhlər:1920
    F_N25 Sentyabr 2013 16:13
    Butun muselman qadinlarin ornek gotureceyi qadin...Allah razi olsun
Məlumat
Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.