Lahmacun - hazırlanması
Bölmə: Kulinariya Müəllif: Emil
|
Aranızda lahmacunu xoşlamayan var? İndi onu Azərbaycanda tanımayan az olar. Əsl lahmacun kürədə bişirilir və belə lahmacunun özünəməxsus dadı olur, elə bütün kürədə bişən çörəklər kimi.
8 ədəd lahmacun üçün ![]() Xəmiri Üçün: 1 xörək qaşığı quru maya 1 çay qaşığı şəkər tozu 1 3/4 stəkan ilıq su 4 stəkan əla növ un 2 çay qaşığı duz ![]() Üstü Uçün: 225 q çəkilmiş qoyun əti 1 ədəd kiçik soğan - xırda-xırda doğranmış (1/2 stəkan) 3 ədəd yetişmiş pomidor - qabığı soyulmuş, sıxılaraq dənəsi çıxarılmış və xırda-xırda doğranmış (1 stəkan) 3/4 stəkan xırda-xırda doğranmış cəfəri 3 diş xırda-xırda doğranmış sarımsaq 1 xörək qaşığı acı qırmızı bibər tozu 2 çay qaşığı şirin qırmızı bibər tozu (paprika) duz 4 xörək qaşığı soyuq su ![]() Süfrəyə Vermək Üçün: cəfəri limon ayran (resept aşağıda) ![]() Hazırlanması: Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə 10 dəqiqə, üstü köpüklənənədək qalsın. 1 stəkan unu iri qaba ələyin. Üstünə mayalı qarışığı əlavə edib, qarışdırın. Qabın üstünü sellofanla örtüb 30 qədiqəlik isti yerə qoyun ki, qarışıq gəlsin və süngər (qubka) kimi olsun. Sonra qalan unu da bu qarışığa əlavə edin. Duzu və qalan 1/4stəkan suyu da əlavə edib, yaxşıca qarışdırın. ![]() Xəmiri 10 dəqiqə ərzində yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmiri iri qaba qoyub üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin. İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək yoğurun. Sobanı 230 C-dək qızdırın. İri dəyaz formanı tərs çevirin və üstünü bir az unlayın. Kənara qoyun. Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun və əlinizlə ona uzunsov şəkil verin. İti bıcaqla 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 20 dəqiqəlik isti yerə qoyun ki, dincəlsinlər. ![]() Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və unlanmış formaya qoyun. Dairənin üstünə içdən yayın. Lahmacunu isinmiş sobada ət bişənədək, təxminən 7 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə açıb, içdən yayıb, bişirin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir. AYRAN 4 stəkan qatıq 4 stəkan soyuq su duz ![]() Ərzaqları üstü köpüklənənədək çalın. Əgər qatığınız suludursa, suyun miqdarını az edin. Yox əgər çox qatıdırsa, onda suyu çoxaldın. Nuş olsun! |















Əyləncəli söhbətlər apara biləcəyiniz Joyazın Facebookdakı qrupu. Qoşulmaq üçün müraciət edin.






























































Xəbərlər: 12
Şərhlər: 6027
--------------------
Faydası yok sözlerimin,
Bildiğini okuyor hayat her nasıl olsa...
Hayır yok üstüme gelmeyin,
Dönüşü yok hiç bir gidenin,
Zamanla her yokluğa alışıyor insan...