Fon yüklənir...
Загрузка...

Zeytunyağlı ağ lobya - RESEPT

Загрузка...
Zeytunyağlı ağ lobya resepti
 
Tərkibi:

2 su stəkanı quru ağ lobya
2 ədəd soğan
3 diş sarımsaq
1 ədəd kök
1 ədəd kartof
1 xörək qaşığı tomat
1/2 su stəkanı zeytun yağı
1 çay qaşığı şəkər
1/2 dəstə cəfəri
Duz

Hazırlanması:

Quru lobyaları axşamdan isladın, üzərinə çıxacaq qədər su əlavə edin, qaynadın, süzün. Soğan və sarımsağı soyun, yuyun, soğanı doğrayın, sarımsağı iki-üç parçaya bölün və bir qazanda yağla qoyun. Kök və kartofu soyun, yuyun, kub şəklində kəsin. Soğanlara əlavə edin, birlikdə qovrun, tomat əlavə edin və bir neçə dəfə qarışdırın. Süzülmüş lobyaları, şəkəri, duzu qazana qoyub su əlavə edərək ağır atəşdə, suyunu çəkənə qədər, bişirin. Yeməyi şüşə bir qaba qoyun, yuyulmuş və incə doğranmış cəfərini üzərinə səpin və  süfrəyə təqdim edin.

Nuş olsun!
Загрузка...

ŞƏRHLƏR

Angel

5 Aprel 2015 12:21

Dadli olar..

emiwka

3 Mart 2015 13:38

Tewekkurler
--------------------
Getdim Sagolun

Ahu 05

3 Mart 2015 10:14

tesekkurler.....
loading...

Məlumat

Sayta Qonaq kimi daxil olan ziyarətçilər rəylərini bildirə bilməzlər. Zəhmət olmasa Qeydiyyatdan Keçin və ya sayta öz hesabınızla daxil olun.
Загрузка...