Plovlar...

Lazım olan ərzaqlar:
500 qr düyü
160 qr kərə yağı
120 qr kişmiş
80 qr qayısı
80 qr xurma
80 qr şabalıd
100 qr şəkər tozu
40 qr un
1/2 yumurta,
duz
Hazırlanma qaydası:
Kişmişi və qayısını təmizləyin. Suda isladın. Bir az şişəndən sonra suyunu süzün, tumunu çıxarın. Şabalıdı çərtib qaynayan suya tökün, 3 dəqiqədən sonra götürüb qabığını götürüb təmizləyin. Kərə yağını tavada əridin. Kişmişi, qayısını , xurmanı, şabalıdı yağa töküb ağzıörtülü qabda pörtlədin. Sonra ocaqdan götürüb üzərinə şəkər tozu tökün. Kərə yağı ilə qazmaqlı plov bişirin. Plovun yanına hazırladığınız meyvə qurularını qoyun...
Nuş olsun...

![Mazi Kalbimde Yaradır [soundtracks] Mazi Kalbimde Yaradır [soundtracks]](http://endir.net/photo/photos/JBJSN_4848.png)

Çığırtma plov...

Lazım olan ərzaqlar:
1 kq toyuq
400 qr düyü
100 qr ərinmiş kərə yağı
160 qr baş soğan
4 yumurta
2 qr zəfəran
duz, istiot
Hazırlanma qaydası:
Toyuğu təmizləyin, tikələrə bölün və kərə yağında qızardın. Doğranmış soğanı ayrı qabda yağda qızardın, toyuğun üzərinə əlavə edin. Və üzərinə çalınmış yumurta tökün. Yumurtalar bişəndən sonra oddan götürün.
Zəfəranlı plov hazırlayın. Plovu süfrəyə verərkən, çığırtmanı da yanında verin...
Nuş olsun...

![Mazi Kalbimde Yaradır [soundtracks] Mazi Kalbimde Yaradır [soundtracks]](http://endir.net/photo/photos/JBJSN_4848.png)
![Mazi Kalbimde Yaradır [soundtracks] Mazi Kalbimde Yaradır [soundtracks]](http://endir.net/photo/photos/JBJSN_4848.png)
![Mazi Kalbimde Yaradır [soundtracks] Mazi Kalbimde Yaradır [soundtracks]](http://endir.net/photo/photos/JBJSN_4848.png)
Səbzi-qovurma plov...

Lazım olan ərzaqlar:
600 qr qoyun əti
400 qr düyü
50 qr ərinmiş kərə yağı
200 qr baş soğan
600 qr göyərti ( keşniş, şüyüd və s.)
1 qr darçın
duz, istiot
Hazırlanması:
Səbzi-qovurma plov üçün yumşaq qoyun ətini 35-40 qramlıq tikələrə ayırın və duz, istiot vurub qızardın. Sonra qızardılmış soğanı, zəfərəanı və göyərtini əlavə edib az miqdarda ət suyunda bişirin. Daha sonra düyüdən plov hazırlayın və düyünün bir hissəsinə zəfəran şirəsi vurun. Süfrəyə verərkən yanına hazır səbzi-qovurma qoyun. Üzərinə darçın səpin. Nuş olsun...

Buyurun...