Peçenye Reseptləri
Bölmə: Kulinariya Müəllif: UKA
|
1. Qozlu Peçenye ![]() Vəsaitlər: 1 yumurta 125 g. marqarin və ya kərəyağı (yumşalmış) 1 su stəkanı pudra şəkəri 25-30 ədəd qoz içi 1 paket qabartma tozu 1 paket vanil 2,5 - 3 su stəkanı un Hazırlanışı: Yumşalmış marqarin ilə pudra şəkərini yaxşıca əzin. Üzərinə yumurta, vanil, un və qabartma tozunu əlavə edib xəmir edin. Xəmirdən qoz böyüklüyündə parçalar qoparıb yumrulayın və üzərlərinə bir qoz qoyun. 175 dərəcə isidilmiş sobada çəhrayılaşana qədər bişirin. (təxminən 20 - 30dəqiqə) 2. Marmeladlı Peçenye ![]() Vəsaitlər: 1 paket yumşalmış marqarin 3 yemək qaşığı pudra şəkəri 1 paket qabartma tozu 1 paket vanil 1 limon qabığı ya da portağal qabığı rəndəsi 1 yumurta ( sarısı içinə ağı xaricinə) Lazım olana qədər un Döyülmüş fındıq Marmelad Hazırlanışı: Marmelad, fındıq, yumurta ağı xaric bütün vəsaitləri qarışdırıb xəmir edirik. Peçenye şəkli verdiyiniz xəmir ortasını oyun. Əvvəl yumurta ağına sonrada fındığa batırırıq. 175 dərəcədə bişirdikdən sonra ortalarına marmelad yerləşdiririk. 3. Un Peçenyesi ![]() Vəsaitlər: Yarım su stəkanı ərimiş yeməli marqarin və ya kərəyağ Yarım su stəkanı maye yağ 1 su stəkanı pudra şəkəri 2,5 - 3 su stəkanı un Yarım paket vanil 1 çay qaşığı qabartma tozu Hazırlanışı: Şüşə bir kasada yağ ilə pudra şəkəri yaxşıca qarışdırıb krem halına gətin. Ələnilmiş un, vanil, qabartma tozu əlavə edib sərt bir xəmir edin. Qoz böyüklüyündə parçalar ayrılıb diyirləyin. Nimçəyə düzülüb orta istilikdə sobada ağ olaraq bişirin. İstiykən üzərinə vanilli pudra şəkəri əliyin. Peçenyelər sabahısı günə qədər gözlədilsə daha yaxşı olar. Qeyd: Peçenyeləri bişirmədən əvvəl üzərinə qabığı soyulmuş badam yapışdıra bilərsiniz... 4. Rəngli Peçenye ![]() Vəsaitlər: 1 yumurta 125g. marqarin və ya kərəyağı (yumşalmış) 1 su stəkanı pudra şəkəri 1 yemək qaşığı kakao 1 paket qabartma tozu 1 paket vanil 2,5 - 3 su stəkanı un Hazırlanışı: Yumşalmış marqarin ilə pudra şəkərini yaxşıca əzin. Üzərinə yumurta, vanil, un və qabartma tozunu əlavə edib xəmir edin. Xəmiri ikiyə ayırın. Yarısına bir yemək qaşığı kakao qarışdırın. Hər iki xəmiridə bir az açın və üst üstə qoyun. Açmağa davam edərək düzbucaqlı şəkli verin və rulo edin. Soyuducuda 20 dəqiqə gözlədin və istiləşməsinə icazə vermədən incə dilimlər halında kəsin. 175 dərəcədə isidilmiş sobada çəhrayılaşana qədər bişirin. (təxminən 20 - 30dəqiqə) |















Əyləncəli söhbətlər apara biləcəyiniz Joyazın Facebookdakı qrupu. Qoşulmaq üçün müraciət edin.





















































Xəbərlər: 11
Şərhlər: 5913
--------------------